«Yunus» surəsi (10) 7 -14 -cı ayətlər
(7).Həqiqətən, o kəslər ki, yoxdur müraciətləri Bizim görüşümüz üçün və dünya həyatı ilə razıdırlar və təmənnalıdırlar onunla və o kəslər ki, ayətlərimizdən qafildirlər - (8) həmin onların yeri oddur, nə ilə ki, oldular kəsblilər! (9).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır, Rəbləri onları hidayət edər imanları ilə – caridir altından onların nəhrlər Nəim cənnətlərində. (10).Çağırışı onların orada: «Allahım! Sən Sübhansan!» və təhiyyətləri orada: «Salam!» və axır çağırışları budur: «Həmd Allah üçündür, Rəbbidir aləmlərin!» (11).Əgər təcili etsəydi Allah insanlar üçün şəri, təcili istədikləri xeyir ilə, qəzavat olardı tərəfinə onların əcəlləri. Biz tərk edərik o kəsləri ki, yoxdur müraciətləri Bizim görüşümüz üçün, tüğyanlarında kor olaraq. (12).Onda ki, insana zərər toxundu, o halda ki, bir yanı üstə uzanıb, ya oturub, ya ayaq üstə durub Bizi çağırar. Amma elə ki, Biz şəfa etdik ondan zərərini, elə gedər ki, sanki Bizi o zərərdən ötrü ki, ona toxunmuşdu, çağırmayıb. Belə zinətləndi israfkarlar üçün etdikləri əməllər! (13).Biz sizdən qabaq nəsilləri onda ki, zülm etmişdilər, həlak etdik. Onlar üçün rəsulları bəyanatlarla gəldilər və olmadılar inananlar. Belə cəzalandırırıq cərimə olunmuş qoumu! (14).Sonra etdik sizi xəlifə ərzdə onlardan sonra, nəzər salmağımız üçün necə əməl edəcəksiniz.
«Yunus» surəsi (10) 15 -20 -ci ayətlər
(15).Onda ki, Bizim aydın ayətlərimiz onlar üçün tilavat edilir, dedilər o kəslər ki, yoxdur müraciətləri Bizim görüşümüz üçün,: «Gəl Qur’an ilə, bundan qeyri, ya onu dəyişdir!» De: «Mənə olmaz ki, öz tərəfimdən onu dəyişdirim. Mən tabe oluram, ancaq mənə öyrədilənə. Həqiqətən, əzəmətli günün əzabından qorxuram ki, Rəbbimə asi olam». (16).De: «Əgər Allah istəsəydi, mən onu sizə tilavat etməzdim və O sizi onun ilə agah etməzdi. Fəqət bundan qabaq bir ömür sizinlə sərf etmişəm. Ə, məgər əql etməzsinizmi?» (17).Zalim o kəsdən kimdir ki, iftira edə Allahın üzərinə yalanı, yaxud yalan saya ayətlərilə Onu? Həqiqətən, O cərimə olunmuşlara nicat verməz! (18).Allahdan başqalarına ibadət edirlər ki, onlara zərər və mənfəət yetirə bilməzlər və deyirlər: «Bunlar Allah yanında bizə şəfaət edəndirlər!» De: «Ə, xəbər verirsiniz Allaha ki, bilmir nə ilə ki, səmalarda və ərzdə var? O Sübhandır və Alidir nədən ki, Ona şərik qoşurlar!» (19).Oldular insanlar ancaq vahid bir ümmət və ixtilaf etdilər. Əgər Rəbbindən qabaqcadan kəlmə olmasaydı, aralarında həll olunardı, nədə ki, onda ixtilaflıdırlar. (20).Deyirlər: «Məgər nazil olmalı deyilmi onun üzərinə Rəbbindən ayət?!» De: «Həqiqətən, qeyb Allah üçündür. Gözləyin, mən də sizinlə gözləyənlərdənəm!»
«Yunus» surəsi (10) 21 -25 -ci ayətlər
(21).Onda ki, Biz insanlara zərər toxunandan sonra rəhmət dadızdıraq, onda Bizim ayətimizdə məkr edərlər. De: «Allah sürətlidir məkrə qarşı». Həqiqətən, rəsullarımız, yəni elçilərimiz yazırlar nə ki, məkr edirsiniz! (22).O – Odur ki, sizi quruda və dəryada seyr etdirir. Ta onda ki, gəmidəsiniz və onlar hərəkət edirlər mülayim yel ilə və fərəhlənirlər onun ilə. Gəldi ona külək fırtınalı və gəldi onlara dalğalar külli məkandan və zənn etdilər ki, əhətəlidirlər onlarla. Çağırırlar Allahı, məxlus edərək Onun üçün dini: «Əgər bizə bundan nicat verəsən, Sənə şükr edənlərdən olarıq». (23).Amma elə ki, onlara nicat verdik, onda ərzdə haqsız zülm edirlər. Ay insanlar! Bundan qeyri deyil ki, dünya həyatının malına görə özünüzə zülm edirsiniz. Sonra Bizə tərəf qayıdacaqsınız və xəbər verərik sizə nə ilə ki, oldunuz əməllilər. (24).Həqiqətən, dünya həyatının məsəli su kimidir ki, səmadan nazil edirik, ta onun vasitəsi ilə müxtəlif göyərtilər ərzdən çıxarar – nədən ki, insanlar və heyvanlar yeyirlər. Ta onda ki, ərz gözəlləşib və zinətlənə və onun əhli zənn edələr ki, onları becərib-yığmağa qadirdirlər, birdən Bizim əmrimiz gecə çağı, ya gündüz yetişib və onların hamısını biçilmiş edər, sanki, dünənki gün orada heç bir şey yox idi. Belə müfəssəl bəyan edirik ayətlərimizi fikirləşən qoum üçün. (25).Allah sülh evinə çağırır və kimi istəyir düz yola hidayət edir!
«Yunus» surəsi (10) 26 -33 -cü ayətlər
(26).Yaxşı əməl edən kəslərə yaxşılıq və artıq əvəz vardır və onların üzlərinə heç vaxt qaralıq və zillət tozu yetişməz. Onlardır cənnət əshabı və orada həmişəlikdirlər. (27).O kəslər ki, pis əməllər kəsb etdilər, onun misli qədər cəza alarlar və bərk zillətə düşərlər. Onları Allahın əzabından qoruyan olmaz və qara üzləri deyəsən bir parça zülmət gecəsindəndir. Onlardır od əshabı və orada həmişəlikdirlər! (28).O gün ki, Biz onları cəmiyyən toplayarıq, sonra müşriklərə deyərik: «Siz və şərikləriniz öz yerinizdə durun!» Sonradan onların arasına ayrılıq salarıq və şərikləri deyərlər: «Siz təkcə bizə ibadət etmirdiniz. (29).Kafidir Allah ilə şahidlik bizim aramızda və sizin aranızda. Olduq biz, sizin ibadətinizdən qafillər!» (30).Orada külli nəfs öz əməlinin cəzasına ki, əvvəlcə əncam verib, yetişər və qayıdarlar həqiqi ağaları olan Allaha tərəf və iftira etdikləri itib aradan gedər. (31).De: «Kim sizə səmadan və ərzdən ruzi yetirir? Və kim qulaqlara və gözlərə sahibdir? Və kim xaric edir dirini meyyitdən və xaric edir meyyiti diridən? Və kim tamam işləri tədbir edir?» Deyəcəklər: «Allah!» De: «Ə, məgər təqvalı olmazsınızmı?» (32).Bu sizin Allahınız - haqq Rəbbinizdir və haqdan sonra, ancaq zəlalətdir. Bəs hara gedirsiniz? (33).Beləliklə haqq oldu kəlməsi Rəbbinin üzərində o kəslərin ki, fasiqdirlər: «Onlar iman gətirən deyillər!»
«Yunus» surəsi (10) 34 -42 -ci ayətlər
(34).De: «Varmı şəriklərinizdən kim ki, başlayır xəlq etməyə, sonra qaytarır onu?» De: «Allah başlayır xəlq etməyə, sonra qaytarır onu. Bəs niyə yalan nisbəti verirsiniz?» (35).De: «Şəriklərinizdən varmı haqqa tərəf hidayət edə?» De: «Allahdır ki, haqq üçün hidayət edir. Ə, kim ki, haqqa tərəf hidayət edir, haqdır ki, itaət oluna, yoxsa kim ki, hidayət etmir, ancaq özü hidayət olunur? Sizə nə olub, necə hökm edirsiniz?» (36).Onların əksəriyyəti, ancaq zənnə tabe olurlar. Həqiqətən, zənn isə haqdan ehtiyacsız etməz şeynən və həqiqətən, Allah Alimdir nə ilə ki, fəaliyyətlidirlər! (37).Bu Qur’an Allahdan başqasının yanından gəlmiş iftira deyil. Lakin təsdiq edir əllərində olanı və Allahın hökmlərini təfsil edən kitabdır ki, yoxdur şübhə onda, aləmlərin Rəbbindəndir! (38).Yoxsa deyirlər: «İftira etdi onu!» De: «Gəlin surə ilə misli onun və Allahdan başqa kimdən istəyirsiniz kömək alın, əgər oldunuz sadiqlər!» (39).Bəli, yalan sayırlar nə ilə ki, əhatəsizdirlər elmi ilə onun və gəlməyib onlara təvili onun. Belə yalan saydılar o kəslər ki, onlardan qabaq var idilər və nəzər sal necə oldu zalimlərin aqibəti? (40).Onlardan kim ki, inanır onun ilə və onlardan kim ki, inanmır onun ilə. Rəbbin Alimdir fəsadçılarla! (41).Əgər səni yalançı saydılar, de: «Mənim əməlim mənim üçün, sizin əməliniz sizin üçündür. Siz mənim əməlimdən uzaq və mən də sizin əməlinizdən uzağam» (42).Onlardan var ki, sənə qulaq asır. Ə, sənmi eşitdirə bilərsənmi karı, əgər oldular əql etməyənlər?
«Yunus» surəsi (10) 43 -53 –cü ayətlər
(43).Onlardan var ki, sənə tərəf baxırlar. Ə, sən hidayət edə bilərsənmi koru və əgər oldular bəsirətsizlər? (44).Həqiqətən, Allah insanlara zülm etməz bir şeynən və lakin insanlar öz nəfslərinə zülm edirlər! (45).O gün ki, onlar toplanarlar – deyəsən gündüzün bir saatından artıq qalmayıblar - o gün bir-birini kamilən tanıyarlar. Əlbəttə, xəsarətdə oldular o kəslər ki, Allah ilə görüşü yalan saydılar və hidayət olunmadılar. (46).Nə vaxt ki, göstərərik sənə bəzi odur ki, vəd vermişik onlara, ya sənə vəfat bağışlarıq və tərəfimizə Bizim müraciət edəcəklər. Sonra Allah şahiddir üzərində nə ki, fəaliyyətdədirlər! (47).Külli ümmət üçün rəsul var. Onda ki, gəldi onların rəsulları, aralarında insafla hökm olunar və onlara zülm olunmaz! (48).Deyərlər: «Bu vəd nə vaxtdır, əgər oldunuz sadiqlər?» (49).De: «Mən nəfsim üçün zərərə və mənfəətə malik deyiləm, ancaq nə ki, istəyə Allah». Külli ümmət üçün əcəl var. Onda ki, onların əcəlləri gəlib çatdı, nə bir saat təxirə salınar və nə də təqdim olunar. (50).De: «Ə, gördünüz, əgər ətadır əzabı Onun yatarkən, ya günorta… Nə üçün təcili istəyirlər ondan cərimə olunmuşlar?» (51).Ə, sonra onda ki, əzab vaqeə oldu, onun ilə inandınız? İndimi? Əlbəttə, oldunuz onun ilə təcili istəyənlər. (52).Sonra o kəslərə ki, zülm edirdilər, deyərlər: «Dadın həmişəlik əzabı! Cəzalanırsınızmı ancaq nə ilə ki, oldunuz kəsblilər?» (53).Səndən soruşurlar ki, o haqdırmı? De: «Bəli, and olsun Rəbbimə ki, o haqdır və siz aciz edə bilməzsiniz!»
«Yunus» surəsi (10) 54 –61 -ci ayətlər
(54).Əgər nə ki, ərzdə var, zalim nəfs üçün olarsa, bütün varlığını fəda edər, ta özünü əzabdan qurtara. Amma elə ki, əzabı gördülər, həsrət və peşmanlıqlarını gizlədərlər və onların aralarında insafla hökm olunar və onlara zülm olunmaz. (55).Ə, məgər yoxmu? Həqiqətən, Allah üçündür nə ki, səmalarda və nə ki, ərzdə var. Ə, məgər yoxmu? Həqiqətən, Allahın vədi haqdır, lakin onların əksəriyyəti bilmir!» (56).Odur ki, dirildir və öldürür və Ona tərəf müraciət edəcəksiniz! (57).Ay insanlar! Əlbəttə, gəldi sizə Rəbbinizdən moizə və ürəklərdə olana şəfa. Hidayətdir və rəhmətdir inananlar üçün!» (58).De: «Allahın fəzli və rəhməti ilə - bununla fərəhlənsinlər. O xeyirlidir nədən ki, cəm edirlər!» (59).De: «Ə, gördünüzmü nə ki, Allah nazil edib sizin üçün ruzidən və etdiniz ondan haram və halal?» De: «Ə, Allahmı izn verib sizin üçün, yoxsa Allahın üzərinə iftira edirsiniz?» (60).O kəslər ki, iftira edirlər Allahın üzərinə yalanı, qiyamət gününün barəsində nə zənləri olacaqdır? Həqiqətən, Allah insanlar üzərində fəzl sahibidir və lakin əksəriyyəti onların şükr etməz! (61).Sən hər nə işdə olasan və nə ki, Qur’andan tilavat edəsən və hər əmələ əl atasınız – onu gördüyünüz zaman Biz ona şahidik. Ərzdə və səmalarda zərrə qədər bir şey sənin Rəbbinə gizli deyildir. Ondan daha kiçik və ya daha böyük olan hər şey aşkar kitabdadır.
«Yunus» surəsi (10) 62 -70 -ci ayətlər
(62).Ə, məgər yoxmu? Həqiqətən, Allahın dostları üçün xof yoxdur və onlar hüznlü olmayacaqlar. (63).O kəslər ki, inandılar və müttəqi oldular - (64) onlar üçün dünya həyatında və axirətdə bəşarət vardır. Allahın kəlmələri dəyişməz. Budur, əzəmətli uğur! (65).Onların sözü səni hüznlü etməsin: həqiqətən, izzət cəmiyyən Allah üçündür. O Səmidir, Alimdir! (66).Ə, məgər yoxmu? Həqiqətən, Allah üçündür kim ki, səmalarda və kim ki, ərzdə var! Nəyə tabe olurlar o kəslər ki, Allahdan başqa şərikləri çağırırlar? Onlar ancaq zənnə tabe olurlar; onlar ancaq güman edirlər. (67).O – Odur ki, etdi gecəni dincəlməyiniz və gündüzü görməyiniz üçün. Həqiqətən, bunda eşidən qoum üçün ayətlər var! (68).Dedilər: «Allah Özünə övlad götürmüş!» O Sübhandır! O Qənidir! Onun üçündür nə ki, səmalarda və nə ki, ərzdə var! Sizin yanınızda buna heç bir dəlil yoxdur! Ə, deyəcəksinizmi Allahın üzərinə nə ki, bilmirsiniz? (69).De: «Həqiqətən, o kəslər ki, iftira edirlər Allahın üzərinə yalan, nicat tapmayacaqlar!» (70).Mətahdır dünyada, sonra müraciətləri Bizə tərəfdir, sonra şiddətli əzabı daddıracağıq nə ilə ki, oldular küfr edənlər!
«Yunus» surəsi (10) 71 -78 -ci ayətlər
(71).Tilavat et üzərinə onların Nuhun xəbərini. Onda qoumuna dedi: «Ay qoumum! Əgər mənim məqamım və Allahın ayətləri ilə zikr etməyim sizə ağır gəlirsə, mən Allaha təvəkkül etmişəm. Artıq cəmləyin işlərinizi və şəriklərinizi, sonra qoy işiniz sizi məşğul etməsin, sonra məni mühakimə edin və mənə möhlət verməyin! (72).Əgər üz çevirəsiniz və mən sizdən əcr istəməmişəm, Həqiqətən, mənim əcrim ancaq üzərinədir Allahın və mənə təslim olanlardan olmaq əmr olunmuşdur!» (73).Yalançı saydılar onu və Biz nicat verdik ona və kim ki, gəmidə onunla var idi və Biz onları xəlifələr etdik və qərq etdik o kəsləri ki, yalan saydılar ayətlərimizlə Bizi. Nəzər sal necə oldu aqibəti nəzərlərinə çatdırılanların! (74).Sonra qaldırdıq ondan sonra rəsulları öz qoumlarına tərəf və gəldilər onlara bəyanatlarla. Bundan qabaq yalan saydıqlarına görə olmadılar onun ilə inananlar. Beləcə damğa vururuq həddi aşanların qəlblərinə! (75).Sonra qaldırdıq onların ardınca Musa və Harunu ayətlərimizlə Firaunun və onun böyüklərinin tərəfinə və onlar təkəbbürlük edib və cərimə olunmuş qoum oldular. (76).Amma elə ki, Bizim yanımızdan onlara haqq gəldi, dedilər: «Həqiqətən, bu, aşkar sehrdir!» (77).Dedi Musa: «Ə, haqq barəsində belə deyirsiniz, onda ki, gəldi sizə? Ə, bu, sehrdirmi? Sehrkarlar nicat tapmayacaqlar!» (78).Dedilər: «Ə, gəlibsən bizə, tələf etmək üçün bizi nədən ki, tapmışıq atalarımızı üzərində onun və ondan ötrü ki, hər ikiniz ərzdə böyüklük edəsiniz? Biz hər ikinizə inanmarıq!»
«Yunus» surəsi (10) 79 -88 -ci ayətlər
(79).Dedi Firaun: «Külli bilikli sehrkarları yanıma gətirin!» (80).Amma elə ki, sehrkarlar gəldilər, dedi onlara Musa: «Hər nə atacağınız var, atın!» (81).Amma elə ki, atdılar, dedi Musa: «Nə ki, gəldiniz onunla, sehrdir. Həqiqətən, Allah onu batil edər; həqiqətən, Allah fəsadçıların əməlini islah etməyəcək! (82).Allah həqiqəti Öz kəlmələri ilə haqq edər və əgər kərahətlidirlər cərimə olunmuşlar!» (83).Firaun və onun böyüklərinin qorxusundan Musaya iman gətirdi qoumundan ancaq bir dəstə. Həqiqətən, Firaun ərzdə ucalıq axtarırdı və həqiqətən, o, israfkarlardan idi. (84).Dedi Musa: «Ay qoumum! Əgər siz Allah ilə inandınız, Ona təvəkkül edin, əgər siz təslim olanlarsınız!» (85).Dedilər: «Biz Allaha təvəkkül etdik: Rəbbimiz, zalim qoum üçün bizi sınaq etmə (86) və nicat ver bizə rəhmətinlə kafir qoumdan!» (87).Biz Musaya və qardaşına vəhy etdik: «Qoumunuz üçün Misir şəhərində ev tutun və evlərinizi qiblə edin və ayağa qalxın islahata və bəşarət ver inananlara!» (88).Dedi Musa: «Rəbbimiz! Həqiqətən, Sən Firauna və onun böyüklərinə dünya həyatında zinət və mal–dövlət veribsən. Rəbbimiz! Zəlalətdə tərk etmək üçün Sənin yolundan! Rəbbimiz! Sən onların mal və sərvətini məhv et və qəlblərini bərkit ki, onlar inanan deyillər, ta ələmli əzabı görələr!»
«Yunus» surəsi (10) 89 -97 -ci ayətlər
(89).Dedi: «Əlbəttə, istəyiniz qəbul olundu. Siz sabitqədəm olun və tabe olmayın o kəslərin yoluna ki, bilmirlər!» (90).Biz İsrail oğullarını dəryadan keçirtdik. Firaun və onun əsgərləri qəzəb və ədavətlə onların ardınca düşdülər. Ta onda ki, dərk etdi o qərq olur, dedi: «İnandım ki, yoxdur ilahi, ancaq Odur ki, İsrail oğulları Onun ilə inandı və mən təslim olanlardanam!» (91).İndimi? Və əlbəttə, üsyan etdin qabaq və fəsad edənlərdən idin. (92).Bəs bu gün sənin bədənini xilas edərik, ta səndən sonra gələnlərə ayət olsun və həqiqətən, insanlardan əksəriyyəti Bizim ayətlərimizdən qafildirlər! (93).Əlbəttə, Biz İsrail oğullarını yaxşı yerdə yerləşdirdik və pak nemətlərdən onlara ruzi verdik və ixtilaf etmədilər onlar, ta gəldi onlara elm. Həqiqətən, Rəbbin qiyamət günü hökm edəcək onların arasında nədə ki, oldular onda ixtilaflılar! (94).Əgər o şeyin barəsində ki, sənə nazil etmişik, şəkdə olasan, sual et o kəslərdən ki, səndən qabaq kitab qiraət edirlər. Əlbəttə, haqq gəldi sənə Rəbbin tərəfindən və olma şübhə edənlərdən! (95).Olma o kəslərdən ki, yalan saydılar ayətləriylə Allahı - olarsan xəsarətlilərdən! (96).Həqiqətən, o kəslər ki, haqq oldu üzərində onların Rəbbinin kəlməsi, onlar inanmırlar (97) və əgər gəldi onlara külli ayət, ta ələmli əzabı görələr.
«Yunus» surəsi (10) 98 -106 –ci ayətlər
(98).Məgər Yunus qoumundan başqa, hansı ki, inanan və imanının ona faydası olan bir kənd oldumu? Amma elə ki, onlar inandılar, Biz şəfa etdik onlardan rüsvayedici əzabı dünya həyatında və mətahlandırdıq onları müəyyən müddətə kimi. (99).Əgər Rəbbin istəyə, kim ki, ərzdə var, hamısı cəmiyyən inanardı. Ə, sən insanları ikrahla məcbur edəcəksən ona ki, ta inananlar olsunlar? (100).Heç kəs inanan olmaz, ancaq Allahın izni ilə. Və ricsi o kəslərin üzərinə edər ki, əql etməzlər. (101).De: «Səmalarda və ərzdə olana nəzər salın!» O ayətlər və nəzərə çatdıranlar inanmayan qoumu ehtiyacsız etməz! (102).Məgər onlar gözləyirlər ancaq özlərindən qabaqkıların misli olan günlərimi? De: «Gözləyin, həqiqətən, mən də sizinlə gözləyənlərdənəm!» (103).Sonra nicat verərik Öz rəsullarımıza və o kəslərə ki, inanırlar. Belə haqq oldu Bizim üzərimizə ki, inananlara nicat verək! (104).De: «Ay insanlar! Əgər mənim dinimdə şəkkiniz varsa, mən ibadət etmirəm o kəslərə ki, siz ibadət edirsiniz Allahdan başqa. Lakin ibadət edirəm Allaha - Odur ki, sizə vəfat bağışlar və mənə əmr olunub ki, inananlardan olam!» (105).Və üzünü hənif dinə tərəf istiqamətləndir və müşriklərdən olma! (106).Allahdan başqasını çağırma ki, sənə mənfəət və zərəri yoxdur! Əgər belə etsən və həqiqətən, onda zalimlərdən olarsan.
«Yunus» surəsi (10) 107 -109 -cu ayətlər
(107).Əgər Allah sənə zərər yetirə, Ondan başqa heç kəs sənə şəfa edə bilməz. Əgər Allah sənə xeyir istəyə, bəs yoxdur Allahın fəzlini rədd edən. Yetirər onu öz bəndələrindən kimə istər və O Ğəfurdur, Rəhimdir! (108).De: «Ay insanlar! Əlbəttə, Rəbbinizdən sizin üçün haqq gəldi. Kim hidayət tapdı və həqiqətən, o kəs özü üçün hidayət tapıb və kim zəlalətə düşdü və həqiqətən, o kəs öz əleyhinə zəlalətə düşüb və mən sizin üzərinizdə vəkil deyiləm». (109).Tabe ol, nə ki, sənə vəhy edilir və səbr et, ta Allah hökm edə və O hakimlərin xeyirlisidir!
«Hud» surəsi (11)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Ra. Bu, bir kitabdır ki, onun ayəti möhkəm olunub, sonra Həkim və Xəbir olan Allah tərəfindən müfəssəl edilibdir, (2) ibadət edəsiniz ancaq Allaha. Həqiqətən, mən Onun tərəfindən sizin üçün nəzərə çatdıran və bəşarət verənəm. (3).Rəbbinizdən bağışlanmaq istəyəsiz, sonra Ona tərəf qayıdasız, mətahlandırsın sizi mətahnan yaxşı, tərəfinə əcəlin toxunanın və əta etsin külli fəzl sahibinə Öz fəzlini. Əgər üz döndərsəniz, mən sizin üçün böyük günün əzabından xoflanıram. (4).Allaha tərəfdir sizin müraciətiniz və O üzərində külli şeyin Qadirdir! (5).Ə, məgər yoxmu? Onlar ürəklərini bir – birinə yaxın edirlər, ta özlərini məxfi etmək üçün Ondan. Ə, məgər yoxmu? Nə qədər paltarlarına bürünsələr, bilir O nə ki, sirli edirlər və nə ki, elan edirlər. Həqiqətən, O Alimdir zatı ilə ürəklərin!
«Hud» surəsi (11) 6 -12 -ci ayətlər
12 –ci cüz
(6).Yoxdur ərzdə elə bir canlı ki, onun ruzisi Allaha məxsus olmasın. O bilir onun qərar tapacağı yeri və onun müvəqqəti yerini. Külli aşkar kitabdadır. (7).O – Odur ki, səmaları və ərzi altı gündə xəlq etdi. Onun ərşi su üzərində oldu, ondan ötrü ki, sizi imtahan etməsi üçün, kim sizdən əməldə daha yaxşıdır. Əgər desən ki: «Həqiqətən, siz öləndən sonra qaldırılacaqsınız!», - o kəslər ki, kafirdirlər, deyəcəklər: «Bu, ancaq aşkar sehrdir!» (8).Əgər Biz əzabı onlardan bir müddət gecikdirək, deyəcəklər: «Onu saxlayan nədir?» Bilin, o gün ki, onlara gələr o, onu kənar etmək mümkün olmaz onlardan və nəyi ki, istehza edirdilər, onları haqlayar. (9).Əgər insana Öz rəhmətimizdən dadızdıraq, sonra ondan alaq onu, həqiqətən, o, məyus olub və küfr edər! (10).Əgər ona, zərər yetişəndən sonra, Öz nemətimizdən dadızdıraq, deyər: «Pislik məndən keçib getdi!» Həqiqətən, o, fərəhli olub fəxr edər! (11).Ancaq o kəslər ki, səbr edirlər və əməlləri islahatdır – həmin onlardır ki, onlar üçün bağışlanmaq və böyük əcr var! (12).Ola bilsin ki, tərk edəsən nə ki, vəhy edilənləri sənə və daralır onunla ürəyin ki, deyirlər: «Məgər nazil olmalı deyilmi onun üzərinə xəzinə, ya gələ onunla mələk?» Həqiqətən, sən nəzərə çatdıransan və Allah üzərində külli şeyin Vəkildir!
Dostları ilə paylaş: |