«Yarılma» surəsi (82) (1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Onda ki, səma yarılar (2) və onda ki, kəvakiblər tökülər (3) və onda ki, dəryalar daşar (4) və onda ki, qəbirlərdəkilər qalxar, (5) bildi nəfs nə təqdim edib və təxirə salıb. (6).Ay insan! Nə məğrursan Kəramətli Rəbbinə – (7) Odur ki, xəlq etdi səni və səviyyəli etdi səni və ədalı etdi səni? (8).Hansı surətdə ki, istəyirdi, yaratdı səni! (9).Belə deyil! Bəli! Yalan sayırsınız din ilə. (10).Həqiqətən, üzərinizdə sizin mühafizəçilər var – (11) kəramətli katiblər. (12).Bilirlər onlar, nə fəaliyyətdəsiniz. (13).Həqiqətən, yaxşı əməl sahibləri nemət içərisindədirlər! (14).Həqiqətən, fəsadçılar od içərisindədirlər! (15).Vasil olarlar ona din günündə (16) və onlar ondan uzaq olan deyillər. (17).Nə idrak sahibisən, nədir din günü? (18).Sonra nə idrak sahibisən, nədir din günü? (19).O gün malik deyil nəfs nəfs üçün şeynən və əmrlər o gün Allah üçündür.