«f a t I h ə» s u r ə s I (1)


«Qarışqalar» surəsi (27) 36 -44 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə173/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   169   170   171   172   173   174   175   176   ...   325

«Qarışqalar» surəsi (27) 36 -44 -cü ayətlər

(36).Amma elə ki, gəldi Süleymanın yanına, dedi: «Ə, siz mənə bu mal-dövlətləmi imdad edirsiniz? Nə ki, əta edib mənə Allah, xeyirlidir nədən ki, əta edib sizə. Bəli, sizsiniz ki, öz hədiyyələrinizlə fərəhlənirsiniz. (37).Qayıdın onların yanına. Biz elə bir qoşunla onlara tərəf gələrik ki, qabil olmazlar ona qarşı durmağa və xaric edərik onları oradan zəlil olaraq və onlar kiçilmiş olarlar». (38).Dedi: «Ay böyüklər! Sizdən kim mənə onun ərşini gətirər, ondan qabaq ki, onlar mənə təslim olaraq gəlməyiblər?» (39).Cinlərdən İfrit dedi: «Sən öz məqamından qalxmamışdan qabaq, mən gələrəm sənin yanına onunla və həqiqətən, mən bunun üzərində qüvvətliyəm, əminəm!» (40).O kəs ki, yanında kitabdan elm vardı, dedi: «Mən gələrəm sənin yanına onunla, ondan qabaq ki, sən gözünü yumub açasan». Amma elə ki, gördü onu öz yanında qərar tapmış, dedi: «Bu, Rəbbimin fəzlindəndir ki, məni imtahan etsin – ə, mən şükr edəcəyəm, yoxsa küfr edəcəyəm. Kim şükr edərsə, ancaq öz nəfsi üçün şükr etmişdir. Və kim küfr edərsə, həqiqətən, Rəbbim Qənidir, Kərimdir!» (41).Dedi: «Dəyişdirin onun üçün ərşini, nəzər salaq, o hidayət tapacaqmı, yoxsa olacaq o kəslərdən ki, hidayət tapmayıb?!» (42).Amma elə ki, gəldi, dedilər ona: «Ə, sənin ərşin belədirmi?» Dedi: «Sanki odur. Bundan qabaq əta olundu bizə elm və biz, təslim olanlar olduq». (43).Və onun qarşısına sədd çəkən oldu Allahın əvəzinə ibadət etdiyi. Həqiqətən, olmuşdu o, kafir qoumdan! (44).Dedilər ona: «Daxil ol saraya!» Amma elə ki, gördü onu, hesab etdi onu su gölməçəsi və qıçlarını çırmaladı. Dedi: «Həqiqətən, bu, parlayan saraydır ki, billurdandır». Dedi: «Rəbbim! Həqiqətən, mən öz nəfsimə zülm etmişəm və təslim oluram Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha!»




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin