«f a t I h ə» s u r ə s I (1)


«Fərqləndirmə» surəsi (25) 33 -43 -cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə46/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8060
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

«Fərqləndirmə» surəsi (25) 33 -43 -cü ayətlər

(33).Və gətirməzlər sənə elə bir məsəl ki, gətirməyək sənə haqq olanı və yaxşı təfsiri. (34).O kəslər ki, toplanacaqlar üzləri üstə cəhənnəmə tərəf – həmin onların məkanı şər və yolları zəlalətdir. (35).Və əlbəttə, Biz əta etdik Musaya kitabı və etdik onunla birlikdə qardaşı Harunu vəzir (36) və dedik: «Gedin tərəfinə qoumun – o kəslərin ki, yalan sayırlar ayətlərimizlə Bizi» - və Biz məhv etdik onları. (37).Və Nuh qoumu elə ki, rəsulları yalançı saydılar, Biz də qərq etdik onları və etdik onları insanlar üçün ayət və Biz hazır etmişik zalimlər üçün ələmli əzab. (38).Və Ad və Səmud və Rəss əshabı və bunlar arasında əksər qərinələr – (39) və Biz onların küllisi üçün məsəllər vurduq və onların küllisini həlak edərək məhv etdik. (40).Və əlbəttə, onlar keçdilər kəndin yanından, hansı ki, yağmışdı pislik yağışı. Ə, məgər olmadılarmı onu görənlər? Bəli, oldular ümid etməyənlər nəşr edilməyə! (41).Onda ki, səni görürlər, tuturlar əyləncəyə: «Ə, bu o kəsdirmi Allah rəsul qaldırıb? (42).Az qalmışdı zəlalətə salsın bizi ilahilərimizdən, əgər biz səbr etməsəydik onların üzərində». Və biləcəklər onlar, onda ki, görəcəklər əzabı, kim zəlalətdədir yoldan! (43).Ə, gördünmü o kəsi ki, götürüb özünə ilahi öz istəyini? Ə, məgər sənmi olacaqsan onun üzərində vəkil?



«Fərqləndirmə» surəsi (25) 44 -55 -ci ayətlər

(44).Yoxsa hesab edirsən ki, əksəriyyəti onların eşidəcəklər, ya əql edəcəklər? Onlar ancaq davar kimidirlər. Bəli! Onlar zəlildirlər yoldan. (45).Ə, məgər görmürsənmi Rəbbini necə kölgəni uzatdı? Və əgər istəsəydi edərdi onu sakin. Sonra etdik şəmsi onun üzərində dəlil. (46).Sonra çəkərik onu yavaş-yavaş Öz tərəfimizə. (47).Və O – Odur ki, etdi sizin üçün gecəni libas və yuxunu dinclik və etdi gündüzü nəşr olunma. (48).Və O – Odur ki, göndərir küləkləri rəhməti önündə bəşarət olaraq. Və nazil etdik səmadan pak su, (49) ona görə ki, dirildək onunla ölmüş şəhəri və içirdək onunla xəlq etdiyimiz davarları və əksər insanları. (50).Və əlbəttə, sərf etdik onu aralarında onların zikri üçün və imtina edəndir əksəriyyəti insanların, ancaq küfrdən başqa. (51).Və əgər istəsəydik qaldırardıq külli kəndlərdə nəzərə çatdıran. (52).Və itaət etmə kafirlərə və onlarla cihad et onunla böyük cihadla! (53).Və O – Odur ki, iki dəryanı qovuşdurdu. Bu - şirindir, içməlidir və bu - duzludur, acıdır. O etdi aralarında bərzəx və dağılmaz məhəccər. (54).Və O – Odur ki, xəlq etdi sudan bəşəri və etdi onun üçün əsəb-nəsəb. Oldu sənin Rəbbin Qadir! (55).Və ibadət edirlər Allahın əvəzinə nə ki, mənfəət və zərər verməzlər onlara və kafir öz Rəbbinin əleyhinə yardımçıdır.


«Fərqləndirmə» surəsi (25) 56 -67 -ci ayətlər

(56).Və Biz göndərdik səni ancaq bəşarət verən və nəzərə çatdıran. (57).De: «Mən buna görə sizdən əcr istəmirəm, ancaq o kəsi ki, istəyir götürsün Rəbbinin tərəfinə yol». (58).Və təvəkkül et üzərinə diri olanın – Odur ki, ölməz və saya sal həmd ilə Onu və kafidir Onun Öz bəndələrinin günahlarıyla Xəbir olması. (59).Odur ki, xəlq etdi səmaları və ərzi və nə ki, bu ikisinin arasında olanları altı gündə, sonra ərş üzərində möhkəmləndi Rəhman. Sual et Onunla Xəbir olaraq. (60). Və onda ki, deyilər onlara: «Səcdə edin Rəhman üçün!», - deyərlər: «Nədir Rəhman? Ə, sənin bizə əmr etdiyinəmi səcdə edək?» Və artırar onlara nifrəti. (61).Bərəkətlidir, ucadır – Odur ki, etdi səmada bürclər və etdi onda işıqlı çıraq və nurlu qəmər. (62).Və O – Odur ki, etdi gecəni və gündüzü bir-birinin ardıcılı olaraq o kəs üçün istəyir ki, zikr etsin, ya istəyir şükr etsin. (63).Və bəndələri Rəhmanın o kəslərdir ki, ərz üzərində təvazökar halda gəzirlər. Və onda ki, xitab edir onlara cahillər, deyirlər: «Salam!». (64).Və o kəslər ki, gecəni Rəbləri üçün səcdə və qiyamla keçirdirlər. (65).Və o kəslər ki, deyirlər: «Rəbbimiz! Kənar et bizdən cəhənnəm əzabını. Həqiqətən, onun əzabı bədbəxtlik olar! (66).Həqiqətən, o pis qərargah və məqamdır!» (67).Və o kəslər ki, onda ki, infaq edirlər, israf etməzlər və simiclik etməzlər və bunlar arasında olarlar.



«Fərqləndirmə» surəsi (25) 68 –77 -ci ayətlər

(68).Və o kəslər ki, çağırmazlar Allahla birlikdə başqa ilahi və qətlə yetirməzlər nəfsi, hansı ki, haram edib Allah, ancaq haqq ilə və zina etməzlər. Və kim fəaliyyət edərsə bunu, qarşılayar cəza olaraq. (69).İki qat olacaq onun üçün qiyamət gününün əzabı və həmişəlikdir onda alçaldılmış halda. (70).Ancaq kim ki, qayıda və inana və saleh əməl edə – həmin onlardır ki, dəyişər Allah onların pisliklərini yaxşılığa və oldu Allah Ğəfur, Rəhim! (71).Və kim qayıdıb və əməli islahatdır, həqiqətən, o, qayıdıb Allaha tərəf doğru qayıdışla. (72).Və o kəslər ki, zorla şəhadət verməzlər və onda ki, lağlağının yanından keçirlər, kəramətlə keçirlər. (73).Və o kəslər ki, onda ki, zikr edərlər ayətləri ilə Rəblərinin, xar olmazlar üzərində onun kar və kor. (74).Və o kəslər ki, deyərlər: «Rəbbimiz! Bəxş et bizim üçün zövclərimizdən və zürriyyətimizdən gözümüzün işığı olanı və et bizi müttəqilər üçün imamlar!» (75).Həmin onlar qürfələrlə mükafatlanacaqlar nə ilə ki, səbr etdilər və qarşılaşacaqlar orada təhiyyətlə və salamla, - (76) həmişəlik olaraq orada. Yaxşı qərargah və məqamdır! (77).De: «Əgər ibadət etməyəsiniz, Rəbbim çağırışlarınızı qəbul etməz. Fəqət siz yalan saydınız və indi sizin üçün qaçılmaz olacaq».



«Şairlər» surəsi (26)

(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ta. Sin. Mim! (2).Bunlar aşkar kitabın ayətləridir. (3).Ola ki, sən hazır olasan nəfsini məhv etməyə, ondan ötrü ki, nə üçün onlar inanmırlar. (4).Əgər Biz istəsək nazil edərik səmadan onların üzərinə ayət və onlar ona boyun əyərlər. (5).Gəlmir onlara Rəhman tərəfindən zikrdən yeni bir hədis, ancaq ondan üz çevirən olurlar. (6).Fəqət onlar yalan saydılar və gələcək onlara xəbəri onun ki, istehza edirdilər. (7).Ə, onlar görmürlərmi ərzi, nə qədər göyərtmişik orada külli kəramətli zövclərdən? (8).Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan! (9).Həqiqətən, Rəbbin – O Əzizdir, Rəhimdir! (10).Onda Rəbbin nida etdi Musaya: «Get zalim qouma tərəf - (11) Firaun qoumuna. Ə, onlar qorxmayacaqlarmı?» (12).Dedi: «Rəbbim! Xoflanıram ki, məni yalançı saysınlar (13) və ürəyim sıxıla və dilim düyünlənə. Göndər Haruna tərəf! (14).Onlar üçün mənim üzərimdə günah var və xoflanıram ki, məni qətlə yetirələr». (15).Dedi: «Belə deyil! Gedin ikiniz Bizim ayətlərimizlə və həqiqətən, sizinlə birlikdə eşidəcəyik. (16).Gedin Firaunun yanına və deyin: “Biz aləmlərin Rəbbinin rəsullarıyıq. (17).Göndər bizimlə İsrail oğullarını!”» (18).Dedi: «Ə, biz səni uşaqkən öz aramızda tərbiyə etmədikmi və sən ömrünün illərini bizim aramızda qaldın (19) və etdin o işi ki, gərək etməyəydin və sən kafirlərdənsən?»

«Şairlər» surəsi (26) 20 -39 -cu ayətlər
(20).Dedi: «O əməli edərkən, mən zəlillərdən idim (21) və sizin xofunuzdan fərarilik etdim və Rəbbim mənə hikmət bəxş edib və məni mürsəllərdən etdi. (22).Bu nemət, hansı ki, mənim üzərimə minnət qoyursan, İsrail oğullarını qul etdiyinəmi görədir?» (23).Firaun dedi: «Kimdir aləmlərin Rəbbi?» (24).Dedi: «Rəbbidir səmaların və ərzin və onlar arasında olanların, əgər oldunuz yəqinliyi olanlar». (25).Dedi ətrafında olan kəslərə: «Ə, eşitmirsinizmi?» (26).Dedi: «Sizin Rəbbinizdir və əvvəlki atalarınızın Rəbbidir!» (27).Dedi: «Həqiqətən, sizin rəsulunuz – odur ki, göndərilib sizə – məcnundur!» (28).Dedi: «Rəbbidir məşriqin və məğribin və bu ikisinin arasında olanların, əgər oldunuz əql edənlər». (29).Dedi: «Əgər məndən qeyri ilahi götürsən, səni dustaqlardan edərəm». (30).Dedi: «Ə, əgər gəlsəm sənə aşkar şeylə?» (31).Dedi: «Gətir onu, əgər sadiqlərdənsən!» (32).Atdı əsasını və onda o, aşkar ilandır. (33).Və əlini çıxartdı və onda o, baxanlar üçün bəyazdır. (34).Dedi ətrafında olan böyüklərə: «Həqiqətən, bu, bilici sehrkardır! (35).O istəyir ki, xaric etsin sizi ərzinizdən öz sehri ilə. Nə əmr edirsiniz?» (36).Dedilər: «Möhlət ver ona və onun qardaşına və qaldır şəhərlərdə toplayanları. (37).Qoy gətirsinlər sənə külli bilici sehrkarları». (38).Və cəm oldu sehrkarlar təyin olunmuş məlum olan gündə. (39).Dedilər insanlara: «Siz də cəm oldunuzmu?

«Şairlər» surəsi (26) 40 -60 -cı ayətlər
(40).Ola ki, biz tabe olaq sehrkarlara, əgər onlar qalib olsalar!» (41).Amma elə ki, sehrkarlar gəldilər, Firauna dedilər: «Olacaqmı bizim üçün əcr, əgər biz qalib olsaq?» (42).Dedi: «Bəli, siz onda yaxınlardan olacaqsınız». (43).Dedi onlara Musa: «Atın, nə ki, atmalısınız!» (44).Və atdılar iplərini və əsalarını və dedilər: «Firaunun izzətinə and olsun ki, həqiqətən, biz qaliblərik!» (45).Və atdı Musa əsasını və onda o, uddu nə ki, onlar uydurmuşdular. (46).Düşdülər sehrkarlar səcdəyə. (47).Dedilər: «İnandıq Rəbbinə aləmlərin - (48) Rəbbinə Musanın və Harunun!» (49).Dedi: «Ə, inandınız Ona, ondan qabaq ki, mən sizə izn verəm. Həqiqətən, o, sizin böyüyünüzdür – odur ki, öyrədib sizə sehri və indi siz biləcəksiniz. Mən qətt etdirəcəyəm əllərinizi və ayaqlarınızı və səlibə çəkdirəcəyəm sizi cəmiyyən!» (50).Dedilər: «Zərəri yoxdur, biz, Rəbbimizə tərəf dönərik. (51).Həqiqətən, biz təmənna edirik ki, Rəbbimiz bağışlasın bizim üçün xətalarımızı, ona görə ki, biz inananların əvvəlincisiyik». (52).Musaya vəhy etdik ki: «Bəndələrimlə gecə vaxtı çıx, həqiqətən, siz təqib olunacaqsınız!» (53).Və göndərdi Firaun şəhərdə toplayanları: (54).«Həqiqətən, bunlar az saylı dəstədir! (55).Həqiqətən, onlar bizi qəzəbləndiriblər (56) və biz cəmiyyən hazırlılarıq». (57).Xaric etdik onları cənnətlərdən və bulaqlardan (58) və xəzinələrdən və kəramətli məqamdan. (59).Beləliklə varis etdik ona İsrail oğullarını. (60).Təqib etdilər onları gün çıxarkən.

«Şairlər» surəsi (26) 61 -83 -cü ayətlər
(61).Amma elə ki, iki cəm bir-birini gördü, Musanın əshabı dedi: «Biz, həqiqətən, yaxalandıq!» (62).Dedi: «Belə deyil! Həqiqətən, Rəbbim mənimlədir. O məni hidayət edəcək!» (63).Biz vəhy etdik Musaya: «Zərbə vur əsanla dənizə». Bölündü o və oldu külli firqə əzəmətli dağ kimi. (64).Biz sonra yaxınlaşdırdıq axır dəstəni. (65).Nicat verdik Musaya və kim ki, onunla idi cəmiyyən. (66).Sonra qərq etdik axırdakıları. (67).Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan. (68).Həqiqətən, Rəbbin – O Əzizdir, Rəhimdir! (69).Tilavat et üzərinə onların xəbərini İbrahimin! (70).Onda dedi atasına və qoumuna: «Nəyə ibadət edirsiniz?» (71).Dedilər: «İbadət edirik bütlərə və onlar üçün sitayiş edirik!» (72).Dedi: «Onlar sizi eşidirlərmi, onda ki, çağırırsınız? (73).Ya sizə mənfəət, ya zərər verə bilirlərmi?» (74).Dedilər: «Bəli, tapmışıq atalarımızı belə fəaliyyət edənlər». (75).Dedi: «Ə, gördünüzmü nəyə oldunuz ibadət edənlər - (76) siz və sizin qədim atalarınız? (77).Həqiqətən, onlar mənim üçün düşməndirlər, ancaq aləmlərin Rəbbindən başqa. (78).Odur ki, xəlq etdi məni və O məni hidayət edəcək. (79).Odur ki, mənə təam verir və içirdir. (80).Onda ki, xəstə oluram, O mənə şəfa edir. (81).Odur ki, məni öldürər və sonra dirildər. (82).Odur ki, təmənna edirəm bağışlaya mənim üçün xətalarımı din günündə. (83).Rəbbim, bəxş et mənə hikmət və məni salehlərlə birləşdir!
«Şairlər» surəsi (26) 84 -111 -ci ayətlər
(84).Və et məni axırdakılar arasında doğru dil. (85).Et məni Nəim cənnətinin varislərindən. (86).Bağışla mənim atamı, həqiqətən, o, zəlillərdən oldu. (87).Rüsvay etmə məni qalxma günündə. (88).O gün yoxdur mənfəəti mal və oğulların, (89) ancaq kim ki, gələrsə Allaha tərəf salim qəlblə!» (90).Və yaxın oldu cənnət müttəqilərə (91) və göstərildi cəhənnəm azğınlara! (92).Deyərlər onlara: «Haradadır, ibadət etdikləriniz (93) Allahdan başqa? Ə, yardım edirlərmi sizə, ya özlərinə yardım edə bilirlərmi?» (94).Üzləri üstə atılarlar ora onlar və azğınlar (95) və cəmiyyən İblisin qoşunu! (96).Dedilər onlar orada xosunlaşaraq: (97) «And olsun Allaha, biz aşkar zəlalətdə olduq, (98) onda ki, sizi aləmlərin Rəbbi ilə bir səviyyədə tutduq (99) və bizi zəlil etdi ancaq cərimə olunmuşlar! (100).Yoxdur bizim üçün şəfa edənlərdən (101) və yoxdur sadiq dost. (102).Əgər bizə bir daha qayıtmaq imkanı olsaydı, onda inananlardan olardıq!» (103).Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan! (104).Həqiqətən, Rəbbin – O Əzizdir, Rəhimdir! (105).Nuh qoumu mürsəlləri yalançı saydı. (106).Onda onlara dedi onların qardaşı Nuh: «Ə, qorxmursunuzmu? (107).Mən sizin üçün əmin rəsulam. (108).Qorxun Allahdan və itaət edin mənə! (109).İstəmirəm sizdən buna görə əcr. Həqiqətən, mənim əcrim ancaq aləmlərin Rəbbinin öhtəsinədir! (110).Qorxun Allahdan və itaət edin mənə! (111).Dedilər: «Ə, biz inanaqmı sənə və tabedir sənə rəzillər?»

«Şairlər» surəsi (26) 112 -136 -cı ayətlər
(112).Dedi: «Yoxdur mənim elmim nə ilə ki, oldular əməllilər. (113).Onların hesabı ancaq Rəbbimin öhtəsinədir, əgər şüurlusunuz! (114).Və mən inananları qovan deyiləm. (115).Həqiqətən, mən ancaq aşkar nəzərə çatdıranam». (116).Dedilər: «Əgər son qoymasan, ay Nuh, olacaqsan daşqalaq edilənlərdən». (117).Dedi: «Rəbbim, həqiqətən, qoumum məni yalançı saydı! (118).Fəth et mənimlə onlar arasında fəthnən və nicat ver mənə və kim ki, mənimlə birlikdə inananlardandır!» (119).Nicat verdik ona və kim ki, onunla idi yüklənmiş gəmidə. (120).Sonra qərq etdik qalanlarını. (121).Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan! (122).Həqiqətən, Rəbbin - O Əzizdir, Rəhimdir! (123).Yalançı saydılar Adlılar mürsəlləri. (124).Onda onlara dedi onların qardaşı Hud: «Ə, qorxmursunuzmu? (125).Mən sizin üçün əmin rəsulam. (126).Qorxun Allahdan və itaət edin mənə! (127).İstəmirəm sizdən buna görə əcr. Həqiqətən, mənim əcrim ancaq aləmlərin Rəbbinin öhtəsinədir! (128).Ə, hər bir yüksəklikdə binalar ucaldırsınız əyləncə olaraq (129) və böyük su anbarları icad edirsiniz, ola ki, həmişəlik qalacaqsınız? (130).Onda ki, birini cəzalandırırsınız, çox zor cəzalandırırsınız. (131).Qorxun Allahdan və itaət edin mənə! (132).Qorxun Ondan – Odur ki, imdad etdi sizə, nə ilə ki, bilirsiniz! (133).O imdad etdi sizə davarlarla və oğullarla (134) və cənnətlərlə və bulaqlarla. (135).Mən xoflanıram sizin üçün əzəmətli günün əzabından». (136).Dedilər: «Bərabərdir bizim üçün – öyüd verəsən, ya öyüd verməyəsən.

«Şairlər» surəsi (26) 137 -159 -cu ayətlər
(137).Həqiqətən, bu, ancaq əvvəlkilərin xəlq etdiyidir. (138).Və bizə əzab olunmayacaqdır». (139).Yalan saydılar onu və Biz də həlak etdik onları. Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan! (140).Həqiqətən, Rəbbin - O Əzizdir, Rəhimdir! (141).Yalançı saydılar Səmudlular mürsəlləri. (142).Onda onlara dedi onların qardaşı Saleh: «Ə, qorxmursunuzmu? (143).Mən sizin üçün əmin rəsulam! (144).Qorxun Allahdan və itaət edin mənə! (145).İstəmirəm sizdən buna görə əcr. Həqiqətən, mənim əcrim ancaq aləmlərin Rəbbinin öhtəsinədir! (146).Ə, elə bilirsiniz ki, bunların arasında əminliklə tərk olunacaqsınız? (147).Cənnətlər və bulaqlar arasında (148) və əkinlər və xurmalıqlar, hansı ki, meyvələri zərifdir. (149).Və dağlardan evlər oyursunuz fərəhlənərək. (150).Qorxun Allahdan və itaət edin mənə! (151).İtaət etməyin israfkarların əmrinə - (152) o kəslər ki, ərzdə fəsad edərlər və islah etməzlər». (153).Dedilər: «Sən, həqiqətən, sehrlənmişlərdənsən. (154).Sən ancaq bizim mislimiz olan bəşərsən. Gətir bizə ayət, əgər sadiqlərdənsən!» (155).Dedi: «Bu naqədir, yəni dişi dəvədir. Məlum olan gündə onun üçün və sizin üçün içməyə növbə var. (156).Toxunmayın ona pisliklə ki, əzəmətli günün əzabı sizi tutmasın!» (157).Və kəsdilər onu və sübh çağı peşman oldular. (158).Tutdu onları əzab. Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan. (159).Həqiqətən, Rəbbin - O Əzizdir, Rəhimdir!
«Şairlər» surəsi (26) 160 -183 -cü ayətlər
(160).Yalançı saydı Lut qoumu mürsəlləri. (161).Onda onlara dedi onların qardaşı Lut: «Ə, qorxmursunuzmu?» (162).Mən sizin üçün əmin rəsulam! (163).Qorxun Allahdan və itaət edin mənə! (164).İstəmirəm sizdən buna görə əcr. Həqiqətən, mənim əcrim ancaq aləmlərin Rəbbinin öhtəsinədir! (165).Ə, yaxınlıq edirsiniz aləmlərdən kişilərlə (166) və tərk edirsiniz Rəbbinizin sizin üçün xəlq etdiyi zövclərinizi? Bəli, siz həddi aşmış qoumsunuz! (167).Dedilər: «Əgər son qoymasan, ay Lut, xaric olunmuşlardan olacaqsan!» (168).Dedi: «Mən sizin əməllərinizə nifrət edirəm. (169).Rəbbim, nicat ver mənə və mənim əhlimə onların etdikləri əməllərdən!» (170).Və Biz nicat verdik ona və onun əhlinə cəmiyyən, (171) ancaq acuza arvaddan başqa ki, qalanlardan oldu. (172).Sonra axırdakıları həlak etdik (173) və yağdırdıq üzərinə onların yağış. Nəzərlərinə çatdırılanların yağışı çox pis yağışdır! (174).Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan! (175).Həqiqətən, Rəbbin – O Əzizdir, Rəhimdir! (176).Yalançı saydı Əykə əshabı mürsəlləri. (177).Onda dedi onlara Şuəyb: «Ə, qorxmursunuzmu?» (178).Mən sizin üçün əmin rəsulam! (179).Qorxun Allahdan və itaət edin mənə! (180).İstəmirəm sizdən buna görə əcr. Həqiqətən, mənim əcrim ancaq aləmlərin Rəbbinin öhtəsinədir! (181).Vəfalı olun ölçüdə və olmayın əskik çəkənlərdən! (182).Və insaflı, düzgün olaraq vəzn edin. (183).Əskik etməyin insanlara öz əşyalarını və səy etməyin ərzdə fəsad etməyə.

«Şairlər» surəsi (26) 184 -206 -cı ayətlər
(184).Qorxun Ondan – Odur ki, xəlq etdi sizi və əvvəlki nəsilləri». (185).Dedilər: «Həqiqətən, sən sehrkarlardansan!» (186).Və sən ancaq bizim mislimiz bəşərsən və səni yalançılardan zənn edirik. (187).Endir səmadan üzərimizə bir bölük, əgər sadiqlərdənsən!» (188).Dedi: «Rəbbim bilir nə ilə ki, əməldəsiniz». (189).Yalançı saydılar onu və yaxaladı onları kölgəli günün əzabı. Həqiqətən o, əzəmətli günün əzabı idi. (190).Həqiqətən, bunda ayətlər var və olmadı əksəriyyəti onların inanan. (191).Həqiqətən, Rəbbin – O Əzizdir, Rəhimdir! (192).Həqiqətən, o, nazil olmasıdır aləmlərin Rəbbinin! (193).Nazil oldu onunla Ruhul-Əmin (194) üzərinə sənin qəlbinin, ondan ötrü ki, nəzərə çatdıranlardan olasan (195) aşkar ərəb dilində. (196).Həqiqətən, o, əvvəlkilərin yazısındadır! (197).Ə, olmadımı onlar üçün ayət ki, bilirlər onu İsrail oğullarından elmliləri? (198).Əgər Biz onu nazil etsəydik üzərinə bəzi əcəminin (199) və qiraət etsəydi onu üzərinə onların, yenə də ona inanmazdılar. (200).Beləcə yerləşdirərik onu cərimə olunmuşların qəlbində. (201).İnanmazlar ona, ta görələr ələmli əzabı. (202).O gələcək onlara qəflətən və onlar şüursuzdurlar. (203).Və deyərlər: «Bizə möhlət veriləcəkmi?» (204).Ə, Bizim əzabamı tələsirlər? (205).Ə, görmürsənmi, əgər mətahlandırsaydıq onları illərlə, (206) sonra gələrsə onlara vəd olunan,

«Şairlər» surəsi (26) 207 -227 -ci ayətlər
(207) ehtiyacsız etməzdi onları nə ki, verilmişdi onlara mətahlanmaları üçün? (208).Həlak etmədik Biz kəndləri, ancaq ora nəzərə çatdıran göndərmədən, (209) zikr üçün və olmadıq zalimlər. (210).Nazil olmadı onunla şeytanlar. (211).Onlar üçün layiq deyil o və onlar bacarmazlar da. (212).Həqiqətən, onlar qulaq asmaqdan kənarlaşdırılıblar. (213).Çağırma Allahla birlikdə axır ilahi və onda əzab edilənlərdən olarsan. (214).Nəzərinə çatdır yaxın əşirətinin. (215).Və aç cinahını inananlardan o kəs üçün ki, tabedir sənə. (216).Əgər asi olsalar sənə və onda de: «Mən uzağam nədən ki, əməldəsiniz!» (217).Təvəkkül et üzərinə Əzizin, Rəhimin - (218) Odur ki, görür səni, onda ki, qalxırsan (219) və üz tutursan səcdə edənlərin arasında. (220).Həqiqətən, O Səmidir, Alimdir! (221).Xəbər verimmi sizə, kimin üzərinə şeytanlar nazil olur? (222).Nazil olur üzərinə külli yalançıların, günahkarların. (223).Gizlincə qulaq asırlar və əksəriyyəti onların yalançıdırlar. (224).Və şairlər – tabedir onlara tüğyan edənlər. (225).Ə, görmürsənmi onlar külli vadilərdə sərgərdan gəzib dolanarlar (226) və deyərlər onu ki, özləri fəaliyyət etməzlər. (227).Ancaq o kəslərdən başqa ki, inanırlar və əməlləri islahatdır və Allahı çoxlu zikr edirlər. Yardım alıblar zülm olunandan sonra və biləcəklər o kəslər ki, zalimdirlər, hansı dönüşlə üz döndərəcəklər!



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin