«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə272/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   268   269   270   271   272   273   274   275   ...   325
«Hücrələr» surəsi (49)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay o kəslər ki, inanırsınız! Allahdan və Onun rəsulundan qabağa çıxmağa çalışmayın və qorxun Allahdan. Həqiqətən, Allah Səmidir, Alimdir! (2).Ay o kəslər ki, inanırsınız! Öz səsinizi nəbinin səsindən uca etməyin və ona öz aranızda bir-birinizə müraciət edən kimi bərkdən müraciət etməyin, ondan ötrü ki, əməlləriniz məhv olar və siz şüursuzsunuz. (3).Həqiqətən, o kəslər ki, Allah rəsulunun yanında səslərini alçaldırlar, həmin onlar o kəslərdir ki, Allah imtahan etdi qəlblərinin təqvalılığı üçün. Onlar üçün bağışlanmaq və əzəmətli əcr var. (4).Həqiqətən, o kəslər ki, səni hücrələr arxasından çağırırlar, əksəriyyəti onların əql etmirlər!


«Hücrələr» surəsi (49) 5 –11 -ci ayətlər

(5).Əgər onlar səbr etsəydilər, ta sən onların qarşısına çıxasan, onlar üçün xeyirli olardı. Allah Ğəfurdur, Rəhimdir! (6).Ay o kəslər ki, inanırsınız! Əgər gəldi sizə fasiq bir xəbərlə və onda aşkar edin ki, cahillikdən bir qouma pislik edərsiniz və sonra etdiyinizdən peşman olarsınız. (7).Bilin ki, içərinizdə Allahın rəsulu var. Əgər çoxlu işlərdə sizə itaət etsə, siz özünüz əziyyət çəkərdiniz. Lakin Allah imanı sevdirdi sizə və zinətləndirdi onu qəlblərinizdə və ikrah yaratdı sizin üçün küfrə və fasiqliyə və üsyana qarşı. Həmin onlardır raşidlər - (8) Allahdan olan fəzl və nemət sayəsində və Allah Alimdir, Həkimdir! (9).Əgər iki tayfa inananlardan döyüşürsə, islah edin aralarında onların. Əgər onlardan biri o birisinə qarşı zor edərsə, onda döyüşün, hansı ki, zor edibdir, ta Allahın əmrinə tərəf qayıtsın. Əgər qayıdarsa, islah edin aralarında onların ədalətlə və insaflı olun, həqiqətən, Allah sevir insaflıları! (10).Həqiqətən, inananlar qardaşdır. Qardaşlarınız arasında islah edin və Allahdan qorxun, ola ki, rəhm olunasınız. (11).Ay o kəslər ki, inanırsınız! Yoxdur məsxərə qoumlara qoumlardan, olsun ki, olarlar xeyirli onlardan və yoxdur qadınlara qadınlardan olsun ki, olarlar xeyirli onlardan! Və yoxdur biyabırçılıq nəfsinizə və yoxdur tənə etmək ləqəblərlə. Pisdir fasiqlik ismi, imandan sonra. Kim qayıtmasa və həmin onlardır zalimlər.




«Hücrələr» surəsi (49) 12 –18 -ci ayətlər

(12).Ay o kəslər ki, inanırsınız! Qorunun çoxlu zənlərdən! Həqiqətən, bəzi zənlər günahdır. Bir-birinizi güdməyin və sizlərdən bəziləri bəzilərini qeybət etməsin. Ə, sevirsinizmi qardaşınızın meyyit ətini yeməyi və ondan bərk kərahətiniz var? Qorxun Allahdan, həqiqətən, Allah Təvvabdır, Rəhimdir! (13).Ay insanlar! Biz sizi xəlq etdik kişi və qadından və etdik sizi xalqlar və qəbilələrlə, bir-birinizi tanımaq üçün. Həqiqətən, Allah yanında sizdən kəramətlisi odur ki, Allahdan qorxandır. Həqiqətən, Allah Alimdir, Xəbirdir! (14).Ətrafda yaşayanlar dedilər: «Biz inandıq!» De: «Siz inanmadınız və lakin deyin ki: “Biz təslim olduq!” Hələ iman sizin qəlbinizə daxil olmamışdır. Əgər Allaha və Onun rəsuluna itaət edərsinizsə, O heç bir şeylə sizin əməlinizdən əskiltməz». Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (15).Həqiqətən, inananlar o kəslərdir ki, inandılar Allah ilə və Onun rəsulu ilə, sonra şübhə etmədilər və cihad etdilər malları ilə və nəfsləri ilə yolunda Allahın. Həmin onlar sadiqlərdir! (16).De: «Ə, öyrədəcəksinizmi Allaha dininizi və Allah bilir nə ki, səmalardadır və nə ki, ərzdədir?! Allah küllisi ilə şeyin Alimdir!» (17).Onlar sənə minnət qoyurlar ki, təslim olublar. De: «Mənə minnət qoymayın ki, təslim olmusunuz. Bəli, Allah sizə minnət qoyub ki, hidayət edib sizi imana, əgər oldunuz sadiqlər!» (18).Həqiqətən, Allah bilir səmaların və ərzin qeybini! Allah Bəsirdir nə ilə ki, əməldəsiniz!




«Qaf» surəsi (50)




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin