«Səpənlər» surəsi (51)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun səpinləri səpənlərə (2) və yüklənmiş buludlara (3) və asanlıqla üzənlərə (4) və əmrlə təqsim edənlərə, yəni bölənlərə! (5).Həqiqətən, nə ki, sizə vəd olunub, doğrudur (6) və həqiqətən, din vaqe olur.
«Səpənlər» surəsi (51) 7 –30 -cu ayətlər
(7).And olsun səmaya – yollar sahibinə, (8) həqiqətən, siz danışıqda müxtəlifsiniz! (9).Döndü ondan o kəs ki, dönəndi. (10).Qətlə yetişsin yalançı xar olanlar - (11) o kəslər ki, onlar səhlənkarlıqdan azğınlıqdadırlar. (12).Sual edirlər: «Nə vaxtdır din günü?» (13).O gün onda onları imtahan edəcəklər odda: (14) «Dadın imtahanınızı! Bu, odur ki, ona tələsirdiniz!» (15).Həqiqətən, müttəqilər cənnətlərdə və bulaqlarda, (16) qəbul edirlər onu ki, nə ki, əta olunub Rəblərindən onlara. Həqiqətən, onlar bundan qabaq yaxşı işlər edən oldular. (17).Gecələrdən çox azında yatan oldular (18) və səhərlər bağışlanmaq istəyirdilər (19) və mallarında haqq var idi istəyənlər üçün və məhrum olanlar üçün. (20).Və ərzdə ayətlər var yəqinliyi olanlar üçün (21) və sizin nəfsinizdə. Ə, görmürsünüzmü? (22).Səmada ruzilər sizin üçün və nə ki, sizə vəd olunub. (23).And olsun Rəbbinə səmanın və ərzin, həqiqətən, o haqdır, misli nə ki, sizin nitqinizin. (24).Gəldimi sənə hədisi İbrahimin kəramətli qonaqlarından? (25).Onda ki, daxil oldular onun yanına və dedilər: «Salam!» Dedi: «Salam! Tanınmayan qoumsunuz!» (26).Çıxaraq öz ailəsinin yanına getdi və gəldi qızardılmış buzov əti ilə (27).Dəvət etdi onları, dedi: «Ə, yemirsinizmi?» (28).Və onlardan xof hiss etdi. Dedilər: «Xoflanma!» və bəşarət verdilər ona elmli qulam ilə. (29).Gəldi onun arvadı qışqıraraq, üzünə vuraraq və dedi: «Acuza, bəhərsiz bir arvadam!» (30).Dedilər: «Belə dedi Rəbbin sənin. Həqiqətən, O Həkimdir, Alimdir!»
«Səpənlər» surəsi (51) 31 –51 -ci ayətlər
27 –ci cüz
(31).Dedi: «Nədir sizin işiniz, ay mürsəllər?» (32).Dedilər: «Biz göndərilmişik cərimə olunmuş qouma tərəf, (33) göndərmək üçün üzərinə onların gildən olan daşları – (34) israfkarlar üçün Rəbbinin yanında adlanmışları!» (35).Biz xaric etdik nə ki, orada inananlardan olandan. (36).Tapmadıq orada təslim olanlardan bir evdən qeyrisini. (37).Orada ələmli əzabdan xoflanan kəslər üçün ayət qoyduq. (38).Və Musada. Onda göndərdik onu aşkar sultanlıqla Firauna tərəf. (39).O, öz dayağı ilə üz çevirdi və dedi: «Sehrkardır, ya məcnun!» (40).Tutduq Biz onu və onun qoşununu və tökdük onları dənizdə. Və o məlamətə layiq idi! (41).Və Adda… Onda göndərdik üzərinə məhv edən küləyi, (42) hansı ki, heç bir şeydən qoymurdu qalsın. Nəyin ki, üzərindən keçirdi, ancaq onu heç edirdi. (43).Və Səmudda… Onda deyildi onlar üçün: «Bir müddət mətahlanın!» (44).Nə ki, onlar əmrindən Rəblərinin çıxdılar və tutdu onları yanar ildırım, onda ki, onlar nəzər salırdılar. (45).Bacarmadılar qalxalar və özləri üçün yardım edən tapmadılar. (46).Və Nuh qoumunu qabaqcadan… Həqiqətən, onlar fasiq qoum oldular. (47).Biz səmanı bina etdik əllərimizlə və həqiqətən, Biz genişləndirənik. (48).Və ərzi. Fərş etdik onu Biz və nemətli inşa edənik. (49).Külli şeydən xəlq etdik zövclərnən, ola ki, zikr edəsiniz! (50).«Qaçın tərəfinə Allahın! Mən sizin üçün Onun tərəfindən aşkar nəzərə çatdıranam. (51).Özünüz üçün Allahla yanaşı axır İlahi etməyin: mən sizin üçün Onun tərəfindən aşkar nəzərə çatdıranam!»
«Səpənlər» surəsi (51) 52 –60 -cı ayətlər
(52).Beləcə onlardan qabaq o kəslər ki, var idilər, nə ki, gəldi onlara rəsul, ancaq dedilər: «Sehrkardır, ya məcnun!» (53).Ə, onu bir-birinə vəsiyyətmi ediblər? Bəli, onlar tüğyan edən qoumdur! (54).Üz döndər onlardan və sənin üçün məlamət yoxdur! (55).Zikr et və həqiqətən, zikr mənfəətdir inananlara! (56).Mən xəlq etdim cinləri və insanları ancaq Mənə ibadət etməkdən ötrü. (57).Mən istəmirəm onlardan ruzi və istəmirəm ki, Mənə təam versinlər. (58).Həqiqətən, Allah – O ruzi verəndir, mətin qüvvət sahibidir! (59).Həqiqətən, o kəslər üçün ki, zalimdirlər, günah misli günahı yoldaşlarının və Məni tələsdirməsinlər. (60).Vay olsun o kəslərə ki, kafirdirlər, günlərindən – odur ki, vəd olunur!
«Dağ» surəsi (52)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun dağa! (2).And olsun sətirlənmiş kitaba (3) və nəşr olunmuş vərəqlərdə (4) və iştirak edilən evə (5) və ucaldılmış dama (6) və coşan dəryaya, (7) həqiqətən, Rəbbinin əzabı vaqe olandır! (8).Yoxdur onun üçün dəf edən. (9).O gün ki, səma yarılıb dağılar (10) və seyr edər dağlar seyr etməklə. (11).Vay olsun o gündə yalançılar üçün – (12) o kəslər ki, onlar hovuzda əylənirlər! (13).O gün dəvət olunarlar tərəfinə cəhənnəm odunun dəvətnən. (14).Bu od hansı ki, siz onu yalan sayırdınız.
«Dağ» surəsi (52) 15 -31 -ci ayətlər
(15).Ə, sehrdirmi bu, yoxsa görmürsünüz? (16).Yanın onda! Səbr edəsiniz, ya səbr etməyəsiniz – bərabərdir sizin üçün. Siz ancaq etdiyiniz əməllərə görə cəzalanırsınız! (17).Həqiqətən, müttəqilər cənnətlərdə və nemət içərisindədirlər. (18).Rəblərinin verdiyinə şənlənirlər və Rəbləri onları qorumuşdur cəhənnəm əzabından. (19).Yeyin-için nuşcanlıqla nə ilə ki, oldunuz əməllilər, (20) taxtlar üzərində cərgələrlə mütəkkələrə söykənərək. Qara gözlü huriləri onlara zövc edərik. (21).O kəslər ki, inandılar və tabe oldu onlara zürriyyətləri imanla, Biz gətirərik onların görüşünə zürriyyətini onların və əməllərindən heç bir şeydən əskiltmərik. Külli kəs nə ilə ki, kəsb edib, girovudur. (22).Təmin edərik onları meyvələrlə və ət nədən ki, iştahalarındadır. (23).Onlar orada bir-birinə kasaları verərlər və orada yoxdur lağ-lağı və yoxdur günah. (24).Onlar arasında cavan qulamlar – sanki mirvaridirlər, dolanarlar. (25).Bəzisi onların bəzisini qəbul edərək soruşarlar. (26).Dedilər: «Həqiqətən, olduq biz qabaqca əhlimizdə titrəyənlər. (27).Minnət qoydu Allah üzərimizə və qorudu bizi səmum əzabından. (28).Biz qabaqcadan onu çağırdıq. Həqiqətən, O yaxşılıq edəndir, rəhm edəndir!» (29). Zikr et! Sən Rəbbinin neməti ilə kahin və məcnun deyilsən. (30).Yoxsa onlar deyirlər: «Şairdir! Gözləyirik biz onunla taleyinin dəyişikliyini». (31).De: «Gözləyin və mən də sizinlə birlikdə gözləyənlərdənəm!»
«Dağ» surəsi (52) 32 –49 -cu ayətlər
(32).Yoxsa bunu onlara batil yuxuları əmr edir, yoxsa onlar tüğyan edən qoumdur? (33).Yoxsa deyirlər: «Fikirləşdi onu o!» Bəli, inanmazlar! (34).Qoy onlar onun misli olan hədislər gətirsinlər, əgər oldular sadiqlər! (35).Yoxsa qeyri şeydən xəlq olunublar, yoxsa onlar xəlq edəndirlər? (36).Yoxsa onlar səmaları və ərzi xəlq ediblər? Bəli, onların yəqinliyi yoxdur! (37).Yoxsa Rəbbinin xəzinələri onların yanındadır, yoxsa onlar idarə edəndirlər? (38).Yoxsa onların sülümləri var, hansı ki, onun üzərindən eşidirlər? Qoy onların eşidənləri gəlsinlər aşkar sultanlıqla. (39).Yoxsa Onun üçün qızlar və sizin üçün oğlanlardır? (40).Yoxsa sən onlardan əcr istəyirsən və onlar ağır borc yükü altındadırlar? (41).Yoxsa qeyb onların yanındadır və onlar yazırlar? (42).Yoxsa onlar fənd istəyirlər? O kəslər ki, kafirdirlər, onlara fənd edilib. (43).Yoxsa onlar üçün Allahdan qeyri ilahilər var? Sübhandır Allah nədən ki, şərik qoşurlar! (44).Əgər onlar səmadan bir parça qət olaraq düşdüyünü görsələr, deyərlər: «Bu, bir qalın buluddur!» (45).Üz döndər onlardan, ta öz günləri ilə görüşənə qədər – odur ki, onda ildırımla yanacaqlar. (46).O gün onları ehtiyacsız etməyəcək fəndləri bir şeylə və onlara yardım olunmayacaq. (47).Həqiqətən, o kəslər üçün ki, zülm etdilər, bundan başqa əzab var və lakin əksəriyyəti onların bilmirlər. (48).Səbr et hökmü üçün Rəbbinin və həqiqətən, sən gözümüz qarşısındasan. Və saya sal həmd ilə Rəbbini hər qalxdığın zaman! (49).Və gecədən saya sal Onu və ulduzlar dönəndə!
«Ulduz» surəsi (53)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun ulduza, onda ki, batar! (2).Sizin sahibiniz zəlalətdə olmadı və azmadı. (3).Öz havayı nəfsindən danışmır! (4).Əgər, o ancaq vəhydir, vəhy olunur. (5).Elm verdi ona şiddətli qüvvətlə (6) qüvvət sahibi və o, bərabər oldu (7) və o, üzərində üfüqün, (8) sonra yaxınlaşdı və endi (9) və oldu iki ox məsafəsində, yaxud yaxın (10) və vəhy etdi bəndəsinə nə ki, vəhy etdi. (11).Könlü ona yalan demədi, nə ki, gördü. (12).Ə, siz onunla mübahisə edəcəksiniz onun haqqında ki, o görür? (13).Əlbəttə, gördü Onu axır nazil olmada – (14) Sidr ağacının yaxın kənarında. (15).Yanında Onun – sığınacaq bağı. (16).Onda örtdü sidri, nə ki, örtdü. (17).Əyilmədi onun baxışı və uzağa getmədi: (18) o həqiqətən, gördü Rəbbinin böyük ayətlərindən. (19).Ə, gördünüzmü Latı və Uzzu, (20) və daha üçüncünü – Manat? (21).Ə, sizin üçün kişilər, Onun üçün qadınlardır? (22).Bu onda incikli bölgüdür! (23).O ancaq adlardır, hansı ki, adlandırmısınız siz və atalarınız. Allah onunla nazil etməyib sultanlıqdan. Onlar tabe olurlar ancaq zəndən və ona ki, onların nəfsləri əyilmişdir. Onlara, əlbəttə, Rəblərindən hidayət gəlmişdir. (24).Yoxsa insanın öhtəsinədir, nə ki, o təmənna edir? (25).Allah üçündür axirət və əvvəl. (26).Nə qədər mələklərdən səmalarda var ki, qəni etməz onların şəfaəti bir şeylə, ancaq ondan sonra ki, izn verə Allah kimin üçün istəyə və razı ola.
«Ulduz» surəsi (53) 27 –44 -cü ayətlər
(27).Həqiqətən, o kəslər ki, axirət ilə inanmırlar, mələkləri qadın adları ilə adlandırırlar. (28).Yoxdur onlar üçün onunla elmdən. Tabe olurlar, ancaq zəndən və həqiqətən, zənn qəni etməz haqdan şeynən. (29).Üz çevir o kəsdən ki, Bizim zikrimizdən üz çevirir və ancaq dünya həyatını istəyir. (30).Belədir onların elmdən məbləği. Həqiqətən, Rəbbin – O bilir kim zəlil olub Onun yolundan və O bilir kim hidayət tapıb. (31).Allah üçündür nə ki, səmalardadır və nə ki, ərzdədir. O mükafat verər o kəslərə ki, pislik etdilər, nə ilə ki, əməl ediblər. Və mükafat verər o kəslərə ki, yaxşılıq etdilər, yaxşılıqla. (32).O kəslər ki, böyük günahlardan və fahişəlikdən çəkinirlər, ancaq kiçik əməllərdən. Həqiqətən, Rəbbin geniş məğfirət sahibidir! O bildi sizi, onda inşa etdi sizi ərzdən və onda analarınız bətnində rüşeym idiniz. Bəs öz nəfsinizi paklığa çıxartmayın: O bilir o kəsləri ki, müttəqidirlər. (33).Ə, gördünmü o kəsi ki, üz döndərdi? (34).Və az əta etdi və simiclik etdi? (35).Ə, onun yanında qeybdən elm var və o görür? (36).Yoxsa ona xəbər verilmədi nə ki, Musanın səhifələrində olanı? (37).Və İbrahimin – o kəs ki, vəfalı idi: (38).«Yoxdur vəzirlik vəzirliknən vəzir axıra (39) və yoxdur insan üçün, ancaq nə ki, səy edib. (40).Həqiqətən, səyinin nəticəsini görər. (41).Sonra mükafatı ona tamamilə verilər (42) və həqiqətən, Rəbbinin tərəfinədir son hədd. (43).Həqiqətən, O məzhəkə etdirir və ağladır (44) və həqiqətən, O öldürür və dirildir!
«Ulduz» surəsi (53) 45 -62 -ci ayətlər
(45).Həqiqətən, O kişini və qadını zövclər xəlq etdi - (46) nütfədən onda ki, daşır (47) və həqiqətən, üzərinədir Onun axır inşaat! (48).Həqiqətən, O qəni edir və bölgü edir (49) və həqiqətən, O Rəbbidir Şiranın! (50).Həqiqətən, O əvvəldə həlak etdi Adı (51) və Səmudu və baqi etmədi. (52).Qabaqcadan Nuh qoumunu, həqiqətən, zülm və tüğyan edən oldular (53) və Mutəfikəni alt-üst etdi. (54).Bürüdü onu, nə ki, bürüdü!» (55).Bəs sən Rəbbinin hansı nemətlərinə şübhə edirsən? (56).Bu nəzərə çatdıran əvvəlki nəzərə çatdıranlardandır. (57).Yaxınlaşdı birdən yaxınlaşaraq. (58) Allahdan başqa heç kim ondan şəfa edə bilməz. (59).Ə, bu hədisdən təəccüb edirsiniz (60) və məzhəkə edirsiniz və ağlamırsınız (61) və siz qəflətdə qalırsınız? (62). Səcdə edin Allah üçün və ibadət edin!
Dostları ilə paylaş: |