«Hud» surəsi (11) 63 -71 -ci ayətlər
(63).Dedi: «Ay qoumum! Ə, görürsünüzmü, mənim Rəbbimdən bəyanatım var və mənə Öz rəhmətindən əta edibdir. Kim mənə Allahın qəzəbindən yardım edər, əgər mən Allaha asi olam? Siz mənə xəsarətdən qeyri bir şey artırmazsınız. (64).Ay qoumum! Bu Allahın dəvəsi sizin üçün ayətdir. Qoyun Allahın ərzində otlasın və ona pisliklə toxunmayın ki, yaxın əzab sizi tutmasın!» (65).Ancaq onu kəsdilər və dedi o: «Üç gün yaşayış yerlərinizdə faydalanın. Bu bir vədədir ki, onda yalan yoxdur!» (66).Amma elə ki, Bizim əmrimiz gəldi Salehə və o kəslərə ki, onunla iman gətiriblər, Öz rəhmətimizlə o günün rüsvayçılığından nicat verdik. Həqiqətən, Rəbbin Qəvidir, Əzizdir! (67).O kəslər ki, zalim idilər, tutdu onları şiddətli səs və sübh etdilər öz diyarlarında üzü üstə düşmüş halda, (68) sanki, orada yaşamayıblar. Ə, məgər yoxmu? Həqiqətən, Səmudlular Rəblərinə kafir oldular. Ə, məgər yoxmu? Səmudlular məhv olacaqlar! (69).Gəldilər rəsullarımız İbrahimə bəşarətlə. Dedilər: «Salam!» Dedi: «Salam!» Və az keçmədi ki, onlara qızardılmış buzov əti gətirdi. (70).Amma elə ki, gördü onlar ona əl vurmadılar, onlardan xoşu gəlmədi və özündə onlara qarşı xof hiss etdi. Dedilər: «Xoflanma, həqiqətən, biz, Lut qoumuna tərəf göndərilmişik». (71).Arvadı onun ayaq üstə durmuşdu, onu gülmək tutdu. Və Biz bəşarət verdik ona İshaqla və İshaqdan sonra Yəqubu.
«Hud» surəsi (11) 72 –81 -ci ayətlər
(72).Dedi: «Vay olsun mənə! Ə, qoca arvad olduğum halda, övladım ola bilərmi və bu ərim də şeyxdir? Həqiqətən, bu, əcaib bir şeydir!» (73).Dedilər: «Allahın əmrindən təəccübmü edirsən? Allahın rəhməti və bərəkəti siz əhli beytədir. Həqiqətən, O Həmiddir, Məciddir!» (74). Və amma elə ki, getdi İbrahimdən həyacan və ona bəşarət gəldi, Lut qoumunun barəsində Bizimlə mübahisəyə başladı. (75).Həqiqətən, İbrahim həlim və qayıdan idi! (76).Ay İbrahim, bu sözlərdən üz döndər. Həqiqətən, gəlmişdir əmri Rəbbinin və həqiqətən, onlara qarşısı alınmayan əzab gələcək! (77).Amma elə ki, rəsullarımız Luta yaxınlaşdı, o, kədərlənib və onlara görə sıxıntı keçirtdi. Dedi: «Bu gün ağır gündür». (78).Gəldi qoumu onun yanına tələsən halda ki, bundan qabaq pis əməl sahibi idilər. Dedi: «Ay qoumum! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün pakdır. Qorxun Allahdan və məni qonaqlarım qarşısında rüsvay etməyin. Sizin aranızda düzgün bir kişi yoxdurmu?» (79).Dedilər: «Əlbəttə, bilirsən ki, sənin qızlarında gözümüz yoxdur və bilirsən ki, biz nə istəyirik». (80).Dedi: «Ay kaş, sizin üçün bir qüvvəm olaydı, ya da möhkəm bir yerə tərəf pənah aparaydım!» (81). Dedilər: «Ay Lut! Həqiqətən, Biz sənin Rəbbinin rəsullarıyıq. Onlar sənə toxuna bilməzlər. Sən gecə çağı öz əhlini – arvadından başqa, həqiqətən, onlara yetişən ona da yetişəcək – götürüb get. Həqiqətən, onlara vəd olunan sübhdür. Ə, sübh yaxın deyilmi?
«Hud» surəsi (11) 82 -88 -ci ayətlər
(82).Amma elə ki, Bizim əmrimiz gəldi, oranı alt-üst etdik və onların üzərinə yağdırdıq bərk gildən olan daş yağışı - (83) Rəbbinin yanında adlanmışları. Bu, uzaq olmayacaq zalim qoumdan! (84).Və Mədyənə tərəf qardaşları Şuəybi. Dedi: «Ay qoumum! Allaha ibadət edin! Sizin Ondan qeyri İlahiniz yoxdur. Ölçü və mizanda kəsməyin. Mən sizi xeyir içində görürəm və mən qorxuram sizi əhatə edəcək əzab günündən. (85).Ay qoumum, vəfalı olun ölçü və mizana insafla və insanların əşyalarını əskiltməyin və səy etməyin ərzdə fəsad etməyə. (86).Allahın baqi qoyduğu sizin üçün xeyirlidir, əgər oldunuz inananlar. Mən sizin mühafiziniz deyiləm». (87).Dedilər: «Ay Şuəyb! Ə, sənin islahatın əmr edir ki, atalarımızın ibadət etdiklərini tərk edək, ya öz malımızı istədiyimiz kimi işlətməyək? Həqiqətən, sən həlimsən, rəşidsən!» (88).Dedi: «Ay qoumum! Ə, gördünüzmü, Rəbbimdən bəyanatım var və O mənə yaxşı ruzi yetirib. Ondan ki, sizi mane edirəm, istəyirəm sizinlə müxalifətlik etməyim. Ancaq bacardığım qədər sizin işlərinizi islah etmək istəyirəm və mənim müvəffəqiyyətim ancaq Allah ilədir. Mən Ona təvəkkül etmişəm və Ona üz tuturam.
«Hud» surəsi (11) 89 -97 -ci ayətlər
(89).Ay qoumum! Sizin mənimlə müxalifətliyiniz Nuh qoumuna, ya Hud qoumuna, ya Saleh qoumuna yetişən bəla və müsibəti sizə yetirməsin və Lut qoumunun zamanı sizdən çox uzaq deyil. (90).Rəbbinizdən bağışlanmaq istəyin, sonra Ona tərəf qayıdın. Həqiqətən, Rəbbim Rəhimdir, Vəduddur- yəni bəndələrini sevəndir!» (91).Dedilər: «Ay Şuəyb! Sənin söylədiklərinin çoxunu başa düşmürük və səni öz içərimizdə zəif görürük. Əgər tayfanın ehtiramı olmasaydı, həqiqətən, səni daşa basardıq. Sən bizim üçün əziz deyilsən!» (92).Dedi: «Ay qoumum! Mənim tayfamın izzət və ehtiramı sizin üçün Allahdan artıqdırmı? Allahı tamam unudubsunuzmu? Həqiqətən, Rəbbim nə ilə ki, əməldəsiniz, Mühitdir. (93).Ay qoumum! Hər nə sizin imkanınızda varsa, əməl edin və mən də əməl edərəm. Tezliklə biləcəksiniz ki, kimə yetişəcək rüsvayedici əzab və kim yalançıdır. İzləyin, həqiqətən, mən də sizinlə birlikdə izləyirəm». (94).Amma elə ki, gəldi əmrimiz, Şuəybə və o kəslərə ki, onunla iman gətirmişdilər, Öz rəhmətimizlə nicat verdik. Tutdu o kəsləri ki, zalim idilər, dəhşətli səs və sübh etdilər öz diyarlarında üzü üstə düşmüş halda. (95).Sanki o yerdə heç yaşamayıblar. Ə, məgər yoxmu? Mədyən də Səmud kimi Allahın rəhmətindən uzaq oldu. (96).Göndərdik Musanı aydın dəlillə (97) Firauna və onun böyüklərinə tərəf və Firaunun əmrinə itaət etdilər. Firaunun əmri düzgün deyildi.
«Hud» surəsi (11) 98 -108 -ci ayətlər
(98).Qiyamət günündə o qoumunun qabağına düşüb onları cəhənnəmə varid edər. Varid olanlar üçün çox pis yerdir. (99).Burada və qiyamət günündə onları lənətlə müşaiət edərlər. Bu, çox pis hədiyyədir ki, verirlər.(100).Bunlar xəbərləridir kəndlərin ki, hekayət edirik sənə. Onlardan bəziləri durur, bəziləri biçilib. (101).Biz onlara zülm etmədik və lakin onlar öz nəfslərinə zülm etdilər. Rəbbinin əmri gələndə Allahdan başqa çağırdıqları ilahilər onları bir şeylə ehtiyacsız etmədilər və onların yalnız həlakını gücləndirdilər! (102).Belədir tutmağı sənin Rəbbinin, onda ki, tutdu kəndləri ki, onlar zalim idilər. Həqiqətən, Onun tutmağı ələmlidir, şiddətlidir! (103).Həqiqətən, bunda ayətlər var o kəs üçün ki, axirət əzabından xoflanır. Bu, o gündür ki, insanlar onda cəm olacaqdır və bu, o gündür ki, görərlər. (104).Biz onu təxirə salmışıq, ancaq təyin olunmuş vaxtadək. (105).O gündə ki, gələr, ancaq heç kəs Onun izni olmadan danışmaz. Onlardan olacaqdır bədbəxt olanları və xoşbəxt olanları. (106).Amma o kəslər ki, bədbəxtdirlər – oddadırlar. Orada onlar üçündür bağırtı və sızıltı - (107) həmişəlik orada qalacaqlar, nə qədər ki, səmalar və ərz durur, ancaq nə ki, sənin Rəbbin istəyə. Həqiqətən, Rəbbin nə istəsə edər! (108).Amma o kəslər ki, xoşbəxtdirlər, həmişəlik cənnətdə olacaqlar, nə qədər ki, səmalar və ərz durur, ancaq nə ki, sənin Rəbbin istəyə. Onun bəxşişləri heç zaman tükənməz.
Dostları ilə paylaş: |