29 –cu cüz
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Bərəkətlidir, böyükdür, ucadır – Odur ki, əli ilədir mülk və O üzərində külli şeyin Qadirdir! (2).Odur ki, xəlq etdi ölümü və həyatı, sınamaq üçün sizi, hansınızın əməli yaxşıdır və O Əzizdir, Ğəfurdur! (3).Odur ki, xəlq etdi yeddi səmanı təbəqə-təbəqə. Görmürsən xəlq etməyində Rəhmanın təfavütdən. Baxışlarını döndərib diqqətlə bax. Onda heç eyib və irad görərsənmi? (4).Sonra baxışlarını döndərib iki dəfə bax. Gözlərin qapanaraq, yorğun halda bir daha sənə tərəf qayıdacaqdır. (5).Əlbəttə, Biz zinətləndirdik dünya səmasını çıraqlarla və etdik onları şeytanlar üçün güllələr və hazırladıq onlar üçün od əzabı. (6).O kəslər ki, Rəblərinə kafir oldular, cəhənnəm əzabı onlar üçün var və pis qayıdışdır! (7).Onda ki, atarlar ona, onun qışqırtısın və şaqqıltısın eşidərlər və o qaynayır. (8).Az qalır ki, qeyzdən partlasın. Külli nə ki, atırlar ona dəstələri, sual edirlər onlardan gözətçiləri onun: «Ə, gəlmədi sizə nəzərə çatdıran?» (9).Deyərlər: «Bəli! Gəldi bizə nəzərə çatdıran və yalançı saydıq onu və dedik: “Nazil etməyib Allah bir şeydən. Siz ancaq zəlalətdəsiz böyük”». (10).Dedilər: «Əgər biz olsaydıq eşidən, ya əql etsəydik, olmazdıq əshabında odun». (11).Etiraf etdilər günahlarını və od əshabı uzaq olar! (12).Həqiqətən, o kəslər ki, çəkinirlər Rəblərindən qeyb ilə, onlar üçün bağışlanmaq və böyük əcr var.
«Mülk» surəsi (67) 13 –26 -cı ayətlər
(13).Sirli saxlayasız sözlərinizi, ya aşkar edəsiniz onu, həqiqətən, O Alimdir zatı ilə ürəklərin! (14).Ə, bilmir O kəs ki, xəlq edib? O Lətifdir, Xəbirdir! (15).O – Odur ki, ərzi sizin üçün ram etdi. Onun qucağında gəzin və Onun ruzilərindən yeyin və Ona tərəf toplanacaqsınız! (16).Ə, siz əmin oldunuzmu, kim ki, səmadadır, sizi ərzə batıra və onda ki, o titrəyir? (17).Yoxsa, əmin oldunuzmu, kim ki, səmadadır, üzərinizə qasırğalı yel göndərə və biləsiniz necədir nəzərə çatdırmağım? (18).Əlbəttə, yalan saydılar o kəslər ki, onlardan qabaq var idilər və necə oldu Mənim inkar etməyim?! (19).Ə, onlar görmürlər quşları fövqlərində səf çəkərək qanadlarını açırlar, sonra yığırlar? Ancaq Rəhmandan başqa heç kəs onları saxlamır. Həqiqətən, O küllisi ilə şeyin Bəsirdir! (20).Ə, Rəhmandan başqa kimdir ki, sizin yardımçınız ola və sizə qoşunla köməklik edə? Həqiqətən, kafirlər ancaq məğrurluqdadırlar! (21).Ə, kimdir o kəs ki, sizə ruzi versin, əgər qət edə O ruzisini? Bəli, onlar çirkinlikdə olaraq itaət etmirlər və nifrətdədirlər! (22).Ə, kim ki, üzü üstə sürünərək yol gedə, hidayət tapar, ya kim ki, düz yolda möhkəm qədəm götürə? (23).De: «O – Odur ki, inşa etdi sizi və etdi sizin üçün eşitmə və bəsarət və könül, çox az şükr edirsiniz!» (24).De: «O – Odur ki, səpdi sizi ərzdə və Ona tərəf toplanacaqsınız!» (25).Deyirlər: «Nə vaxtdır bu vəd, əgər oldunuz sadiqlər?» (26).De: «Həqiqətən, onun elmi Allah yanındadır və həqiqətən, mən aşkar nəzərə çatdıranam!»
«Mülk» surəsi (67) 27 –30 -cu ayətlər
(27).Amma elə ki, onu yaxında gördülər, üzləri qaralar o kəslərin ki, kafirdirlər və deyilər: «Bu, odur ki, siz onu çağırırdınız!» (28).De: «Ə, gördünüzmü, əgər həlak edə məni Allah və kim ki, mənimlədir, ya bizə rəhm edə və kim kafirləri ələmli əzabdan müdafiə edər?» (29).De: «O Rəhmandır – biz Ona inandıq və Ona təvəkkül edirik. Biləcəksiniz kimdir aşkar zəlalətdə!» (30).De: «Ə, gördünüzmü, əgər suyunuz dərinliyə batarsa və kim gələcək sizə içməli bulaq suyu ilə?»
«Qələm» surəsi (68)
Dostları ilə paylaş: |