«f a t I h ə» s u r ə s I (1)


«Nəbilər» surəsi (21) 82 -90 -cı ayətlər



Yüklə 2,11 Mb.
səhifə143/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   139   140   141   142   143   144   145   146   ...   325

«Nəbilər» surəsi (21) 82 -90 -cı ayətlər

(82).Şeytanlardan kim ki, qəvvaslıq edirdilər onun üçün və bundan başqa əməllər də edirdilər. Olduq Biz onlar üçün hafizlər. (83).Əyyubu... onda nida etdi Rəbbinə: «Mənə toxunubdur zərər və Sən rəhm edənlərin rəhimlisisən!» (84).Və Biz cavab verdik ona və şəfa etdik nə ki, ona olan zərərdən və əta etdik ona əhlini və onlarla birlikdə onların mislini rəhmət olaraq Bizim yanımızdan və zikr ibadət edənlər üçün. (85).Və İsmaili və İdrisi və Zəlkifli... küllisi səbrlilərdəndir. (86).Və daxil etdik onları rəhmətimizə, həqiqətən, onlar salehlərdəndir. (87).Və Zənnunu... onda getdi o, qəzəbli halda və zənn etdi ki, onun üzərinə qüdrətimiz yetməz. Və nida etdi zülmətdə ki: «Yoxdur İlahi, ancaq Sənsən. Sübhansan! Həqiqətən, mən oldum zalimlərdən!» (88).Və cavab verdik ona və nicat verdik ona qəmdən və belə nicat veririk inananlara. (89).Zəkəriyyəni... onda nida etdi Rəbbinə: «Rəbbim, məni tək qoyma və Sən xeyirli varislərdənsən!» (90).Və cavab verdik ona və bəxş etdik ona Yəhyanı və salehə etdik onun üçün zövcəsini. Həqiqətən, onlar oldular sürətli xeyratda və çağırdılar Bizi rəğbətlə və vahiməylə və oldular Bizim üçün çəkinənlər!



«Nəbilər» surəsi (21) 91 -101 -ci ayətlər
(91).Və hansı ki, qoruyurdu öz ciddiliyini... və üfürdük ona ruhumuzdan və etdik onu və onun oğlunu aləmlər üçün ayət. (92).Həqiqətən, bu sizin ümmətiniz vahid ümmətdir və Mən Rəbbinizəm sizin və ibadət edin Mənə! (93).Və böldülər əmrlərini onlar öz aralarında. Küllisi Bizə tərəf müraciət edəcəklər! (94).Və kim əməl edə saleh əməllərdən və o, inanandır, küfrə çevrilməyəcək onun səyi və həqiqətən, Biz onun üçün yazırıq. (95).Və haram oldu üzərində kəndlərin, hansı ki, həlak etdik Biz onu, onlar müraciət etməzlər, (96) ta onda ki, açılar Yəcuc və Məcuc və onlar külli dərə və təpədən tələsərək axışarlar. (97).Və yaxın olar haqq vədəsi və onda ki, o şəxsey edər gözləri bərəlmiş halda, o kəslər ki, kafirdirlər. «Vay olsun bizə! Biz, bundan qəflətdə olduq! Bəli! Biz, zalimlərdən olduq!» (98).Həqiqətən, siz və Allahın əvəzinə ibadət etdikləriniz odunusunuz cəhənnəmin. Siz ona varid olanlarsınız! (99).Əgər bunlar olsaydılar ilahilər, varid olmazdılar ora. Küllisi orada həmişəlikdirlər. (100).Onlar üçün orada ah-nalə var və onlar orada eşitməzlər. (101).Həqiqətən, o kəslər ki, göndərilmişdi onlar üçün Bizim tərəfimizdən yaxşılıq, həmin onlar ondan uzaq olacaqlar.

«Nəbilər» surəsi (21) 102 -112 -ci ayətlər
(102).Eşitməzlər onun uğultusunu və onlar nəfslərinin iştaha etdikləri içərisində həmişəlik qalacaqlar. (103).Hüznlü etməz onları böyük qorxu və qarşılayar onları mələklər: «Bu, gününüzdür sizin - odur ki, sizə vəd olunub!» (104).O gün ki, səmanı bükərik nə qədər, kağızı yazmaq üçün bükərlər və onu əvvəlki xilqətinə döndərərik üzərimizdə olan vədəyə görə. Həqiqətən, olduq Biz fəaliyyət edənlər! (105).Əlbəttə, Biz yazdıq Zəburda Zikrdən sonra ki, ərzin varisləri Mənim saleh bəndələrimdir. (106).Həqiqətən, bunda təbliğ var ibadət edən qoum üçün. (107).Və göndərdik səni ancaq rəhmət olaraq aləmlər üçün. (108).De: «Həqiqətən, mənə vəhy edilir ki: «İlahiniz Vahid İlahidir. Məgər təslim olmazsınızmı?» (109).Əgər üz çevirsələr, de: «Mən çağırıram sizi bərabər və mən bilmirəm yaxındır, yoxsa uzaqdır, nə ki, sizə vəd olunub. (110).Həqiqətən, O bilir aydın danışığı sözlərdən və bilir nə ki, gizlədirsiniz. (111).Və mən bilmirəm, ola bilsin ki, o sınaqdır sizin üçün və mətahdır müəyyən vaxtadək». (112).Dedi: «Rəbbim, hökm et haqq ilə! Və Rəbbimiz Rəhmandır yardım istəniləsi nə ki, vəsf etdiklərinizə qarşı!»


«Bayram» surəsi (22)




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin