«f a t I h ə» s u r ə s I (1)


«Mağara» surəsi (18) 16 -20 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə126/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   122   123   124   125   126   127   128   129   ...   325

«Mağara» surəsi (18) 16 -20 -ci ayətlər

(16).Və onda ki, kənar oldunuz onlardan və Allahdan başqa ibadət etdiklərindən, sığının mağaraya. Rəbbiniz Öz rəhmətindən sizin üçün genişlik edər və işlərinizdə sizə müdafiə hazırlar. (17).Və görürsən şəmsi onda ki, doğur, mağarada onların sağ tərəfindən düşür və onda ki, qürub edir, onların sol tərəflərinə dolanır və onlar orada azad yerdədirlər. Bu, Allahın ayətlərindəndir. Kimi hidayət etsə Allah və o, hidayət olunub və kimi zəlalətdə tərk etsə, onun üçün tapa bilməzsən mürşid olan dost. (18).Sən onları ayıq hesab edirsən və onlar isə yuxudadır. Biz onları sağ yana və sol yana döndərirdik və onların iti mağaranın ağzında əllərini uzatmışdı. Əgər sən onlara baxsaydın, onlardan üz döndərib qaçardın və onlardan bərk qorxardın. (19).Və beləliklə Biz onları qaldırdıq ki, öz aralarında sual edələr. Onlardan biri dedi: «Nə qədər qaldınız?» Dedilər: «Bir gün, ya günün bəzi hissəsi!». Dedilər: «Rəbbiniz bilir nə ilə ki, qaldınız. Sizdən birinizi bu pulunuzla şəhərə tərəf göndərin ki, görsün hansı təam pakdır və alıb gətirsin sizin üçün ruzilərdən və gərək diqqətli olsun və heç bir kəs sizi tanımasın. (20).Həqiqətən, onlar, əgər sizi aşkar etsələr, üstünüzə gələrək sizi daşa basarlar, ya da sizi öz millətlərinə döndərərlər və onda siz əbədi olaraq nicat tapa bilməzsiniz!»


«Mağara» surəsi (18) 21 -27 -ci ayətlər

(21).Və beləliklə Biz əsər etdik onlara bilsinlər ki, vədi Allahın haqdır və saat ki, yoxdur şübhə onda. Onda onların işlərində öz aralarında ayrılığa düşərək dedilər: «Onların üzərində bir bina tikin. Rəbbi onların haqqında yaxşı bilir!» Dedilər o kəslər ki, onların işləri üzərində qalib idilər: «Gərək onların üzərində bir səcdə yeri bina edək!» (22).Deyəcəklər: «Onlar üçdür, dördüncüsü itləridir!» və deyəcəklər: «Onlar beşdir, altıncısı itləridir!» - qeybə müraciət edərək və deyərlər: «Onlar yeddidir və səkkizincisi itləridir!». De: «Rəbbim onların sayını yaxşı bilir və bunu onlardan az bir hissəsi bilir». Bəs onlarla mübahisə et ancaq zahir işdə və sual etmə onların barəsində onlardan birini (23) və bir şey haqqında demə: «Mən bu işi sabah edəcəyəm!», (24) ancaq ki: «İnşallah!» Onda yadından çıxdı, Rəbbini zikr et və de: «Ola ki, Rəbbim məni bu hidayətdən yaxına ərşad edər». (25).Və onlar mağaralarında üç yüz il qaldılar və doqquz artırdıq. (26).De: «Allah bilir nə ilə ki, qaldılar. Səmaların və ərzin qeybi Onun üçündür, O görür və eşidir! Onlar üçün Ondan başqa dost yoxdur və Öz hökmündə heç bir kəsi şərik etməz!» (27).Və tilavat et nə ki, vəhy olunur sənə Rəbbinin kitabından. Yoxdur dəyişiklik Onun kəlməsi üçün və tapa bilməzsən Ondan başqa müdafiəçi!


«Mağara» surəsi (18) 28 -34 -cü ayətlər

(28).Və səbr et nəfsinlə o kəslərlə ki, səhər və axşam Rəblərini çağırıb və Onun vəchini istəyirlər və çevirmə gözlərini onlardan istəyərək zinətini dünya həyatının və itaət etmə o kəsə ki, qafil etmişik onun qəlbini zikrimizdən və tabe olub havayı istəyinə və onun işi ifrat oldu. (29).Və de: «Haqq Rəbbinizdəndir. Kim istəyir inansın və kim istəyir kafir olsun». Həqiqətən, zalimlər üçün yanar od hazır etmişik. Əhatə edər onları şölələri hər tərəfdən. Əgər yardım istəsələr, onlara ərinmiş metal kimi su ilə yardım edərlər ki, istisi onların üzlərini yandırar. Çox pis şərabdır və çox pis məskəndir! (30).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır - Biz zay etmərik əcrini o kəsin ki, yaxşı əməl sahibidir. (31).Həmin onlar üçün Ədn cənnətləri var, cari olur altından onun nəhrlər. Bəzənərlər orada qızıl bilərziklərlə və yaşıl libas geyərlər nazik və qalın ipəkdən və taxtlar üzərində mütəkkələrə söykənərlər. Nemətli savabdır və yaxşı məskəndir! (32).Onlar üçün məsəl vur iki kişini ki, onlardan biri üçün iki üzüm cənnəti edib və ətrafını xurma ağacları ilə örtmüşdük və etmişdik o iki cənnətin arasında əkin yeri. (33).O iki cənnət verirdi öz meyvəsini və ondan bir şey tələf olmurdu. Biz cari etdik onların arasından axar nəhr (34) və onun üçün səmərəli oldu. Onunla söhbət edən yoldaşına dedi: «Mən çoxam səndən malnan və izzətliyəm nəfərnən!»





Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin