«Qarşılıqlı aldanma» surəsi (64) (1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allahı nə ki, səmalardadır və nə ki, ərzdədir. Onun üçündür mülk və Onun üçündür həmd və O üzərində külli şeyin Qadirdir! (2).O – Odur ki, xəlq etdi sizi. Sizdən kafir də var və sizdən inanan da var. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! (3).Xəlq etdi səmaları və ərzi haqq ilə. Sizə surət verdi və yaxşı surət verdi sizə və qayıdış Ona tərəfdir! (4).Bilir nə ki, səmalarda və nə ki, ərzdə var və bilir nə ki, sirli edirsiniz və nə ki, elan edirsiniz. Allah Alimdir zatı ilə ürəklərin! (5).Ə, gəlib çatmadımı sizə xəbəri o kəslərin ki, kafir idilər qabaqcadan və daddılar bəlasını əmrlərinin? Onlar üçün ələmli əzab var! (6).Bu, ondan ötrüdür ki, gəldi onlara rəsulları bəyanatlarla və dedilər: «Ə, bəşərmi bizi hidayət edəcək?» Kafir oldular və üz döndərdilər. Allahın onlara ehtiyacı olmadı. Allah Qənidir, Həmiddir! (7).Güman edirlər o kəslər ki, kafirdirlər, qaldırılmayacaqlar. De: «Bəli! And olsun Rəbbimə ki, siz qaldırılacaqsınız, sonra sizə xəbər veriləcək, nə ilə ki, əməl etmisiniz və bu, üzərində Allahın yüngüldür!» (8).İnanın Allah ilə və Onun rəsulu ilə və Nur ilə – odur ki, Biz nazil etdik. Allah nə ilə ki, əməldəsiniz, Xəbirdir! (9).O gün cəm edər sizi cəm olma günü üçün. Bu, tuğban, yəni qarşılıqlı aldanma günüdür. Kim inandı Allah ilə və saleh əməl etdi, O örtər onun pisliklərinin üstünü və daxil edər onu bağlara – cari olur altından onun nəhrlər həmişəlik orada əbədi. Bu, əzəmətli müvəffəqiyyətdir!
«Qarşılıqlı aldanma» surəsi (64) 10 –18 -ci ayətlər (10).O kəslər ki, kafir oldular və yalan saydılar ayətlərimizlə Bizi, həmin onlar əshabıdırlar odun, orada həmişəlik qalacaqlar. Və pis qayıdışdır! (11).Nə ki, isbat edər sizə müsibətdən, ancaq izni ilədir Allahın. Kim inandı Allah ilə, O hidayət edər onun qəlbini və Allah küllisi ilə şeyin Alimdir! (12).İtaət edin Allaha və itaət edin rəsula və əgər üz döndərsəniz, həqiqətən, rəsulumuzun üzərində olan ancaq aşkar təbliğdir. (13).Allahdır – yoxdur İlahi, ancaq Odur. İnananlar Allaha təvəkkül etsinlər! (14).Ay o kəslər ki, inanırsınız! Həqiqətən, zövclərinizdən və övladlarınızdan sizin üçün düşmən vardır. Həzər edin onlardan! Əgər əfv edəsiniz və keçəsiniz və bağışlayasınız… Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (15).Həqiqətən, malınız və övladınız ancaq sınaqdır və əzəmətli əcr Allah yanındadır! (16).Qorxun Allahdan nə ki, bacarırsınız. Eşidin və itaət edin və infaq edin öz nəfsinizin xeyri üçün. Kim öz nəfsini huşsuzluqdan saxlayarsa – həmin onlar nicat tapanlardır! (17).Əgər verəsiz Allaha yaxşı borc, O ikiqat artırar sizin üçün və bağışlar sizin üçün. Allah Şakirdir, Həlimdir. (18).Alimdir qeybə və şəhadətə, Əzizdir, Həkimdir!