27 –ci cüz
(31).Dedi: «Nədir sizin işiniz, ay mürsəllər?» (32).Dedilər: «Biz göndərilmişik cərimə olunmuş qouma tərəf, (33) göndərmək üçün üzərinə onların gildən olan daşları – (34) israfkarlar üçün Rəbbinin yanında adlanmışları!» (35).Biz xaric etdik nə ki, orada inananlardan olandan. (36).Tapmadıq orada təslim olanlardan bir evdən qeyrisini. (37).Orada ələmli əzabdan xoflanan kəslər üçün ayət qoyduq. (38).Və Musada. Onda göndərdik onu aşkar sultanlıqla Firauna tərəf. (39).O, öz dayağı ilə üz çevirdi və dedi: «Sehrkardır, ya məcnun!» (40).Tutduq Biz onu və onun qoşununu və tökdük onları dənizdə. Və o məlamətə layiq idi! (41).Və Adda… Onda göndərdik üzərinə məhv edən küləyi, (42) hansı ki, heç bir şeydən qoymurdu qalsın. Nəyin ki, üzərindən keçirdi, ancaq onu heç edirdi. (43).Və Səmudda… Onda deyildi onlar üçün: «Bir müddət mətahlanın!» (44).Nə ki, onlar əmrindən Rəblərinin çıxdılar və tutdu onları yanar ildırım, onda ki, onlar nəzər salırdılar. (45).Bacarmadılar qalxalar və özləri üçün yardım edən tapmadılar. (46).Və Nuh qoumunu qabaqcadan… Həqiqətən, onlar fasiq qoum oldular. (47).Biz səmanı bina etdik əllərimizlə və həqiqətən, Biz genişləndirənik. (48).Və ərzi. Fərş etdik onu Biz və nemətli inşa edənik. (49).Külli şeydən xəlq etdik zövclərnən, ola ki, zikr edəsiniz! (50).«Qaçın tərəfinə Allahın! Mən sizin üçün Onun tərəfindən aşkar nəzərə çatdıranam. (51).Özünüz üçün Allahla yanaşı axır İlahi etməyin: mən sizin üçün Onun tərəfindən aşkar nəzərə çatdıranam!»
«Səpənlər» surəsi (51) 52 –60 -cı ayətlər
(52).Beləcə onlardan qabaq o kəslər ki, var idilər, nə ki, gəldi onlara rəsul, ancaq dedilər: «Sehrkardır, ya məcnun!» (53).Ə, onu bir-birinə vəsiyyətmi ediblər? Bəli, onlar tüğyan edən qoumdur! (54).Üz döndər onlardan və sənin üçün məlamət yoxdur! (55).Zikr et və həqiqətən, zikr mənfəətdir inananlara! (56).Mən xəlq etdim cinləri və insanları ancaq Mənə ibadət etməkdən ötrü. (57).Mən istəmirəm onlardan ruzi və istəmirəm ki, Mənə təam versinlər. (58).Həqiqətən, Allah – O ruzi verəndir, mətin qüvvət sahibidir! (59).Həqiqətən, o kəslər üçün ki, zalimdirlər, günah misli günahı yoldaşlarının və Məni tələsdirməsinlər. (60).Vay olsun o kəslərə ki, kafirdirlər, günlərindən – odur ki, vəd olunur!
Dostları ilə paylaş: |