«Dəstələr» surəsi (33) 51 -54 -cü ayətlər
(51).Sən onlardan istədiyin kəsin növbəsini təxirə salıb və istədiyin kəsi öz yanına ala bilərsən. Hansından ki, kənar olubsan, yenə öz yanına almaqda sənin üçün günah yoxdur. Bu, daha münasibdir ki, gözləri aydın olsun və hüznlü olmasınlar və razı olsunlar nə ki, onlara verirsən və Allah qəlblərinizdə olanı bilir və oldu Allah Alim, Həlim! (52).Bundan sonra sənin üçün halal deyil qadın almaq və bu zövcələrdən birini başqası ilə dəyişmək, əgər onların gözəlliyi səni təəccübə gətirsə də, ancaq əlinin altında olan kəniz xidmətçilərdən başqa. Oldu Allah külli şey üzərində Rəqib! (53).Ay o kəslər ki, inanırsınız! Daxil olmayın nəbinin evinə, ancaq ki, sizə izn verilə təama tərəf, onun vaxtını gözləmədən. Lakin onda ki, sizi çağırdılar, onda daxil olun. Onda ki, təamı sərf etdiniz, dostluq söhbətlərinə girişmədən dağılın. Həqiqətən, bu, nəbi üçün əziyyət verir və o, sizdən həya edir və Allah haqdan həya etməz. Onda ki, onlardan mətah istəyirsiniz, onu pərdə dalından istəyin. Bu, sizin qəlbiniz üçün və o qadınların qəlbləri üçün paklıqdır. Yaraşmaz sizə Allahın rəsulunu incitmək və onun zövcələri ilə ondan sonra nigah etmək əbədən. Həqiqətən, bu, Allah yanında böyük olar. (54).Əgər siz bir şeyi aşkara çıxarasınız, ya məxfi edəsiniz onu, həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!
Dostları ilə paylaş: |