«Səpənlər» surəsi (51)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun səpinləri səpənlərə (2) və yüklənmiş buludlara (3) və asanlıqla üzənlərə (4) və əmrlə təqsim edənlərə, yəni bölənlərə! (5).Həqiqətən, nə ki, sizə vəd olunub, doğrudur (6) və həqiqətən, din vaqe olur.
«Səpənlər» surəsi (51) 7 –30 -cu ayətlər
(7).And olsun səmaya – yollar sahibinə, (8) həqiqətən, siz danışıqda müxtəlifsiniz! (9).Döndü ondan o kəs ki, dönəndi. (10).Qətlə yetişsin yalançı xar olanlar - (11) o kəslər ki, onlar səhlənkarlıqdan azğınlıqdadırlar. (12).Sual edirlər: «Nə vaxtdır din günü?» (13).O gün onda onları imtahan edəcəklər odda: (14) «Dadın imtahanınızı! Bu, odur ki, ona tələsirdiniz!» (15).Həqiqətən, müttəqilər cənnətlərdə və bulaqlarda, (16) qəbul edirlər onu ki, nə ki, əta olunub Rəblərindən onlara. Həqiqətən, onlar bundan qabaq yaxşı işlər edən oldular. (17).Gecələrdən çox azında yatan oldular (18) və səhərlər bağışlanmaq istəyirdilər (19) və mallarında haqq var idi istəyənlər üçün və məhrum olanlar üçün. (20).Və ərzdə ayətlər var yəqinliyi olanlar üçün (21) və sizin nəfsinizdə. Ə, görmürsünüzmü? (22).Səmada ruzilər sizin üçün və nə ki, sizə vəd olunub. (23).And olsun Rəbbinə səmanın və ərzin, həqiqətən, o haqdır, misli nə ki, sizin nitqinizin. (24).Gəldimi sənə hədisi İbrahimin kəramətli qonaqlarından? (25).Onda ki, daxil oldular onun yanına və dedilər: «Salam!» Dedi: «Salam! Tanınmayan qoumsunuz!» (26).Çıxaraq öz ailəsinin yanına getdi və gəldi qızardılmış buzov əti ilə (27).Dəvət etdi onları, dedi: «Ə, yemirsinizmi?» (28).Və onlardan xof hiss etdi. Dedilər: «Xoflanma!» və bəşarət verdilər ona elmli qulam ilə. (29).Gəldi onun arvadı qışqıraraq, üzünə vuraraq və dedi: «Acuza, bəhərsiz bir arvadam!» (30).Dedilər: «Belə dedi Rəbbin sənin. Həqiqətən, O Həkimdir, Alimdir!»
«Səpənlər» surəsi (51) 31 –51 -ci ayətlər
Dostları ilə paylaş: |