«Rəhman» surəsi (55)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Rəhman! (2).O öyrətdi Qur’anı, (3) xəlq etdi insanı, (4) öyrətdi ona bəyanı. (5).Şəms və qəmər – hesabları ilə (6) və ulduzlar və ağaclar səcdə edirlər. (7).Və səmanı ucaltdı və mizan, yəni tərəzi qoydu. (8).Ondan ötrü ki, mizanda həddi aşmayasız. (9).Ayağa qalxaraq çəkidə insaflı olun və olmayın xəsarətli mizan ilə. (10).Və ərzi davarlar üçün döşədi. (11).Orada meyvələr və xurma salxımları (12) və dənəli və ətirli otlar və reyhan bitirdi. (13).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (14).Xəlq etdi insanı səslənən gildən, küzəçilər kimi. (15).Və xəlq etdi cinləri təmiz, tüstüsüz oddan. (16).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz?
«Rəhman» surəsi (55) 17 –40 -cı ayətlər
(17).İki məşriqin Rəbbidir və iki məğribin Rəbbidir! (18).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (19).Görüşməyə hazır olan iki dəryanı ayırdı. (20).Onlar arasında bərzəq, qarışmazlar. (21).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (22).Hər ikisindən onların mirvari və mərcan çıxır. (23).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (24).Dəryada hündür qaldırılmış, necə dağlar kimi və Onun əmri ilə üzərək qaçan vardır. (25).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (26).Külli kim üzərindədir onun, fanidir. (27).Cəlal və kəramət sahibi olan Rəbbinin vəchi baqidir. (28).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (29).Kim ki, səmalarda və ərzdə var, sual edər ondan. Külli hər gün O işdədir. (30).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (31).Azad olarıq Biz sizin üçün, ay, iki ağır canlılar! (32).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (33).Ay cin və insan toplusu! Əgər bacarırsınız ki, nüfuz edəsiz səmaların və ərzin ətrafından, nüfuz edin! Nüfuz edə bilməzsiniz ancaq sultanlıqla. (34).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (35).Üzərinizə tüstüsüz oddan və qalın tüstülü göndəriləcəkdir və siz yardım edən tapmazsınız. (36).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (37).Onda ki, səma şaqqalanacaq və sarı rəngli olacaq, necə dəri kimi. (38).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (39).O gün cinlərin və insanların günahından soruşulmaz. (40).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz?
«Rəhman» surəsi (55) 41 –67 -ci ayətlər
(41).Cərimə olunmuşlar simalarından tanınarlar. Onların kəkillərindən və qədəmlərindən tutarlar. (42).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (43).Bu, cəhənnəmdir, hansı ki, cərimə olunmuşlar yalan sayırlar! (44).Onlar hamamdakı qaynar su içərisindəki kimi gəzərlər. (45).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (46).Kim ki, Rəbbinin məqamından xoflanır, onun üçün iki cənnət var. (47).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (48).Budaqlar sahibi. (49).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (50).Onların hər ikisində iki bulaq caridir. (51).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (52).Onların hər ikisində külli meyvələrdən iki cüt var. (53).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (54).Taxt üzərində mütəkkələrə söykənərlər, hansı ki, fərşlərlə döşənib. O iki bağın meyvələrindən dərmək isə yaxındır. (55).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (56).Orada ciddi baxışlı, hansı ki, cinlər və insanlar qabaqcadan onlara toxunmayıbdır. (57).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (58).Onlar yaqut və mərcan kimidirlər. (59).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (60).Məgər yaxşılığın mükafatı ancaq yaxşılıq deyilmi? (61).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (62).Bu ikisindən başqa daha iki cənnət var. (63).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (64).Orada tünd yaşıl rəngli ağaclar var. (65).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (66).Onlarda iki qaynar bulaq var. (67).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz?
«Rəhman» surəsi (55) 68 –78 -ci ayətlər
(68).Onların hər ikisində meyvələr, xurma və nar var. (69).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (70).Orada xeyirli, yaxşı. (71).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (72).Ciddi baxışlı hurilər xeymələrdə. (73).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (74).Toxunmayıb onlara insan onlardan qabaq və cin. (75).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (76).Söykənərlər üzərinə yaşıl mütəkkələrin və yaxşı xalçaların. (77).Bəs Rəbbinizin hansı nemətlərini yalan hesab edə bilərsiniz? (78).Pakdır ismi Rəbbinin, cəlal və kəramət sahibidir!
Dostları ilə paylaş: |