«Hud» surəsi (11) 109 -117 -ci ayətlər
(109).Bunların ibadət etdiklərinə şübhədə olma. Onlar ancaq ibadət edirlər, nə qədər qabaqcadan ataları ibadət etmişdi. Həqiqətən, Biz onların payını kəsmədən verərik! (110).Əlbəttə, Musaya kitabı əta etdik və onda ixtilaf etdilər. Əgər Rəbbinin əvvəlcədən kəlməsi olmasaydı, onların arasında həll olunardı. Həqiqətən, onlar bunda həmişə şəkk və şübhədədirlər. (111).Həqiqətən, Rəbbin hər bir kəsin mükafatını verəcək əməllərinə görə. Həqiqətən, O nə ilə ki, əməldədirlər, Xəbirdir! (112).Düz dayan, nə qədər, sənə əmr olunub və kim ki, səninlə qayıdıb və tüğyan etməyin! Həqiqətən, O nə ilə ki, əməldəsiniz, Bəsirdir! (113).Dost olmayın o kəslərlə ki, zalimdirlər, sizə od toxunmasın. Allahdan başqa sizin üçün dost yoxdur. Sonra sizə yardım olunmaz. (114).Ayağa qalx islahata günün tərəflərində və gecənin qaranlıq çağında. Həqiqətən, yaxşılıqlar pislikləri aparar! Bu zikr zikr edənlər üçündür. (115).Səbr et, həqiqətən, Allah yaxşılıq edənlərin əcrini zay etməz. (116).Bəs nə üçün sizdən qabaq qərinələrdən baqiyyət sahibləri olmadı - ancaq az bir dəstədən başqa ki, onlara nicat verdik - ərzdə fəsad etməkdən çəkindirəydilər? O kəslər ki, zalim idilər, tabe oldular dünya yaşayışına və cərimə olunmuşlardan oldular. (117).Sənin Rəbbin əhalisi saleh olan kəndi zülmlə həlak edən olmadı!
«Hud» surəsi (11) 118 -123 -cü ayətlər
(118).Və əgər Rəbbin istəsəydi, edərdi insanları vahid ümmət. Və son qoymazlar ixtilafa, (119) ancaq o kəsə ki, Rəbbin rəhm edə. Bundan ötrü onları xəlq edib O. Rəbbinin kəlməsi tamam oldu: «Mən cəhənnəmi cəmiyyən cinlər və insanlarla dolduracağam!» (120).Külli hekayət etdik üzərinə sənin xəbərlərindən rəsulların nə ki, sabit edək onunla könlünü sənin. Bunda sənə haqq gəldi və moizədir və zikrdir inananlar üçün! (121).De o kəslərə ki, inanmırlar: «Hər nə imkanınızda var əməl edin, həqiqətən, biz də əməl edərik. (122).Gözləyin, həqiqətən, biz də gözləyirik!» (123).Allah üçündür səmaların və ərzin qeybi və külli əmrlər Ona tərəf müraciət edir. Ona ibadət et və Ona təvəkkül et. Rəbbin etdiyiniz əməllərdən qafil deyil!
«Yusif» surəsi (12)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif, Lam, Ra. Bunlar aşkar kitabın ayətləridir. (2).Həqiqətən, nazil etdik Qur’anı – ərəbi olanı, ola ki, əql edəsiniz! (3).Biz hekayət edirik sənə yaxşı qissəni, yəni hekayəni, nə ilə ki, vəhy edərək sənə bu Qur’anı və sən bundan qabaq qafillərdən idin. (4).Onda dedi Yusif atasına: «Ay ata! Mən yuxuda on bir ulduz və şəms və qəmər gördüm. Mən gördüm ki, onlar mənə səcdə edirlər».
«Yusif» surəsi (12) 5 -14 -cü ayətlər
(5).Dedi: «Ay oğlum! Röyanı qardaşlarına hekayət etmə, sənə qarşı fənd edərlər. Həqiqətən, şeytan insan üçün ədavətlidir aşkar. (6).Beləliklə seçəcək Rəbbin səni və öyrədəcək sənə hədislərin təvilini və tamama yetirəcək Öz nemətini sənin üzərinə və Yəqub ailəsinin üzərinə, nə qədər, bundan qabaq ataların İbrahim və İshaqın üzərinə tamama yetirdi onu. Həqiqətən, Rəbbin Alimdir, Həkimdir!» (7).Əlbəttə, Yusif və onun qardaşlarında sual edənlər üçün ayətlər var. (8).Onda dedilər: «Atamızın Yusifə və onun qardaşına məhəbbəti bizdən artıqdır və biz isə bir dəstəyik. Həqiqətən, atamız aşkar zəlalətdədir!» (9).«Yusifi qətlə yetirin, ya uzaq bir ərzə göndərin ki, atanızın üzü sizə tərəf dönsün və bundan sonra saleh qoum olarsınız!» (10).Dedi onlardan biri: «Yusifi qətlə yetirməyin. Onu karvan yolu üzərində olan quyuya atın, əgər əməl edəcəksiniz». (11).Dedilər: «Ay atamız, nə olubdur ki, sən Yusif barəsində bizə əmin deyilsən? Bir surətdə ki, biz onun üçün xeyir istəyənlərik. (12).Sabah onu bizimlə göndər, ta oynayıb – əylənsin. Biz onu mühafizə edərik!» (13).Dedi: «Mən hüznlü olaram, əgər siz onu aparsanız və xoflanıram ki, qurd onu yeyə və siz ondan qafil olasınız». (14).Dedilər: «Əgər qurd onu yesə, bir surətdə ki, biz bir dəstəyik, onda biz xəsarətlilərdən olarıq!»
«Yusif» surəsi (12) 15 -22 -ci ayətlər
(15).Amma elə ki, onu özləri ilə apardılar, cəm oldular ki, onu quyuya atsınlar. Biz ona vəhy etdik: «Sən xəbər verəcəksən onlara bu işlərindən və onlar şüursuzdurlar!» (16).Axşam çağı ağlar halda atalarının yanına gəldilər. (17).Dedilər: «Ay atamız, biz çöldə Yusifi öz paltarlarımızın yanında tərk edib və bir-birimizlə ötüşərkən onu qurd yedi. Sən bizə inanmazsan, nə qədər doğru danışan olaq». (18).Onun yalandan qanlı köynəyini gətirdilər. Dedi: «Bəli, sizin nəfsiniz bu əmri sizə gözəl cilvələndirib. Səbr etmək daha gözəldir. Sizin bu vəsfinizə görə Allahdan yardım istəmək lazımdır!» (19).Bir karvan ora gəldi və suçularını göndərdilər. O, satılını quyuya salladı. Dedi: «Ay şad xəbər! Bu, bir oğlandır». Onu satmaq üçün sirli saxladılar və Allah Alimdir nə ilə ki, əməl edirlər! (20).Onu az qiymətə – bir neçə dirhəmə satdılar və o qiymətə razı oldular. (21).Onu Misirdə satın alan öz arvadına dedi: «Ona yaxşı bax, ola ki, bizə xeyir gətirə, ya onu özümüzə övlad edək». Beləliklə Biz Yusifə ərzdə imkanat verdik və öyrətdik ona hədislərin təvilini. Allah Öz işinə Qalibdir və lakin insanların əksəriyyəti bilmir! (22).Amma elə ki, Yusif rəşd həddinə yetişdi, əta etdik ona hikmət və elm. Biz yaxşılara belə cəza veririk!
«Yusif» surəsi (12) 23 -30 -cu ayətlər
(23).Evində olduğu qadın ona meyl etdi və qapıları bağlayıb dedi: «Sənin ixtiyarındayam!» Dedi: «Güvənirəm Allaha. Həqiqətən, Rəbbim mənə yaxşı məqam bağışlayıb. Həqiqətən, O zalimlərə nicat verməz!» (24).Əlbəttə, o, meyl etdi ona. O da ona meyl edərdi, əgər Rəbbinin dəlilini görməsəydi. Beləliklə Biz ona pis əməldən və fahişəlikdən yardım etdik. Həqiqətən, o, Bizim məxlus bəndələrimizdən idi. (25).Onlar o halda qapı qabağına yetişdilər və o, cırdı onun paltarını arxadan və qapı qabağında ərini gördülər. Dedi: «O kəs ki, sənin əhlinə pislik istədi, onun cəzası nədir – zindan, ya ələmli əzab deyilmi?» (26).Dedi: «O məni özünə tərəf dəvət etdi» və onun əhlindən bir şahid şəhadət verdi: «Əgər onun paltarı qabaqdan cırılıbsa, arvad doğru deyir və o, yalançıdır. (27).Əgər paltarı arxadan cırılıbsa, arvad yalan deyir və o, doğrudur». (28).Amma elə ki, gördü paltarı arxadan cırılıb, dedi: «Həqiqətən, o sizin fəndinizdəndir. Həqiqətən, sizin fəndiniz böyükdür. (29).Yusif, sən bundan üz çevir. Sən də öz günahından bağışlanmaq istə, həqiqətən, sən xəta edənlərdən oldun». (30).Şəhərdə qadınlar dedilər: «Əzizin arvadı öz xadiminə meyl etmiş və ona vurulmuşdur. Biz onu aşkar zəlalətdə görürük».
Dostları ilə paylaş: |