«Rumlular» surəsi (30) 42 -50 -ci ayətlər
(42).De: «Seyr edin ərzdə və nəzər salın necə oldu aqibəti o kəslərin ki, bundan qabaq var idilər. Oldu əksəriyyəti onların müşriklər». (43).Və yönəlt vəchini qiymətli din üçün, ondan qabaq ki, bir gün gələr, Allahdan onun qarşısını alan olmaz. O gün onlar ayrılarlar: (44) kim küfr edərsə, öz əleyhinədir onun küfrü. Və kim əməli islahatdır, öz nəfsləri üçün hazırlamış olarlar, (45) ondan ötrü ki, O mükafat verə Öz fəzlindən o kəslərə ki, inanırlar və əməlləri islahatdır. Həqiqətən, O sevməz kafirləri! (46).Onun ayətindəndir ki, göndərir küləkləri bəşarət verən və daddırması üçün sizə Öz rəhmətindən və üzməsi üçün gəmilərin Onun əmri ilə və axtarmağınız üçün Onun fəzlindən, ola ki, şükr edəsiniz! (47).Əlbəttə, göndərdik Biz rəsulları səndən qabaq öz qoumuna tərəf və gəldilər onlar bəyanatlarla. Və Biz intiqam aldıq o kəslərdən ki, cərimə olunmuşlar idilər və haqq oldu Bizim üzərimizdə inananlara yardım! (48).Allah – Odur ki, göndərir küləkləri və seyr etdirir buludları və dağıdır onları səmada necə istəyir və edir onları bölük-bölük. Və sən görürsən yağış damcıları xaric olur onların arasından və onda O yetirir onları Öz bəndələrindən kimə istəsə, onlar isə sevinirlər. (49).Halbuki onlara nazil olmamışdan qabaq ümidsiz idilər. (50).Və nəzər sal Allahın rəhmət əsərinə ki, necə həyat verir ərzə ölümündən sonra. Həqiqətən, O həyat verəndir ölülərə və O üzərində külli şeyin Qadirdir!
«Rumlular» surəsi (30) 51 -60 -cı ayətlər
(51).Əgər Biz göndərsəydik külək və onu saralmış görsəydilər, onlar bundan sonra yenə də kafir olaraq qalardılar. (52).Həqiqətən, sən eşitdirə bilməzsən ölülərə və eşitdirə bilməzsən karlara çağırışı, onda ki, idbarlı halda üz döndərirlər. (53).Və sən hidayət edə bilməzsən korları öz zəlalətlərindən. Sən eşitdirə bilərsən ancaq o kəsə ki, inanır ayətlərimizlə Bizə və onlar təslim olanlardır! (54).Allah – Odur ki, xəlq etdi sizi zəiflikdən. Sonra etdi sizi zəifliyin ardınca qüvvətli. Sonra etdi sizi qüvvətliliyin ardınca zəif və saçları ağarmış. O xəlq edər nə istəyər. O Alimdir, Qadirdir! (55).O gün ki, yetişər saat, cərimə olunmuşlar and içərlər ki, bir saat qalmayıblar. Beləcə aldanmış olarlar! (56).Və dedi o kəslər ki, əta olunmuşdu onlara elm və iman: «Əlbəttə, qaldınız siz yazısında Allahın dirilərək qalxma gününə qədər. Budur qalxma günü, lakin siz bilmirdiniz!» (57).O gün mənfəət verməyəcək o kəslərə ki, zalimdirlər, onların üzr istəmələri və onların qayıtmaları da istənilməz! (58).Əlbəttə, zərbə vurduq insanlar üçün bu Qur’anda külli məsəllərdən. Əgər gələsən onlara ayətlə, deyəcəklər o kəslər ki, kafirdirlər: «Siz ancaq batilə uyanlarsınız!» (59).Beləcə möhür vurar Allah qəlbləri üzərinə o kəslərin ki, anlamazlar! (60).Və səbr et. Həqiqətən, vədi Allahın haqdır. Qoy o kəslər ki, yəqinlikləri yoxdur, səni yüngül hesab etməsinlər!
«Loğman» surəsi (31)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Əlif. Lam. Mim! (2).Bunlar hikmətli kitabın ayətləridir, (3) hidayətdir və rəhmətdir yaxşılar üçün - (4) o kəslər ki, ayağa qalxırlar islahata və əta edirlər zəkatı və onlar axirət ilə yəqindirlər. (5).Həmin onlar üzərindədirlər hidayətin Rəblərindən və həmin onlar nicat tapanlardır! (6).Və insanlardan var o kəs ki, elmsizlikdən satın alır mənasız hədisləri, zəlalətə salmaq üçün Allah yolundan və onu əyləncəyə tutur. Həmin onlar üçündür alçaldıcı əzab. (7).Onda ki, tilavat olunur onun üzərinə ayətlərimiz, təkəbbürcəsinə üz çevirir, elə bil ki, onu eşitməyir, elə bil ki, qulaqlarında onun ağırlıq var. Bəşarət ver ona ələmli əzabla! (8).Həqiqətən, o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün nemətli cənnətlər var - (9) həmişəlik orada qalacaqlar Allahın haqq vədinə görə. O Əzizdir, Həkimdir! (10).Xəlq etdi səmaları dirəksiz, necə ki, görürsünüz onu. Atdı ərzə möhkəm dayaqlar ki, sizinlə birlikdə titrəməsin. Və qaldırdı orada külli canlılardan. Biz nazil etdik səmadan su və bitirdik orada külli kəramətli zövcdən. (11).Bu, xəlq etdiyidir Allahın. Göstərin mənə nə xəlq edib Ondan başqa olan kəslər. Bəli, zalimlər aşkar zəlalətdədirlər!
«Loğman» surəsi (31) 12 -19 -cu ayətlər
(12).Və Biz əta etdik Loğmana hikməti ki: «Şükr et Allah üçün! Kim şükr edirsə, həqiqətən, öz nəfsi üçün şükr edir. Və kim küfr edirsə, həqiqətən, Allah Qənidir, Həmiddir!» (13).Onda dedi Loğman öz oğluna və öyüd verərək ona: «Ay oğlum! Şərik qoşma Allah ilə. Həqiqətən, şirk böyük zülmdür!» (14).Və Biz vəsiyyət etdik insana öz valideynləri haqqında. Anası onu daşıyır zəhmətlə hamiləlik dövranını sürərək və onun süddən ayrılması iki il içərisindədir. Şükr et Mənə və valideynlərinə və qayıdış Mənə tərəfdir! (15).Əgər onlar cəhd etsələr ki, Mənə şərik qoşasan onu ki, ona sənin elmin yoxdur, onda itaət etmə onlara. Müşayət et onları dünyada mərifətlə və tabe ol yoluna o kəslərin ki, Mənə tərəf qayıdıblar. Sonra Mənə tərəfdir müraciətiniz və Mən xəbər verəcəyəm sizə nə ilə ki, oldunuz əməllilər. (16).«Ay oğlum! Əgər olarsa xardaldan olan toxumun misqalı qədər və olarsa süxurlar arasında, ya səmalarda, ya ərzdə, gətirəcək onu Allah. Həqiqətən, Allah Lətifdir, Xəbirdir! (17).Ay oğlum! Ayağa qalx islahata və əmr et mərifət ilə və nəhy et bəyənilməyəni və səbirli ol sənə yetişənə. Həqiqətən, bu, əzimdəndir əmrdə. (18).İnsanlardan təkəbbürlə üz çevirmə və ərzdə özündən razı halda gəzmə. Həqiqətən, Allah sevməz külli özündən razı olanı və fəxr edəni! (19).Və öz yerişini ölç və səsini alçalt. Həqiqətən, səslərdən bəyənilməyəni himar səsidir!»
«Loğman» surəsi (31) 20 -28 -ci ayətlər
(20).Ə, görmürsünüzmü, Allah ram etdi sizin üçün nə ki, səmalarda və nə ki, ərzdə var? Və yağdırdı sizin üzərinizə zahirdə və batində olan nemətini. İnsanlardan var elə kəslər ki, mücadilə edirlər Allah barəsində elmsiz və hidayətsiz və nurlu kitabsız. (21).Onda ki, deyirlər onlara: «Tabe olun Allahın nazil etdiyinə!» - deyirlər: «Bəli, tabeyik nə ki, tapmışıq atalarımızı onun üzərində!» Ə, əgər şeytan onları alovlu əzaba tərəf çağırmış olsa necə? (22).Kim təslim etdi vəchini Allaha və o, yaxşılıq edəndir, fəqət möhkəm bir yerdən yapışıb ki, onun üçün qopmaq yoxdur və Allaha tərəfdir aqibəti əmrlərin. (23).Kim kafir olarsa, qoy səni hüznlü etməsin onun küfrü. Bizə tərəfdir onların müraciətləri və xəbər verərik onlara nə ilə ki, əməl ediblər. Həqiqətən, Allah Alimdir ürəklərin zatına! (24).Biz mətahlandırarıq onları bir az, sonra onları qəliz əzaba tərəf sürüklərik! (25).Əgər sən onlardan sual etsən: «Kim xəlq edib səmaları və ərzi?» - deyərlər: «Allah!» De: «Həmd Allah üçündür!» Bəli, əksəriyyəti onların bilməz! (26).Allah üçündür səmalarda və ərzdə olanlar. Həqiqətən, Allah - O Qənidir, Həmiddir! (27).Və əgər ərzdə olan ağaclar qələm olsa və dənizlər onun mürəkkəbi, bunun ardınca yeddi dəniz buna qatılsa, yenə də tükənməz Allahın kəlmələri. Həqiqətən, Allah Əzizdir, Həkimdir! (28).Sizin xəlq olunmanız və dirilərək qaldırılmanız, ancaq vahid nəfs kimidir. Həqiqətən, Allah Səmidir, Bəsirdir!
Dostları ilə paylaş: |