«Hörümçək» surəsi (29) 64 -69 -cü ayətlər
(64).Bu dünya həyatı ancaq oyun və əyləncədir. Həqiqətən, axirət yurdu – o, əlvan həyatdır, əgər bilsəydilər! (65).Onda ki, gəmidə süvar olub gedirlər, Allahı çağırırlar dinlərini məxlus Onun üçün edərək. Amma elə ki, onlara nicat verdi quruya tərəf, onda Ona şərik qoşarlar, (66) kafir olmaları üçün nə ilə ki, əta etmişik onlara və mətahlanmaları üçün. Sonra biləcəklər! (67).Ə, onlar görmədilərmi, Biz etdik hərəmi əmin və ətrafında isə insanları qamarlayırlar? Ə, onlar batilə inanır və nemətinə Allahın kafirmi olurlar? (68).Kimdir zalim o kəsdən ki, iftira etdi Allahın üzərinə yalanı, yaxud yalan saydı haqqı, amma elə ki, gəldi o? Ə, yoxdurmu cəhənnəmdə yer kafirlər üçün? (69).O kəslər ki, Bizim uğrumuzda cihad edirlər, hidayət edərik onları Öz yolumuza. Həqiqətən, Allah yaxşılarladır!
«Rumlular» surəsi (30)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim! (2).Rumlulara qalib gəldilər (3) yaxın ərzdə və onlar bu məğlubiyyətdən sonra qalib gələcəklər, (4) bir neçə ildən sonra. Allah üçündür əmrlər bundan qabaq və bundan sonra. O gün fərəhlənər inananlar (5) Allahın yardımı ilə. O yardım edər kimə istəsə. O Əzizdir, Rəhimdir!
Dostları ilə paylaş: |