«Vaqiə» surəsi (56)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, vaqiə olan vaqe olar. (2).Yoxdur onun vaqe olacağını təkzib edən! – (3) alçaldaraq, ucaldaraq, (4) onda titrəyər ərz titrəməklə, (5) və dolanar dağlar dolanmaqla (6) və toz kimi dağılan olar (7) və siz cütlərlə üç dəstə olarsınız. (8).Əshabı sağın – nə ki, əshabı sağın? (9).Və əshabı solun – nə ki, əshabı solun? (10).Və qabağa düşənlərdən qabağa düşənlər. (11).Həmin onlardır ki, yaxınlar olacaqlar. (12).Nemətli cənnətlərdə – (13) üçündən – əvvəlkilərdən. (14).Və azca axırdakılardan, (15) cəvahiratla bəzənib tikilmiş taxtlar üzərində, (16) mütəkkələrə söykənərək qarşı-qarşıya əyləşmişlər.
«Vaqiə» surəsi (56) 17 –50 -ci ayətlər
(17).Daima cavan olan oğlanlar, üzərinə onların gələrək ətraflarında dolanırlar (18) kuzələrlə, qablarla və kasalarla axar bulaqdan – (19) ondan baş ağrımaz və zəiflik olmaz (20) və meyvələr, nədən ki, onlar xeyirlisini seçərlər. (21).Və quş əti, nədən ki, iştahaları var. (22).Qara və iri gözlü hurilər isə, (23) məsəli, məkanında qorunmuş mirvari kimi – (24) cəzadır nə ilə ki, oldular əməllilər. (25).Eşitməzlər orada lağlağı və günaha təhrik. (26).Ancaq sözləri: «Salam, salam!» (27).Əshabı sağ tərəfin – nə ki, əshabı sağ tərəfin. (28).Tikansız sidr ağacları arasında. (29).Dolu barlı talhin ağacları altında (30) və zil, yəni qara uzanan kölgələrdə. (31).Və axar sular (32) və çoxlu meyvələr (33) qurtarmaz və qadağan olunmaz. (34).Döşənmiş fərşlər və xalçalar. (35).Biz inşa edənlər inşa etdik onları. (36).Etdik onları bakirə qızlar, (37) ərini sevən yaşıdlar – (38) sağ tərəfin əshabı üçün. (39).Üçündən – əvvəlkilərdən. (40).Və üçündən axırdakılardan. (41).Və sol tərəfin əshabı – nə ki, sol tərəfin əshabı? (42).Səmumda, yəni isti küləkdə və hamamdakı qaynar suda. (43).Və zil, yəni qara tüstülü kölgədə. (44).Soyuq deyil və kəramətli deyil. (45).Onlar bundan qabaq sərvət içində olmuşdular. (46).Və israr edərək əzəmətli günahlar üzərində olmuşdular. (47).Və olmuşdular deyənlər: «Ə, onda ki, ölüb toz kimi çürümüş sümüklər olduq, ə, həqiqətən, biz qaldırılacağıq, (48) ə, əvvəlki atalarımız da?» (49).De: «Həqiqətən, əvvəlkilər və axırdakılar, (50) cəm olacaqlar təyin olunmuş məlum olan gündə!
«Vaqiə» surəsi (56) 51 –76 -cı ayətlər
(51).Sonra, həqiqətən, siz, ay zəlalətdə olanlar, yalan sayanlar! (52).Zəqqum ağacından yeyəcəksiniz. (53).Onunla qarınlarını dolduracaqlar. (54).Və bunun üstündən hamamdakı qaynar su kimi su içərlər. (55).Susuz dəvələr su içən kimi». (56).Bu, nazil olmadır onlar üçün din günündə. (57).Biz xəlq etdik sizi. Məgər doğru saymazsınızmı? (58).Ə, gördünüzmü nə tumdan çıxdınız – (59) Ə, sizsinizmi xəlq edən onu, yoxsa Bizik xaliqlər? (60).Biz qədərində sizin aranızda ölümü təyin etdik və Bizi qabaqlamaq olmaz! (61).İstəsəydik sizi dəyişərək aradan aparıb, mislinizi sizin yaradaq, sizi ayrı surətdə ki, ondan heç xəbəriniz yoxdur, yaradardıq! (62).Əlbəttə, siz əvvəlki inşaatını bilirsiniz. Məgər zikr etməzsinizmi? (63).Ə, gördünüzmü, nə ki, siz əkirsiniz? (64).Ə, siz onu göyərdirsiniz, yoxsa onun göyərdəni Bizik? (65).Əgər istəsəydik bunu quru zibil edərdik və siz isə təəccüb edərdiniz: (66).«Biz xəsarət gördük. (67).Bəli, biz məhrum olduq!» (68).Ə, gördünüzmü suyu – odur ki, içirsiniz? (69).Ə, onu buluddan siz nazil edirsiniz, yoxsa Bizik nazil edən? (70).Əgər istəsəydik onu acı edərdik. Məgər şükr etməzsinizmi? (71).Ə, gördünüzmü odu, hansı ki, yandırırsınız? (72).Ə, siz onun ağacını inşa etmisiniz, yoxsa Bizik onu inşa edənlər? (73).Biz etdik onu zikr və səhrada olanlar üçün mətah. (74).Saya sal ismi ilə əzəmətli Rəbbini! (75).Bəs yox, and olsun ulduzların batması vaqiə olan yerə! (76).Həqiqətən, o anddır əzəmətli, əgər bilsəydiniz!
«Vaqiə» surəsi (56) 77 –96 -cı ayətlər
(77).Həqiqətən, o, Qur’ani-Kərimdir (78) məkanındakı kitabda. (79).Toxunmazlar ona, ancaq pak olanlar. (80).Aləmlərin Rəbbindən nazil olandır. (81).Ə, bu hədisləri, qəbul etməzsinizmi? (82).Edirsiniz özünüzə ruzi, ancaq onu yalan saymaq. (83).Əgər onda ki, yetişə o ulğumunuza (84) siz onda nəzər salarsınız (85) və Biz isə sizdən ona yaxın olacayıq və lakin siz görmürsünüz. (86).Əgər siz oldunuz mühakimə olunmayanlar, (87) qaytarardınız onu, əgər oldunuz sadiqlər! (88).Amma, əgər o yaxınlardan oldu (89) və onda fərəhlənmək və reyhan və nemətli cənnətlər. (90).Amma o, sağ tərəfin əshabından olsa, (91) onda «Salam sənin üçün sağ tərəfin əshabından!» (92).Amma o yalan sayanlardan, zəlillərdən olsa, (93) onda nazil olar hamamdakı qaynar sudan (94) və yanmaq odda. (95).Həqiqətən, bu, haqdır yəqin! (96).Saya sal ismi ilə əzəmətli Rəbbini!
Dostları ilə paylaş: |