(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Məgər gəldimi sənə hədisi bürüyənin? (2).Vəchlər həmin gün çəkinəndir - (3) əməl etmiş, yorulmuş, (4) vasil olarlar alovlu oda, (5) içərlər bulaqdan qaynar su. (6).Yoxdur onlarda təam, ancaq zəri. (7).Qüvvət verməz və qurtarmaz aclıqdan. (8).Vəchlər o gün nemətli, (9) səyi üçün razıdır, (10) cənnətlərdə ali. (11).Eşidilməz orada lağ-lağı. (12).Orada bulaqlar caridir. (13).Orada taxtlar rəflənmiş (14) və qablar qoyulublar (15) və balışlar qoyulublar (16) və fərşlər döşənibdir. (17).Ə, nəzər salmırlar tərəfinə dəvənin, necə olunub xəlq (18) və tərəfinə səmanın necə ucaldılıb (19) və tərəfinə dağların necə dikəldilmişdir (20) və tərəfinə ərzin necə döşədilmişdir? (21).Zikr et, həqiqətən, sən zikr etdirənsən! (22).Sən onların üzərində hakim deyilsən, (23) ancaq kim üz döndərib və kafirdir. (24).Əzab edər onu Allah böyük əzabla! (25).Həqiqətən, Bizə tərəfdir onların qayıdışı! (26).Sonra həqiqətən, üzərimizdədir hesabı onların.