«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə283/325
tarix03.01.2022
ölçüsü2,11 Mb.
#40627
1   ...   279   280   281   282   283   284   285   286   ...   325

«Həşr» surəsi (59)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allahı nə ki, səmalardadır və nə ki, ərzdədir. O Əzizdir, Həkimdir! (2).O – Odur ki, xaric etdi o kəsləri ki, kafirdirlər əhli kitabdan, diyarlarından əvvəlinci toplanmada. Siz zənn etmirdiniz ki, onlar xaric olarlar. Və onlar zənn edirdilər ki, qalaları onları Allahdan müdafiə edər. Allah gəldi onlara oradan ki, onlar onu hesablamayıblar və qəlblərində onların qorxu və vəhşət oldu. Onlar evlərini öz əlləri ilə və inananların əlləri ilə xaraba edirlər. Ay bəsirət sahibləri, ibrət alın! (3).Əgər Allah yazmasaydı üzərində onların cəlay-vətənlik, əzab edərdi onları dünyada. Onlar üçündür axirətdə od əzabı!

«Həşr» surəsi (59) 4 –9 -cu ayətlər
(4).Bu, həqiqətdə onlar ilə şaqqalandılar Allah və Onun rəsuluna. Və kim şaqqalanır Allaha, həqiqətən, Allah şiddətlidir iqaba. (5).Xurma ağaclarından hər nə ki, kəsildi və hər nə ki, kökü üstündə qaldı, hamısı Allahın izni ilə idi və fasiqlərin rüsvay olması üçün. (6).Allah onların qalan malından Öz rəsuluna verdi. Siz onları ələ gətirmək üçün nə at çapıbsınız və nə dəvə sürübsüz. Lakin Allah Öz rəsullarına hər kimin üzərində istəsə sultanlıq verər. Allah üzərində külli şeyin Qadirdir! (7).Hər nə ki, Allah Öz rəsuluna verdi kəndlərin əhlindən, Allah və Onun rəsulu və yaxınlar, yəni Allaha yaxın olanlar və yetimlər və miskinlər və yol oğlu üçündür. Olmasın dövlət arasında varlıların sizdən. Nə ki, verdi sizə rəsul, onda onu alın, nəyi ki, sizə o, qadağan etdi, ondan özünüzü saxlayın və qorxun Allahdan, həqiqətən, Allah şiddətlidir iqaba! (8).Fəqir mühacirlər üçün – o kəslər ki, xaric oldular diyarlarından və mallarından Allahdan razılıq və fəzl axtarmaq üçün və Allaha və Onun rəsuluna yardım etmək üçün – həmin onlardır sadiqlər! (9).O kəslər ki, möhkəmləndilər öz diyarlarında və imanda onlardan qabaq, sevirlər kəsi, hicrət edir tərəfinə onların və tapmırlar ürəklərində hacət nədən ki, ətadır və sevirlər üzərində nəfslərinin və əgər ola onlar ilə xəsislik. Kim qoruyur huşsuzluqdan nəfsini, onlardır ki, nicat tapanlardır!

«Həşr» surəsi (59) 10 –16 -cı ayətlər
(10).O kəslər ki, gəldilər onlardan sonra, deyirlər: «Rəbbimiz! Bağışla bizim üçün və qardaşlarımız üçün – o kəslər ki, bizdən qabağa düşdülər iman ilə və qəlbimizdə o kəslərə qarşı ki, inanırlar, kin-küdurətə yer vermə. Rəbbimiz! Həqiqətən, Sən Raufsan, Rəhimsən!» (11).Ə, görmədinmi o kəsləri ki, nifaq salaraq deyirlər əhli kitabdan kafir olan qardaşları üçün: «Əgər siz xaric olsanız, biz də sizinlə birlikdə xaric olarıq və sizə qarşı əbədən bir kəsə itaət etmərik. Əgər sizinlə döyüşsələr, sizə yardım edərik!»? Allah Şahiddir ki, həqiqətən, onlar yalançıdırlar! (12).Əgər xaric olsalar, onlarla birlikdə xaric olmazlar. Əgər döyüşsələr, yardım etməzlər onlara. Əgər yardım etsələr, onda üz döndərərlər idbarlı halda, sonra yardım olunmazlar! (13).Əlbəttə, siz şiddətli vahiməlisiz ürəklərində Allahdan. Bu, onlar ilə ona görədir ki, onlar anlamaz qoumdurlar. (14).Onlar sizinlə döyüşməzlər cəmiyyən, ancaq möhkəm kəndlərdə, ya divar arxasından. Onların basqısı öz aralarında şiddətlidir. Hesab edirsən onlar cəmdirlər və qəlbləri dağınıqdır. Bu, onlar ilə ona görədir ki, onlar əql etməyən qoumdurlar. (15).Məsəli kimidir o kəslərin ki, bu yaxında onlardan qabaq var idilər. Daddılar bəlasını əmrlərinin və onlar üçün ələmli əzab var. (16).Məsəli şeytan kimidir. Onda dedi insana: «Kafir ol!» Amma elə ki, kafir oldu, dedi: «Mən səndən uzağam. Mən xoflanıram Allahdan – aləmlərin Rəbbindən!»

«Həşr» surəsi (59) 17 –24 -cü ayətlər
(17).Oldu hər ikisinin aqibəti: onlar hər ikisi oddadırlar, həmişəlik orada qalacaqlar. Bu cəzasıdır zalimlərin! (18).Ay o kəslər ki, inanırsınız! Qorxun Allahdan! Nəzər salsın nəfs ki, qabaqcadan nə hazırlamışdır sabah üçün. Qorxun Allahdan, həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz! (19).O kəslər kimi olmayın ki, Allahı unutdular və O da onlara öz nəfslərini unutdurdu. Həmin onlar fasiqlərdir! (20).Od əshabı cənnət əshabı ilə bərabər deyil. Əshabı cənnətin – onlar müvəffəq olanlardır! (21).Əgər nazil etsəydik bu Qur’anı dağın üzərinə, onun Allahdan çəkinərək parça-parça olduğunu görərdin. Bu məsəlləri insanlar üçün vururuq, ola ki, fikirləşələr! (22).O Allahdır – Odur ki, yoxdur İlahi, ancaq Odur! Qeybə və şəhadətə Alimdir. O Rəhmandır, Rəhimdir! (23).O Allahdır – Odur ki, yoxdur İlahi, ancaq Odur! Məlikdir, yəni şahdır, Qüddüsdür, yəni müqəddəsdir, Salamdır, yəni sülh sevərdir, Mumindir, yəni inanandır, Mühəymindir, yəni qoruyandır, Əzizdir, yəni izzətlidir, Cabbardır, yəni güclüdür, Mütəkəbbirdir, yəni təkəbbürlük Ona yaraşır! Sübhandır Allah nədən ki, şərik qoşurlar! (24).O Allahdır – Xaliqdir, yəni xəlq edəndir, Bariydir, yəni ucaldaraq yaradandır, Musavvirdir, yəni surət verəndir! Onun üçündür bütün yaxşı adlar. Saya salır Onun üçün nə ki, səmalardadır və nə ki, ərzdədir. O Əzizdir, Həkimdir!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   279   280   281   282   283   284   285   286   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin