«Zümrələr» surəsi (39) 75 -ci ayət
(75).Görərsən mələkləri ərşi dövrələyən ki, saya salırlar həmd ilə öz Rəblərini. Və qəzavat oldu onlar arasında haqq ilə və deyərlər: «Həmd Allah üçündür, Rəbbidir aləmlərin!»
«Ğafur» surəsi (40)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ha. Mim. (2).Nazil oldu kitab Allahdan – Əzizdən, Alimdən, (3) günahları bağışlayandan və qayıtmaları qəbul edəndən, cəzada şiddətli olandan, mükafat sahibindən! Yoxdur İlahi, ancaq Odur. Qayıdış Ona tərəfdir. (4).Allahın ayətlərində mücadilə edirlər ancaq o kəslər ki, kafirdirlər. Onların ölkədə gərdişləri səni qürurlu etməsin. (5).Yalan saydı onlardan qabaq Nuh qoumu və onlardan sonra dəstələr. Külli ümmət öz rəsulları barəsində düşündülər ki, tutalar onu və mücadilə edələr batillə ondan ötrü ki, haqdan döndərsinlər onu. Mən tutdum onları və necə oldu Mənim iqabım! (6).Belə haqq oldu kəlməsi sənin Rəbbinin, üzərində o kəslərin ki, kafir oldular - həqiqətən, onlar od əshabıdırlar! (7).O kəslər ki, ərşi daşıyırlar və kim dövrəsindədir onun, saya salırlar həmd ilə Rəblərini və inanırlar Onunla və bağışlanmaq istəyirlər o kəslər üçün ki, inanırlar: «Rəbbimiz! Sənin rəhmətin və elmin külli şeyi əhatə edib! Bağışla o kəsləri ki, qayıdıblar və tabedirlər Sənin yoluna və qoru onları cəhənnəm əzabından!»
Dostları ilə paylaş: |