«Dağ» surəsi (52)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun dağa! (2).And olsun sətirlənmiş kitaba (3) və nəşr olunmuş vərəqlərdə (4) və iştirak edilən evə (5) və ucaldılmış dama (6) və coşan dəryaya, (7) həqiqətən, Rəbbinin əzabı vaqe olandır! (8).Yoxdur onun üçün dəf edən. (9).O gün ki, səma yarılıb dağılar (10) və seyr edər dağlar seyr etməklə. (11).Vay olsun o gündə yalançılar üçün – (12) o kəslər ki, onlar hovuzda əylənirlər! (13).O gün dəvət olunarlar tərəfinə cəhənnəm odunun dəvətnən. (14).Bu od hansı ki, siz onu yalan sayırdınız.
«Dağ» surəsi (52) 15 -31 -ci ayətlər
(15).Ə, sehrdirmi bu, yoxsa görmürsünüz? (16).Yanın onda! Səbr edəsiniz, ya səbr etməyəsiniz – bərabərdir sizin üçün. Siz ancaq etdiyiniz əməllərə görə cəzalanırsınız! (17).Həqiqətən, müttəqilər cənnətlərdə və nemət içərisindədirlər. (18).Rəblərinin verdiyinə şənlənirlər və Rəbləri onları qorumuşdur cəhənnəm əzabından. (19).Yeyin-için nuşcanlıqla nə ilə ki, oldunuz əməllilər, (20) taxtlar üzərində cərgələrlə mütəkkələrə söykənərək. Qara gözlü huriləri onlara zövc edərik. (21).O kəslər ki, inandılar və tabe oldu onlara zürriyyətləri imanla, Biz gətirərik onların görüşünə zürriyyətini onların və əməllərindən heç bir şeydən əskiltmərik. Külli kəs nə ilə ki, kəsb edib, girovudur. (22).Təmin edərik onları meyvələrlə və ət nədən ki, iştahalarındadır. (23).Onlar orada bir-birinə kasaları verərlər və orada yoxdur lağ-lağı və yoxdur günah. (24).Onlar arasında cavan qulamlar – sanki mirvaridirlər, dolanarlar. (25).Bəzisi onların bəzisini qəbul edərək soruşarlar. (26).Dedilər: «Həqiqətən, olduq biz qabaqca əhlimizdə titrəyənlər. (27).Minnət qoydu Allah üzərimizə və qorudu bizi səmum əzabından. (28).Biz qabaqcadan onu çağırdıq. Həqiqətən, O yaxşılıq edəndir, rəhm edəndir!» (29). Zikr et! Sən Rəbbinin neməti ilə kahin və məcnun deyilsən. (30).Yoxsa onlar deyirlər: «Şairdir! Gözləyirik biz onunla taleyinin dəyişikliyini». (31).De: «Gözləyin və mən də sizinlə birlikdə gözləyənlərdənəm!»
«Dağ» surəsi (52) 32 –49 -cu ayətlər
(32).Yoxsa bunu onlara batil yuxuları əmr edir, yoxsa onlar tüğyan edən qoumdur? (33).Yoxsa deyirlər: «Fikirləşdi onu o!» Bəli, inanmazlar! (34).Qoy onlar onun misli olan hədislər gətirsinlər, əgər oldular sadiqlər! (35).Yoxsa qeyri şeydən xəlq olunublar, yoxsa onlar xəlq edəndirlər? (36).Yoxsa onlar səmaları və ərzi xəlq ediblər? Bəli, onların yəqinliyi yoxdur! (37).Yoxsa Rəbbinin xəzinələri onların yanındadır, yoxsa onlar idarə edəndirlər? (38).Yoxsa onların sülümləri var, hansı ki, onun üzərindən eşidirlər? Qoy onların eşidənləri gəlsinlər aşkar sultanlıqla. (39).Yoxsa Onun üçün qızlar və sizin üçün oğlanlardır? (40).Yoxsa sən onlardan əcr istəyirsən və onlar ağır borc yükü altındadırlar? (41).Yoxsa qeyb onların yanındadır və onlar yazırlar? (42).Yoxsa onlar fənd istəyirlər? O kəslər ki, kafirdirlər, onlara fənd edilib. (43).Yoxsa onlar üçün Allahdan qeyri ilahilər var? Sübhandır Allah nədən ki, şərik qoşurlar! (44).Əgər onlar səmadan bir parça qət olaraq düşdüyünü görsələr, deyərlər: «Bu, bir qalın buluddur!» (45).Üz döndər onlardan, ta öz günləri ilə görüşənə qədər – odur ki, onda ildırımla yanacaqlar. (46).O gün onları ehtiyacsız etməyəcək fəndləri bir şeylə və onlara yardım olunmayacaq. (47).Həqiqətən, o kəslər üçün ki, zülm etdilər, bundan başqa əzab var və lakin əksəriyyəti onların bilmirlər. (48).Səbr et hökmü üçün Rəbbinin və həqiqətən, sən gözümüz qarşısındasan. Və saya sal həmd ilə Rəbbini hər qalxdığın zaman! (49).Və gecədən saya sal Onu və ulduzlar dönəndə!
Dostları ilə paylaş: |