«f a t I h ə» s u r ə s I (1)



Yüklə 2,11 Mb.
səhifə47/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8060
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

«Qarışqalar» surəsi (27)



(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ta. Sin! Bunlar ayətləridir Qur’anın və aşkar kitabın. (2).Hidayətdir və bəşarətdir inananlar üçün – (3) o kəslər ki, ayağa qalxırlar islahata və əta edirlər zəkatı və onlar axirət ilə yəqindirlər. (4).Həqiqətən, o kəslər ki, inanmırlar axirət ilə, zinətli etdik onlar üçün əməllərini onların və onlar kor-koranə gəzib dolanarlar. (5).Həmin onlar o kəslərdir ki, onlar üçün pis əzab var və onlar axirətdə xəsarətdə olanlardır. (6).Həqiqətən, sən alırsan Qur’anı Həkimdən, Alimdən. (7).Onda dedi Musa öz əhlinə: «Mən od gördüm. Oradan bir xəbər, ya işıqlı bir şölə gətirərəm sizin üçün, ola ki, qızışasınız». (8).Amma elə ki, yaxınlaşdı ona, nida olundu: «Mübarəkdir kim ki, oddadır və kim ki, onun yanındadır və Sübhandır Allah – Rəbbidir aləmlərin! (9).Ay Musa, həqiqətən, Mənəm Allah – Əziz, Həkim! (10).At əsanı!» Amma elə ki, gördü ilan kimi hərəkət edir, dabanı üstə dönüb və qayıtmadı: «Ay Musa, xoflanma! Həqiqətən, mürsəllər Mənim hüzurumda xoflanmazlar. (11).Ancaq kim zülm edərsə, sonra dəyişərsə yaxşılığa pisliyin ardınca, həqiqətən, Mən Ğəfuram, Rəhiməm! (12).Daxil et əlini qoynuna ki, Firauna və onun qoumuna tərəf doqquz ayətdən biri olaraq bəyaz, eyibsiz xaric olsun. Həqiqətən, onlar fasiq qoum oldular». (13).Amma elə ki, gəldi onlara Bizim ayətlərimiz bəsirətli edən, dedilər: «Bu, aşkar sehrdir!»


«Qarışqalar» surəsi (27) 14 -22 -ci ayətlər

(14).Və öz nəfslərində ona yəqinlikləri olsa da, dandılar onu zülmlə və təkəbbürlüklə. Nəzər sal necə oldu aqibəti fəsad edənlərin! (15).Əlbəttə, əta etdik Davuda və Süleymana elm. Dedi: «Həmd Allah üçündür – Odur ki, fəzilətli etdi bizi inanan bəndələrinin əksəriyyəti üzərində!» (16).Və Süleyman varis idi Davuda və dedi: «Ay insanlar! Öyrədildi bizə quşların nitqi və əta olundu bizə külli şeylərdən! Həqiqətən, bu, aşkar fəzilətdir!» (17).Toplandı Süleyman üçün cinlərdən və insanlardan və quşlardan olan qoşunu və onlar cərgə ilə düzüldülər. (18).Ta onda ki, yetişdilər qarışqalar vadisinin üzərinə, ana qarışqa dedi: «Ay qarışqalar! Daxil olun məskənlərinizə ki, Süleyman və onun qoşunu bilmədən sizi ayaq altında əzməsin!» (19).O, təbəssüm etdi gülərək onun sözündən və dedi: «Rəbbim, öyrət mənə şükr edim Sənin nemətinə, hansı ki, nemət verdin mənə və mənim valideynlərimə və ondan ötrü ki, əməllərimi islah edim, hansı ki, Sən ondan razı olasan və daxil et məni Öz rəhmətinə, saleh bəndələrinin içərisində olan halda!». (20).Və başladı quşu axtarmağa və dedi: «Nə üçün hudhudu görmürəm? Yoxsa qeybdə olanlardan oldu? (21).Mən əzab edərəm onu şiddətli əzabla, ya kəsərəm onu, ya da o mənim yanıma aşkar sultanlıqla gələr». (22).Bir azdan o gəldi və dedi: «Mən öyrəndim onu ki, sən bilmirsən və gəldim sənə Səbadan yəqin xəbərlərlə.



«Qarışqalar» surəsi (27) 23 -35 -ci ayətlər

(23).Mən orada bir arvada rast gəldim ki, onlara hakimlik edirdi və əta olunmuşdu ona külli şeylərdən və onun əzəmətli bir ərşi vardı. (24).Mən gördüm onu və onun qoumunu Allahın əvəzinə şəms üçün səcdə edənlər. Onlar üçün zinətli etdi şeytan onların əməllərini və sədd çəkdi onlara yoldan və onlar hidayət olunmayıblar. (25).Ondan ötrü ki, səcdə etməyələr Allah üçün – Odur ki, xaric edər səmalarda və ərzdə gizli olanı və bilər nə ki, məxfi edirsiniz və nə ki, elan edirsiniz. (26). Allahdır ki, yoxdur İlahi, ancaq Odur – əzəmətli ərşin Rəbbidir. (27).Dedi: «Görəcəyik, doğru deyirsən, yoxsa yalan deyənlərdənsən! (28).Get mənim bu yazımı onlara at, sonra onlardan kənara çəkil və nəzər sal ki, nə edəcəklər!» (29).Dedi: «Ay böyüklər! Həqiqətən, kəramətli bir yazı mənim tərəfimə atıblar. (30).Həqiqətən, o, Süleymandandır və həqiqətən, o “İsmi ilə Allahın – Rəhmanın, Rəhimindir!” (31).“Mənim üzərimə ucalıq axtarmayın və təslim olan halda mənim yanıma gəlin!”». (32).Dedi: «Ay böyüklər! Fitva verin mənə əmrimdə. Mən olmadım qətiyyətli əmrnən, ta şahid olasınız mənə». (33).Dedilər: «Biz qüvvət sahibiyik və şiddətli basqı sahibiyik. Əmr sənin əmrindir və nəzər sal nə əmr edəcəksən». (34).Dedi: «Həqiqətən, onda ki, məliklər daxil olurlar kəndlərə, oranı fəsad edib və oranın izzətli əhlini zəlil edirlər və beləcə fəaliyyət edirlər. (35).Mən göndərim onlara hədiyyə və nəzər salaq nə ilə qayıdacaq mürsəllər!»


«Qarışqalar» surəsi (27) 36 -44 -cü ayətlər

(36).Amma elə ki, gəldi Süleymanın yanına, dedi: «Ə, siz mənə bu mal-dövlətləmi imdad edirsiniz? Nə ki, əta edib mənə Allah, xeyirlidir nədən ki, əta edib sizə. Bəli, sizsiniz ki, öz hədiyyələrinizlə fərəhlənirsiniz. (37).Qayıdın onların yanına. Biz elə bir qoşunla onlara tərəf gələrik ki, qabil olmazlar ona qarşı durmağa və xaric edərik onları oradan zəlil olaraq və onlar kiçilmiş olarlar». (38).Dedi: «Ay böyüklər! Sizdən kim mənə onun ərşini gətirər, ondan qabaq ki, onlar mənə təslim olaraq gəlməyiblər?» (39).Cinlərdən İfrit dedi: «Sən öz məqamından qalxmamışdan qabaq, mən gələrəm sənin yanına onunla və həqiqətən, mən bunun üzərində qüvvətliyəm, əminəm!» (40).O kəs ki, yanında kitabdan elm vardı, dedi: «Mən gələrəm sənin yanına onunla, ondan qabaq ki, sən gözünü yumub açasan». Amma elə ki, gördü onu öz yanında qərar tapmış, dedi: «Bu, Rəbbimin fəzlindəndir ki, məni imtahan etsin – ə, mən şükr edəcəyəm, yoxsa küfr edəcəyəm. Kim şükr edərsə, ancaq öz nəfsi üçün şükr etmişdir. Və kim küfr edərsə, həqiqətən, Rəbbim Qənidir, Kərimdir!» (41).Dedi: «Dəyişdirin onun üçün ərşini, nəzər salaq, o hidayət tapacaqmı, yoxsa olacaq o kəslərdən ki, hidayət tapmayıb?!» (42).Amma elə ki, gəldi, dedilər ona: «Ə, sənin ərşin belədirmi?» Dedi: «Sanki odur. Bundan qabaq əta olundu bizə elm və biz, təslim olanlar olduq». (43).Və onun qarşısına sədd çəkən oldu Allahın əvəzinə ibadət etdiyi. Həqiqətən, olmuşdu o, kafir qoumdan! (44).Dedilər ona: «Daxil ol saraya!» Amma elə ki, gördü onu, hesab etdi onu su gölməçəsi və qıçlarını çırmaladı. Dedi: «Həqiqətən, bu, parlayan saraydır ki, billurdandır». Dedi: «Rəbbim! Həqiqətən, mən öz nəfsimə zülm etmişəm və təslim oluram Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha!»




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin