«Cinlər» surəsi (72)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! De: «Mənə vəhy olunur ki, bir neçə nəfər cinlərdən dedilər: “Həqiqətən, eşitdik biz əcəb bir Qur’an! (2).Hidayət edir ərşad olan yola tərəf. İnandıq biz onun ilə və bir kəsi Rəbbimizə şərik qoşmarıq. (3).Həqiqətən, O - ucadır Rəbbimiz, götürmədi Özünə sahibə və övlad. (4).Həqiqətən, bizlərdən səfeh olanlar Allah barəsində deyirdilər həddi aşaraq qeyri haqq sözlər. (5).Biz zənn etdik ki, heç vaxt insanlar və cinlər Allahın üzərinə yalan deməzlər. (6).Həqiqətən, insanlardan olan kişilər pənah apardılar cinlərdən olan kişilərə və onlar artırdılar onlara ağılsızlığı. (7).Həqiqətən, onlar zənn etdilər, nə qədər siz zənn etmişdiniz ki, Allah heç vaxt bir kəsi qaldırmayacaq. (8).Və biz toxunduq səmaya və onu çoxlu od gülləsi ilə silahlanmış, qolu qüvvətli və qüdrətli qoruqçularla dolu tapdıq. (9).Biz oturacaqlarda onun yanında oturduq qulaq asmaq üçün. Kim indi qulaq asırsa, o, özü üçün od gülləsi tapar. (10).Biz bilmirik ərzdə olanlar üçün şər istəyirlər, ya iradə etdi onlar üçün Rəbləri rəşdə yetişməyi. (11).Bizim aramızda salehlər vardır və bizim aramızda var o kəslər ki, bundan da aşağı. Biz müxtəlif təriqətlərdə olduq. (12).Biz zənn etdik ki, heç vaxt Allahı ərzdə aciz edə bilmərik və heç vaxt qaçmaqla da aciz edə bilmərik. (13).Biz, amma elə ki, eşitdik hidayət haqqında, biz Onun ilə inandıq. Kim inanarsa Rəbbinə, xoflanmaz incidilməkdən və ağılsızlıqdan.
«Cinlər» surəsi (72) 14 –28 -ci ayətlər
(14).Həqiqətən, bizdən təslim olanlar vardır və bizdən geriyə çəkilənlər vardır. Kim təslim olan oldu – həmin onlardır ki, ərşad yol ilə getmişlər. (15).Amma geriyə çəkilənlər - onlar cəhənnəm odunun odunları oldular!”» (16).Əgər istiqamətli olub, yolun üzərində düz dayansaydılar, Biz onları içirdib doydurardıq gur yağış suyu ilə, (17) sınamaq üçün onları onda. Kim üz çevirirsə zikrindən Rəbbinin, onu aparar O ağır əzabda. (18).Həqiqətən, məscidlər Allah üçündür və çağırmayın Onunla yanaşı birini! (19).Həqiqətən, amma elə ki, qalxdı bəndəsi Allahın çağıraraq Ona tərəf, az qalmışdı olsunlar üzərində onun sıx. (20).De: «Həqiqətən, mən çağırıram Rəbbimə tərəf və Onunla şərik qoşmuram birini!» (21).De: «Həqiqətən, mən malik deyiləm sizin üçün zərərə və rəşdə!» (22).De: «Həqiqətən, məni Allahdan bir kəs müdafiə edə bilməz və Onun yanından başqa sığınacaq tapa bilmərəm – (23) ancaq təbliğ Allahdan və risalətini Onun!» Kim asi olarsa Allaha və Onun rəsuluna, onun üçün cəhənnəm odu var, hansı ki, orada həmişəlik olaraq əbədi. (24).Ta onda ki, gördülər nə ki, onlara vəd verilib və bilərlər kim zəifdir yardım tərəfindən və azdır sayda. (25).De: «Mən bilmirəm, yaxındırmı sizə vəd olunan, yoxsa onun üçün Rəbbim vaxt təyin etmişdir (26) – Alimdir qeybə. Qoymaz birinə zahirə çıxartmağa qeybini Onun, (27) ancaq razı olduğu rəsuldan başqa. Həqiqətən, O göndərər onun qarşısından və arxasından müşahidə edənləri, (28) bildirmək üçün ki, onlar Rəblərinin risalətini təbliğ edirmi. O əhatə edər, nə ki, onlarda var və hesablayıb külli şeylərin sayını.
Dostları ilə paylaş: |