«f a t I h ə» s u r ə s I (1)


(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin!



Yüklə 2,11 Mb.
səhifə271/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   267   268   269   270   271   272   273   274   ...   325
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Həqiqətən, Biz sənə fəthi verdik, aşkar fəthi, (2) bağışlaması üçün Allah səni qədim günahlarından və nə ki, axırdakıları və tamam etsin nemətini sənin üzərinə və hidayət etsin səni yolun düzünə (3) və yardım etsin sənə Allah, yardımla əziz. (4).O – Odur ki, nazil etdi sakitliyi inananların qəlbinə, ondan ötrü ki, onlar imanları ilə iman artırsın. Allah üçündür səmaların və ərzin qoşunları. Oldu Allah Alim, Həkim! (5).Daxil etməsi üçün inanan kişiləri və inanan qadınları bağlara – cari olur altından onun nəhrlər, həmişəlik qalacaqlar orada və örtər üstünü onlardan pisliklərini. Bu, Allah yanında əzəmətli üstünlük və rəhmət oldu. (6).Əzab edər münafiq kişi və qadınları və müşrik kişi və qadınları – zənn edənləri ki, Allah ilə pis zənn etdilər. Pislik onların əleyhinədir və qəzəbi Allahın üzərindədir onların və lənət etdi onları və hazırladı onlar üçün cəhənnəmi və çox pis qayıdacaq yerdir! (7).Allah üçündür səmaların və ərzin qoşunları və oldu Allah Əziz, Həkim! (8).Həqiqətən, Biz səni göndərdik şahid olan və bəşarət verən və nəzərə çatdıran, (9) inanmanız üçün Allah ilə və Onun rəsulu ilə və izzətli sayasız Onu və kömək edəsiniz Ona və saya salasınız Onu səhər və axşam.

«Fəth» surəsi (48) 10 –15 -ci ayətlər

(10).Həqiqətən, o kəslər ki, beyət edirlər sənə, həqiqətdə, onlar beyət edirlər Allaha. Allahın əli onların əlləri üstündədir. Kim küsərək bunu pis etsə, həqiqətdə nə ki, o küsərək öz nəfsinin əleyhinə pis etmişdir. Kim vəfa edə nə ilə ki, əhd bağlayıb üzərində onun Allaha, O əta edəcək ona əzəmətli əcr. (11).Deyərlər sənə müxaliflər ətrafdakılardan: «Bizi malımız və ailəmiz məşğul etdi. Bağışlanmaq istə bizim üçün!» Deyirlər onlar dilləri ilə o sözləri ki, qəlblərində yoxdur. De: «Kim sizin üçün malikdir Allahdan şeynən, əgər O iradə edə sizə zərər, ya iradə edə mənfəət?» Bəli, oldu Allah nə ilə ki, əməldəsiniz Xəbir! (12).Bəli, siz zənn etdiniz ki, rəsul və inananlar ailələrinin yanına qayıtmayacaqlar əbədən! Bu, qəlblərinizdə sizin zinətləndi və siz zənn etdiniz pis zənn və məhv olmuş qoum oldunuz. (13).Kim inanmadı Allah ilə və Onun rəsulu ilə, həqiqətən, Biz kafirlər üçün yanar od hazırlamışıq. (14).Allah üçündür mülkü səmaların və ərzin: bağışlar kimi istər və əzab edər kimi istər. Oldu Allah Ğəfur, Rəhim! (15).Deyərlər müxaliflər, onda ki, siz qənimət dalınca getdiniz, ondan ötrü ki, götürəsiz onu: «Buraxın bizi, tabe olaq sizə!» Onlar istəyirlər ki, Allahın kəlməsini dəyişdirsinlər. De: «Siz heç vaxt bizə tabe olmayacaqsız! Belə sizin üçün dedi qabaqcadan Allah». Deyərlər: «Bəli, siz bizə həsəd aparırsız!» Bəli, ancaq onların azından başqa o biriləri anlamaz oldular.




«Fəth» surəsi (48) 16 –23 -cü ayətlər

(16).De ətrafda olanlardan müxaliflərə: «Siz çağırılacaqsız tərəfinə qoumun ki, şiddətlidir basqıda. Siz onlarla döyüşəcəksiz, ya onlar təslim olacaqlar. Əgər itaətkar olsanız, onda Allah sizə yaxşı mükafat verər. Əgər üz çevirəsiz, nə qədər qabaqca üz çevirmişdiniz, onda O sizi əzab edər ələmli əzabla». (17).Yoxdur üzərində çətinlik korun və yoxdur üzərində çətinlik şikəstin və yoxdur üzərində çətinlik xəstənin. Və kim itaət edir Allaha və Onun rəsuluna, O daxil edər onu bağlara – cari olur altından onun nəhrlər. Kim üz döndərərsə, O əzab edər ona ələmli əzabla. (18).Əlbəttə, Allah razı qaldı o inananlardan, onda beyət etdilər sənə ağac altında. O bilir nə ki, onların qəlbində var. Və nazil etdi onlar üçün səkinə, yəni sakitliyi və verdi onlara yaxın fəthi (19) və çoxlu qənimətlər, hansı ki, onlar onu götürərlər. Oldu Allah Əziz, Həkim! (20).Vəd verdi sizə Allah çoxlu qəniməti, hansı ki, götürərsiz onu və bunu O sizin üçün sürətləndirdi və saxladı insanların əlini sizdən, ondan ötrü ki, bu, inananlar üçün ayət olsun və O sizi düz yola hidayət etsin. (21).Və axıra. Qadir olmazdınız üzərində onun. Əlbəttə, Allah əhatə etdi onun ilə və oldu Allah üzərində külli şeyin Qadir! (22).Əgər döyüşsəydilər sizinlə o kəslər ki, kafirdirlər, dönüb dabanı üstə qaçardılar. Sonra onlar tapa bilməzlər dost və yardım edən – (23) sünnətinə görə Allahın, hansı ki, keçdi qabaqcadan. Tapa bilməzsən Allahın sünnəti üçün dəyişiklik!




«Fəth» surəsi (48) 24 –28 -ci ayətlər

(24).O – Odur ki, onların əlini sizdən saxladı və sizin əlinizi onlardan, Məkkənin bətnində, yəni daxilində, ondan sonra ki, sizə zəfər verdi onlar üzərində və oldu Allah nə ilə ki, əməldəsiniz, Bəsir! (25).Onlar o kəslərdir ki, kafirdirlər və sədd çəkirlər sizə qadağan olunmuş səcdə yerindən və kəsilməyə aparılan heyvanlardan ki, yetişsin öz məhəlləsinə. Əgər kişi və qadın inananlardan, hansı ki, siz onları tanımırdız, ola bilərdi ki, onları siz bilməz halda aradan aparasınız və onlara görə bilməz halda günah edəsiniz. Daxil edər Allah rəhmətinə kimi istər. Əgər siz bir-birinizdən ayrı olsaydınız, həqiqətən, əzab edərdik onlardan o kəslər ki, kafirdirlər, ələmli əzabla. (26).Onda o kəslər ki, kafir idilər, qəlblərində onların cahiliyyat əsəri var idi, onu aşkar etdilər. Buna görə Allah Öz rəsuluna və inananlara sakitlik nazil etdi. Və təqva kəlməsini onlar üçün onlardan uzaqlaşmayan etdi və onların buna haqqı var idi və onlar ona layiq idilər. Oldu Allah küllisi ilə şeyin Alim! (27).Əlbəttə, doğru etdi Allah rəsulunun röyasını haqq ilə: «Daxil olacaqsınız qadağan olunmuş səcdə yerinə, əgər istəsə Allah, əminliklə, başınız qırxılmış və gödəlmiş, xoflanmadan!» O bildi nəyi ki, siz bilmirdiniz və bundan qabaq möhkəmləndirdi yaxın fəthi. (28).O – Odur ki, göndərdi Öz rəsulunu hidayətlə və haqq dinlə, zahir etməsi üçün onu üzərində dinin küllisinin və kafidir Allah ilə Şahidlik!




«Fəth» surəsi (48) 29 -cu ayət

(29).Muhəmməd rəsuludur Allahın. O kəslər ki, onunladır, şiddətlidirlər üzərində kafirlərin və rəhimlidirlər öz aralarında. Görərsən onları rüku edən və səcdə edən. Onlar fəzl axtarırlar Allahdan və razılıq. Simaları onların, üzlərindən səcdə əsərindən bəllidir. Belədir məsəli onların Tövratda. Məsəli onların İncildə – bir əkinə bənzər, hansı ki, toxum səpilər. Elə ki, torpaqdan bar çıxartdı, çox nazik və zəifdir, sonra qüdrət tapıb qalın olar və öz kökü üstündə möhkəm dayanar. Və əkinçiləri təəccübə gətirər və kafirləri qəzəbləndirər onlarla. Allah vəd verib onlardan o kəslərə ki, inanırlar və əməlləri islahatdır, onlar üçün bağışlanmaq və əzəmətli əcr var.



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin