«f a t I h ə» s u r ə s I (1)


«Gecə vaxtı seyr» surəsi (17) 18 -27 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə34/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8060
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

«Gecə vaxtı seyr» surəsi (17) 18 -27 -ci ayətlər

(18).Kim tez keçib gedəni istədi, sürətləndirdik Biz orada istədiyimiz kəs üçün onu ki, istəyirik. Sonra edərik onun üçün cəhənnəmi ki, vasil olar ora məzəmmət olunmuş, alçaldılmış halda. (19).Və kim istədi axirəti və səy etdi onun üçün öz səyinə görə və o, inanandır – onların səylərinə təşəkkür olunar. (20).Küllisinə imdad edirik Biz – bunlara və onlara – Rəbbinin ətayəsindən və Rəbbinin ətayəsi qadağan olunmuş olmadı. (21).Nəzər sal necə onların bəzilərini bəzilərindən fəzilətli etdik və axirət isə dərəcə etibarilə böyükdür və fəzilət etibarilə böyükdür. (22).Etmə Allahla birlikdə axır ilahi ki, məzəmmət olunmuş, rüsvay olunmuş olarsan! (23).Hökm etdi sənin Rəbbin ki, Ondan başqasına ibadət etməyəsiniz və valideynlərə yaxşılıq edəsiniz. Nə vaxt ki, sənin yanında onlardan biri, ya hər ikisi böyüklüyə yetişərsə, onlara «Uf!» demə və üstlərinə qışqırma və söylə onların hər ikisinə kəramətli sözlər. (24).Hər iki cinahını onların qarşısında mərhəmətlə aç və de: «Rəbbim! Onların hər ikisinə rəhm et, nə qədər, onlar məni kiçiklikdə tərbiyə etdilər!» (25).Rəbbiniz yaxşı bilir nəfsinizdə olanı. Əgər siz salehlərdən olasınız, həqiqətən, O üz tutanlara qarşı Ğəfurdur! (26).Və əta et yaxına və miskinə və yol oğluna öz haqqın və israfkarlıq edərək israf etmə! (27).Həqiqətən, israf edənlər oldular şeytanın qardaşları və şeytan öz Rəbbinə kafir oldu!




«Gecə vaxtı seyr» surəsi (17) 28 -38 -ci ayətlər

(28).Nə vaxt ki, onlardan üz döndərsən, axtararaq rəhmət Rəbbindən, hansı ki, gözləyirsən onu və de onlar üçün müyəssər olan söz. (29).Heç vaxt əlini boynundan asma və onları geniş də açma ki, məlamət olunmuş və həsrət qalarsan. (30).Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirər və qədərində edər. Həqiqətən, O oldu bəndələri ilə Xəbir, Bəsir! (31).Və qətlə yetirməyin övladlarınızı qəhətlikdən çəkinərək – Biz onlara və sizə ruzi veririk. Həqiqətən, onları qətlə yetirmək böyük xəta olar! (32).Və zinaya yaxınlaşmayın, həqiqətən, o fahişəlik və pis yoldur! (33).Və qətlə yetirməyin nəfsi, hansı ki, haram edibdir Allah, ancaq haqq ilə. Kim zülmlə qətlə yetirilərsə, fəqət Biz etdik onun vəlisi üçün sultanlıq. İsraf etməsin qətldə, həqiqətən, ona yardım olunmuşdur. (34).Və yaxınlaşmayın yetimin malına, ancaq yaxşılıqla, ta həddi-buluğa yetişə və əhdə vəfa edin, həqiqətən, əhdə görə sual olunar. (35).Və ölçüdə vəfalı olun, onda ki, ölçürsünüz. İnsafla, düzgün olaraq vəzn edin. Bu, xeyirdir və yaxşı nəticəsi var. (36).Ona ki, elmin yoxdur, onun ardınca getmə. Həqiqətən, eşitmə və bəsirət və könül – külli onlar onun barəsində sual olunar. (37).Ərzdə ifadə ilə gəzmə, həqiqətən, sən ərzi dəlib keçən deyilsən və dağların ucalığına yetişən deyilsən. (38).Bunlar küllisi Rəbbinin yanında ikrah doğuran pis işlərdir!




«Gecə vaxtı seyr» surəsi (17) 39 -49 -cu ayətlər

(39).Bu, Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir və etmə Allahla birlikdə axır ilahi ki, atılarsan cəhənnəmdə məlamət olunmuş, alçalmış halda! (40).Ə, məgər Rəbbiniz seçdi sizə oğlanları və Özünə mələklərdən qadınmı götürdü? Həqiqətən, əzəmətli sözlər deyirsiniz! (41).Əlbəttə, sərf etdik bu Qur’anda onların zikri üçün və bu, onlarda ancaq nifrət artırdı. (42).De: «Əgər Onunla birlikdə ilahilər olsa idi, nə qədər deyirlər, onda onlar ərşin sahibinə yol axtarardılar». (43).Sübhandır O və Alidir bütün böyüklərdən ki, deyirlər! (44).Saya salır Onu yeddi səma və ərz və kim ki, onlarda var. Əgər şeydən, ancaq saya salır həmd ilə Onu və lakin siz onların saymalarını anlamırsınız. Həqiqətən, O Həlimdir, Ğəfurdur! (45).Və onda ki, qiraət edirsən Qur’anı, səninlə və o kəslərin ki, axirətə inanmırlar, arasında gizli hicab etdik. (46).Və etdik qəlblərinin üzərinə örtük ki, onu anlamayalar və qulaqlarında karlıq. Onda ki, Rəbbini zikr edirsən Quranda Vahid olaraq, dönürlər arxaları üzərinə nifrətlə. (47).Biz bilirik nəyi eşidirlər, onda ki, eşidirlər səni. Və onda ki, onlar sirli söhbətlər edirlər, onda deyirlər zalimlər ki: «Siz ancaq tabesiniz sehrkar kişiyə!» (48).Nəzər sal necə onlar məsəl vururlar sənə və zəlalətdədirlər və yol tapa bilmirlər! (49).Və dedilər: «Ə, onda ki, biz sümük və ovuntu olduq, həqiqətən, biz qalxıb yeni xəlqmi olacağıq?»




«Gecə vaxtı seyr» surəsi (17) 50 -58 -ci ayətlər
(50).De: «Daş, ya dəmir olasınız, (51) yaxud məxluq ki, ürəklərinizdə böyük ola!..» Deyəcəklər: «Kim bizi qaytarar?» De: «Odur ki, yaratdı sizi əvvəl dəfədə!» Onlar başlarını sənə tərəf bulayıb və deyərlər: «Nə vaxtdır o?» De: «Ola bilsin ki, yaxın olsun!» (52).O gün ki, sizi dəvət edər O, cavab verərsiniz Ona həmd ilə və zənn edərsiniz ki, qaldınız, ancaq çox az. (53).Və de bəndələrimə yaxşı sözlər söyləsinlər, həqiqətən, şeytan onların arasına dava salar. Həqiqətən, şeytan insanlar üçün aşkar düşməndir. (54).Rəbbiniz sizi yaxşı bilir. Əgər O istəsə sizə rəhm edər, ya əgər istəsə sizə əzab edər və Biz səni onların üzərinə vəkil göndərmədik. (55).Və Rəbbin bilir o kəsi ki, səmalarda və ərzdədir. Və Biz fəzilətli etdik bəzi nəbiləri üzərində bəzisinin və Davuda Zəburu əta etdik. (56).De: «Çağırın o kəsləri ki, zənn edirdiniz Ondan başqa. Onlar malik deyillər şəfa etməyə zərərə sizdən və dəyişməyə!» (57).Həmin o kəsləri ki, çağırırlar, onlar özləri Rəblərinə tərəf vəsilə axtarırlar ki, onlardan kim daha yaxındır və Onun rəhmətinə müraciət edirlər və Onun əzabından xoflanırlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək olar! (58).Əgər kənddən ancaq Biz həlak edək onu qiyamət günündən qabaq, ya əzab edək onu şiddətli əzabla. Bu, kitabda sətirlənib!

«Gecə vaxtı seyr» surəsi (17) 59 -66 –cı ayətlər
(59).Bizim ayətlərlə göndərməyimizə maneə ancaq əvvəlkilərin onu yalan sayması idi. Və əta etdik Səmuda naqəni ki, bəsirətlə görsünlər. Zülm etdilər onun ilə. Biz göndəririk ayətlərlə ancaq qorxutmaq üçün! (60).Onda dedik sənə: «Həqiqətən, Rəbbin insanlar ilə əhatəlidir!» Etdik o röyanı ki, sənə göstərmişdik, ancaq insanlar üçün sınaq və Qur’andakı məlun ağacı. Biz onları qorxuduruq, ancaq bu, onların böyük tüğyanını artırır! (61).Onda dedik mələklərə: «Səcdə edin Adam üçün!» Səcdə etdilər, İblisdən başqa. Dedi: «Ə, mən o kəs üçün səcdə edəcəyəm ki, onu gildən xəlq etmisən?» (62).Dedi: «Ə, görürsənmi, bu, odur ki, mənim üzərimdə kəramətli etdin? Əgər təxirə salsan məni qiyamətin gününə qədər, ancaq az bir qismindən başqa onun zürriyyətini özümə tabe edərəm». (63).Dedi: «Get! Kim tabe olsa sənə onlardan, həqiqətən, cəhənnəm sizin cəzanızdır ki, cəzadır bütün! (64).Nə qədər bacarırsan öz səsinlə onları əyləndir və cəlb et onlara qarşı atlı və piyadalrını və şərik ol onlara mallarında və övladlarında və onlara vədlər ver. Şeytan onlara ancaq qürur vəd verir! (65).Həqiqətən, Mənim bəndələrimin üzərində sultanlığın yoxdur və kafidir Rəbbin ilə vəkillik!» (66).Rəbbiniz Odur ki, sizin üçün gəmiləri dəryada cari etdi, Onun fəzlindən axtarmanız üçün. Həqiqətən, O oldu sizinlə Rəhim!


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin