«Səba» surəsi (34) 49 -54 -cü ayətlər
(49).De: «Haqq gəldi və batil aşkar olmaz və qayıtmaz!» (50).De: «Əgər mən zəlalətdəyəmsə, yalnız üzərində nəfsimin zəlalətdəyəm və əgər hidayət tapmışamsa, onda bu, Rəbbimin mənə vəhy etməsindəndir. Həqiqətən, O Səmidir, Qəribdir!» (51).Əgər görsəydin, necə onlar qorxurlar, onda ki, qaçmaq imkanı olmayacaq və tutulub saxlanacaqlar yaxın məkanda. (52).Və deyirlər: «İnandıq biz Onun ilə!» Onlar üçün uzaq məkandan necə mümkün olacaq? (53).Bir surətdə ki, qabaqcadan Onun ilə kafir olub və uzaq məkandan qeyb haqqında müxtəlif fikirlər atırdılar. (54).Və onlarla iştaha etdiklərinin arasına ayrılıq düşər, nə qədər, qabaqcadan onların həmməsləklərinə ayrılıq düşdü. Həqiqətən, onlar şəkk-şübhədə oldular!
«Yaradan» surəsi (35)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Həmd Allah üçündür, yaradanıdır səmaların və ərzin. Etdi mələkləri rəsullar – iki qanadlı və üç qanadlı və dörd qanadlı. Və artırar xilqətdə nə ki, istər. Həqiqətən, Allah üzərində külli şeyin Qadirdir! (2).Nə ki, Allah insanlar üçün Öz rəhmətindən açarsa, onu heç kim bağlaya bilməz. Və nə ki, bağlayarsa, onun üçün Ondan sonra onu göndərən olmaz. O Əzizdir, Həkimdir! (3).Ay insanlar! Zikr edin sizin üzərinizə olan Allahın nemətini. Varmı Allahdan qeyri xaliqlərdən sizə ruzi verən səmadan və ərzdən? Yoxdur ilahi, ancaq Odur. Bəs necə döndərilirsiniz?
«Yaradan» surəsi (35) 4 -11 –ci ayətlər
(4).Əgər səni yalançı saysalar, fəqət yalançı saymışdılar səndən qabaqkı rəsulları və Allaha tərəfdir qayıdışı əmrlərin. (5).Ay insanlar! Həqiqətən, vədi Allahın haqdır. Qürurlu etməsin sizi dünya həyatı və qürurlu etməsin sizi Allah ilə qürurlu olan! (6).Həqiqətən, şeytan sizin üçün düşməndir və onu düşmən tutun! Həqiqətən, o, öz dəstəsini çağırır ki, yanar odun əshabından olsunlar. (7).O kəslər ki, kafirdirlər, onlar üçün şiddətli əzab var. Və o kəslər ki, inanırlar və əməlləri islahatdır, onlar üçün bağışlanmaq və böyük əcr var. (8).Ə, kim ki, pis əməli onun üçün zinətli oldu və o, yaxşı görür onu...? Həqiqətən, Allah zəlalətdə tərk edər kimi istəyər və hidayət edər kimi istəyər. Elə isə məhv etmə öz nəfsini onlara görə həsrətlə. Həqiqətən, Allah Alimdir nə ilə ki, edirlər! (9).Allahdır ki, göndərir küləkləri və seyr etdirir buludları. Və Biz qovuruq onu ölü şəhərə tərəf və onunla həyat veririk ərzə ölümündən sonra. Belədir nəşr edilmək! (10).Kim izzət istəyən oldu, cəmiyyən izzət Allah üçündür. Ona tərəf qalxır pak kəlmə və onu saleh əməl ucaldır. O kəslər ki, məkr edirlər pisliklə, onlar üçün şiddətli əzab var və həmin onların məkri hədər gedər. (11).Allah xəlq etdi sizi torpaqdan, sonra nütfədən, sonra etdi sizi zövclərlə. Ancaq Onun elmi ilə hər bir dişidən olan öz hamiləlik yükünü aparır və azad olur. Ancaq kitabdadır ömürdən uzadılma və ömürdən əskiltmə. Həqiqətən, bu, üzərində Allahın asandır!
«Yaradan» surəsi (35) 12 –18 -ci ayətlər
(12).Bərabər deyil iki dərya. Bu, şirin, içmək üçün xoşa gələndir, bu isə şor, acıdır. Küllisindən təzə ət yeyirsiniz və xaric edirsiniz geyindiyiniz bəzəklər. Sən görürsən orada gəmiləri üzürlər, ondan ötrü ki, siz Onun fəzlindən axtarasınız, ola ki, şükr edəsiniz! (13).Cövlan edir gecəni gündüzdə və cövlan edir gündüzü gecədə və ram etdi şəmsi və qəməri. Küllisi caridir toxunan əcəl üçün. Bu sizin Allahınız – sizin Rəbbinizdir! Onun üçündür mülk. Və o kəslər ki, siz Ondan başqa çağırırsınız, malik deyillər xurma tumundan qabığa. (14).Əgər siz onları çağırasız, eşitməzlər sizin çağırışınızı. Və əgər eşitsələr, cavab verməzlər sizə. Qiyamət günündə sizin şərik qoşduğunuza kafir olarlar. Heç kəs Xəbirin misli kimi sənə xəbər verə bilməz! (15).Ay insanlar! Siz fəqirlərsiniz tərəfinə Allahın və Allah isə Qənidir, Həmiddir! (16).Əgər O istəsə sizi aparar və yeni xəlq gətirər. (17).Bu, Allah üçün qüdrətli deyil. (18).Yoxdur vəzirlik vəzirliknən vəzir axıra. Əgər günah yükü ağır olan kimsə yaxınlarını köməyə çağırsa belə, onun yükündən bir şey daşınmaz. Sən yalnız nəzərinə çatdıransan o kəslərin ki, qeybdə Rəblərindən çəkinirlər və ayağa qalxırlar islahata. Kim paklanırsa, yalnız öz nəfsi üçün paklanır və qayıdış Allaha tərəfdir!
«Yaradan» surəsi (35) 19 -30 -cu ayətlər
(19).Və bərabər deyil kor və görən (20) zülmət və nur (21) kölgə və isti. (22).Bərabər deyil dirilərlə ölülər. Həqiqətən, Allah eşitdirir kimə istəsə və sən eşitdirə bilməzsən kim ki, qəbirdədir. (23).Əgər sən, ancaq nəzərə çatdıransan. (24).Həqiqətən, Biz səni göndərdik haqq ilə bəşarət verən və nəzərə çatdıran və əgər, ancaq Xələ ümmətindən – orada nəzərə çatdıran. (25).Əgər səni yalançı saysalar, fəqət yalançı saydılar o kəslər ki, onlardan qabaq var idilər. Gəldi onlara rəsulları onların aydın bəyanatlarla və zəburla və nurlu kitabla. (26).Sonra tutdum Mən o kəsləri ki, kafir idilər. Necə oldu Mənim inkar etməyim! (27).Ə, sən görmədinmi Allah nazil etdi səmadan su və Biz xaric etdik onunla səmarat – müxtəlif əlvanlı? Və dağlarda yollar çəkdik – ağ, qırmızı – müxtəlif əlvanlı və qarğa rəngli qara. (28).İnsanlardan və canlılardan və davarlardan müxtəlif əlvanlı. Belə! Həqiqətən, çəkinirlər Allahdan Onun bəndələrindən yalnız alimlər. Həqiqətən, Allah Əzizdir, Ğəfurdur! (29).Həqiqətən, o kəslər ki, tilavat edirlər kitabını Allahın və ayağa qalxırlar islahata və nədən ki, ruziləndirmişik onları infaq edirlər sirli və elanlı, bir ticarətə ümidləri var ki, hədər getməz, (30) ondan ötrü ki, O əcrlərini onların tamamilə verib və onlara Öz fəzlindən artırsın. Həqiqətən, O Ğəfurdur, Şakirdir!
«Yaradan» surəsi (35) 31 -38 -ci ayətlər
(31).Odur ki, Biz vəhy etdik sənə kitabdan – o haqdır, təsdiq edir nə ki, arada əldə olanını onun. Həqiqətən, Allah Öz bəndələri ilə Xəbirdir, Bəsirdir! (32).Sonra varis etdik kitaba o kəsləri ki, seçmişdik bəndələrimizdən. Onlardan var ki, öz nəfslərinə zülm edirlər. Və onlardan orta yol tutanlar da var. Və onlardan Allahın izni ilə xeyirli işlərdə qabağa düşənlər də var. Budur böyük fəzl! (33).Ədn cənnətləri, hansı ki, daxil olarlar ora. Bəzənərlər orada qızıldan və mirvaridən olan bilərziklərlə. Libasları orada ipəkdəndir. (34).Və deyərlər: «Həmd Allah üçündür – Odur ki, hüznü bizdən apardı!» Həqiqətən, Rəbbimiz Ğəfurdur, Şakirdir! (35).Odur ki, Öz fəzlindən daimi yaşayış evində bizi yerləşdirdi. Bizə orada əzginlik və yorğunluq toxunmaz. (36).Və o kəslər ki, kafir oldular, onlar üçün cəhənnəm odu var. Onları orada qəza etməzlər ki, ölsünlər və xəfif edilməz onlardan onun əzabı. Belə cəzalandırırıq külli kafirləri! (37).Onlar orada zarıldayıb yalvararlar: «Rəbbimiz, xaric et bizi, saleh əməl edək. Ondan qeyri ki, əməl etmiş olduq!» Ə, Biz sizə ömür vermədikmi, zikr edə bilsin kim ki, onda zikr edə bilər və gəldi sizə nəzərə çatdıran? Dadın. Zalimlər üçün yardım edən olmaz! (38).Həqiqətən, Allah Alimdir səmaların və ərzin qeybinə. Həqiqətən, O Alimdir ürəklərin zatı ilə!
Dostları ilə paylaş: |