«f a t I h ə» s u r ə s I (1)


«Məryəm» surəsi (19) 52 -64 –cü ayətlər



Yüklə 2,11 Mb.
səhifə39/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8060
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

«Məryəm» surəsi (19) 52 -64 –cü ayətlər

(52).Və çağırdıq Biz onu dağın sağ cinahından və yaxınlaşdırdıq onu gizli söhbət üçün. (53).Və bəxş etdik onun üçün rəhmətimizdən qardaşı Harunu nəbi. (54).Və zikr et kitabda İsmaili. Həqiqətən, o, vədəsinə sadiq oldu və oldu rəsul, nəbi. (55).Və oldu əmr edən öz əhlinə islahatı və paklanmağı və oldu Rəbbinin yanında riza qazanmışlardan. (56).Zikr et kitabda İdrisi. Həqiqətən, o, oldu sadiq, nəbi. (57).Və qaldırdıq Biz onu uca məkana. (58). Həmin o kəslərdir ki, Allah nemət verib üzərinə onların – Adam zürriyyətindən olan nəbilərdən və o kəslərdən ki, Nuhla birlikdə yükləyib daşıdıq və zürriyyətindən İbrahimin və İsrailin və o kəslərdən ki, hidayət etmişik və seçmişik. Onda ki, tilavat olunur onlara Rəhmanın ayətləri, xar olurlar səcdəynən və ağlar halda. (59).Onlardan sonra xəlifə olan xələflər zay etdilər islahatı və tabe oldular şəhvətə. Tezliklə görüşəcəklər tüğyanla. (60).Ancaq o kəsdən başqa ki, qayıtdı və inandı və əməli islahatdır – həmin onlar daxil olacaqlar cənnətə və zülm olunmayacaqlar şeynən - (61) Ədn cənnəti, hansı ki, vəd verib Rəhman bəndələrinə qeyb ilə. Həqiqətən, Onun vədi yerinə yetəndir! (62).Eşitməzlər orada lağlağı, ancaq: «Salam!» Və onlar üçün ruziləri oradadır səhər və axşam. (63).Bu, cənnət, hansı ki, miras edərik bəndələrimizdən o kəsə ki, təqvalı oldu. (64).Və Biz nazil oluruq ancaq əmri ilə sənin Rəbbinin. Onun üçündür nə ki, qarşımızda və nə ki, arxamızda və nə ki, onların arasında var. Və sənin Rəbbin unudan deyil!



«Məryəm» surəsi (19) 65 -76 -cı ayətlər

(65).Rəbbidir səmaların və ərzin və onlar arasında olanların. İbadət et Ona və səbrli ol ibadətində Onun. Məgər bilirsənmi Onun isminə tay olan birini? (66).Və deyir insan: «Ə, onda ki, öldüm, tezliklə xaricmi olunacam diri olaraq?» (67).Ə, məgər zikr etmirmi insan, xəlq etdik onu bundan qabaq və o, bir şey deyildi? (68).Rəbbinə and olsun ki, toplayarıq onları və şeytanları, sonra hazır edərik onları cəhənnəmin ətrafında diz çökmüş halda. (69).Sonra çıxardarıq külli şiələrdən o kəsləri ki, şiddətli idilər Rəhmana itaət etməməkdə. (70).Sonra yaxşı bilirik o kəsləri ki, onlar orada yanacaqlar. (71).Və yoxdur sizdən bir kəs ki, ora varid olmasın. Oldu bu, sənin Rəbbinin üzərində qəzavat olunmuş hökm. (72).Sonra nicat verərik o kəslərə ki, qorxandırlar və tərk edərik zalimləri orada diz çökmüş halda. (73).Və onda ki, tilavat olunur üzərinə onların ayətlərimiz bəyanatla, dedi o kəslər ki, kafirdirlər, o kəslər üçün ki, inanırlar: «Bu iki firqənin hansı daha xeyirlidir məqamca və yaxşıdır tərkibcə?» (74).Və nə qədər həlak etdik onlardan qabaq qərinələrdən ki, onlar yaxşı idilər əsasda və görkəmdə! (75).De: «Kim zəlalətdə olarsa, yardım edər onun üçün Rəhman müddətlə». Ta onda ki, görərlər nə ki, vəd olunublar nə vaxt ki, əzabı və nə vaxt ki, saatı, biləcəklər kimdir o, şər məkanca və zəifdir qoşunda. (76).Və artırar Allah o kəslərin hidayətini ki, hidayət tapıblar Və baqi olan salehlik xeyirlidir Rəbbinin yanında savabda və xeyirlidir muradda!



«Məryəm» surəsi (19) 77 -95 -ci ayətlər

(77).Ə, gördünmü o kəsi ki, kafirdir ayətlərimizlə Bizə və dedi: «Mənə əta olunacaq mal və övlad!»? (78).Ə, agahdırmı qeybə, yoxsa alıbdır Rəhmanın yanından əhd? (79).Belə deyil! Yazarıq nə ki, deyirlər və artırarıq onun əzabdan müddətini! (80).Miras qalacaq bizə nə ki, deyir və gələcək yanımıza fərd olaraq. (81).Və götürdülər Allahdan başqa ilahilər ki, olsunlar onlar üçün izzətli. (82).Belə deyil! Kafir olacaqlar onların ibadətinə və onların ziddinə olacaqlar. (83).Ə, görmədinmi Biz göndərdik şeytanları üzərinə kafirlərin, ta onları şiddətlə silkələsinlər? (84).Buna görə tələsmə üzərində onların. Həqiqətən, Biz sayırıq onlar üçün sayla. (85).O gün ki, toplayarıq müttəqiləri tərəfinə Rəhmanın sayılmış səfirliklə. (86).Və cövq edərik cərimə olunmuşları tərəfinə cəhənnəmin, sürünü suvarmağa aparan kimi. (87).Malik deyillər şəfaətə, ancaq o kəsdən başqa ki, alıbdır Rəhmanın yanından əhd. (88).Dedilər: «Götürdü Rəhman Özünə övlad!» (89).Əlbəttə, siz etdiniz pis bir şey. (90).Yaxın idi ki, səmalar tökülsün və ərz şaqqalansın və dağlar dağılsın (91) ki, çağırdılar Rəhman üçün övlad! (92).Və yaraşığı yoxdur Rəhman üçün ki, övlad götürə. (93).Külli kim ki, səmalarda və ərzdə var, ancaq gələr Rəhmanın hüzuruna qul olaraq. (94).Əlbəttə, O hesab etdi onları və saylarını onların sayla. (95).Külli onlar gələrlər Onun yanına qiyamətin günündə fərd olaraq.



«Məryəm» surəsi (19) 96 -98 -ci ayətlər
(96).Həqiqətən, o kəslər inanırlar və əməlləri islahatdır, onlar üçün məhəbbət qərar verəcək Rəhman. (97).Və Biz onu yüngül etdik sənin dilinlə ki, bəşarət verəsən onunla müttəqilərə və nəzərinə çatdırasan onunla o qoumun ki, tərsdirlər. (98).Və nə qədər həlak etdik onlardan qabaqkı qərinələrdən. Məgər hiss edirsənmi onlardan birini, ya eşidirsənmi onlardan bir səs?
«Taha» surəsi (20)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ta, Ha. (2).Nazil etmədik Biz Qur’anı sənin üzərinə məşəqqət çəkməyin üçün, (3) ancaq zikr o kəs üçün ki, çəkinir, (4) nazil edilmiş olaraq o kəs tərəfindən ki, xəlq etdi ərzi və səmaları uca. (5).Rəhman üzərində ərşin möhkəmləndi. (6).Onun üçündür nə ki, səmalarda və nə ki, ərzdə və nə ki, onlar arasında və nə ki, ərz altında var. (7).Və əgər uca səslə danışasan, həqiqətən, O bilir sirlini və məxfini. (8).Allah - yoxdur ilahi, ancaq Odur! Onun üçündür ən yaxşı isimlər. (9).Gəldimi sənə hədisi Musanın? (10).Onda gördü od və dedi əhlinə: «Dayanın, mən od gördüm. Ola ki, gətirdim sizin üçün oradan köz və ya tapdım odun yanında hidayət!» (11).Amma elə ki, yaxınlaşdı onun yanına, nida gəldi: «Ay Musa! (12).Həqiqətən, Mən sənin Rəbbinəm, çıxart nəleynini, yəni başmaqlarını! Həqiqətən, sən müqəddəs Tuva vadisindəsən!
«Taha» surəsi (20) 13 -37 -ci ayətlər
(13).Mən seçdim səni və eşit nə ki, vəhy olunur. (14).Həqiqətən, Mənəm Allah - yoxdur ilahi, ancaq Mənəm! İbadət et Mənə və ayağa qalx islahata zikr üçün Məni! (15).Həqiqətən, saat gəlir və Mən onu məxfi saxladım, vermək üçün cəzasını külli nəfsin, nə ilə ki, səy edibdir! (16).Qoy sənə sədd çəkməsin ondan kim ki, inanmır ona və tabedir öz havayı istəyinə, yoxsa məhv olarsan! (17).Və nədir bu sağ əlindəki, ay Musa?» (18).Dedi: «O mənim əsamdır. Söykənirəm ona və yarpaq tökürəm onunla qoyunlarım üçün və mənim üçün onda başqa fayda var!» (19).Dedi: «At onu, ay Musa!» (20).Və atdı onu. Onda o, ilan olub sürünməyə başladı. (21).Dedi: «Al onu və xoflanma. Biz onu yenidən əvvəlki surətinə qaytararıq. (22).Və sal əlini qoltuğuna xaric olsun qüsursuzluqdan bəyaz olaraq başqa bir ayət (23) göstərək sənə ayətlərimizdən böyüyünü. (24).Get Firauna tərəf! Həqiqətən, o, tüğyan edibdir». (25).Dedi: «Rəbbim, genişləndir ürəyimi (26) və asan et işimi (27) və aç düyünü dilimdən (28) anlasınlar sözümü (29) və et mənim üçün vəzir, əhlimdən - (30) Harun qardaşımı. (31).Bərkit onunla arxamı (32) və şərik et onu mənim işimdə, (33) ta saya salaq Səni çoxlu (34) zikr edək Səni çoxlu. (35).Həqiqətən, Sən bizi görürsən!» (36).Dedi: «Verildi sənə istədiyin, ay Musa. (37).Əlbəttə, Biz bir dəfə də minnət qoymuşduq sənin üzərinə.

«Taha» surəsi (20) 38 -51 -ci ayətlər
(38).Onda vəhy etdik sənin anana, nə ki, vəhy olunmalı idi: (39). “Qoy onu tabuta və at dənizə və dəniz onu sahilə atsın, götürsün onu Mənim düşmənim və onun düşməni”. Öz tərəfimdən sənin üzərinə məhəbbət saldım və böyüməyin üçün nəzərim altında. (40).Onda bacın gələrək dedi: “Dəlalət edimmi sizə o kəsi ki, ona kifil olsun?” Və qaytardıq səni anana ki, qürrələnsin gözləri və hüznlü olmasın. Və qətl etdin nəfsi və Biz nicat verdik sənə qəm-qüssədən və sınadıq səni sınaqla və qaldın illərlə Mədyən əhli içərisində. Sonra gəldin təqdirə görə, ay Musa! (41).Və səni Özüm üçün seçdim. (42).Sən və qardaşın Mənim ayətlərimlə gedin və Mənim zikrimi yerinə yetirməkdə süstlük etməyin. (43).Gedin Firauna tərəf, həqiqətən, o, tüğyan edibdir. (44).Danışın onunla mülayim, ola ki, zikr etsin, ya çəkinsin!» (45).Dedilər: «Rəbbimiz! Həqiqətən, biz xoflanırıq ki, bizə qarşı ifrata vara, ya da ki, tüğyan edə!» (46).Dedi: «Xoflanmayın! Mən sizinləyəm, eşidirəm və görürəm! (47).Gedin ona tərəf və deyin: “Həqiqətən, biz sənin Rəbbinin rəsullarıyıq. Göndər İsrail oğullarını bizimlə və əzab vermə onlara, əlbəttə, biz gəlmişik sənə Rəbbindən ayətlə. Və salam olsun üzərinə o kəsin ki, hidayətə tabe olur! (48).Həqiqətən, bizə vəhy edildi ki, əzab üzərinədir o kəsin ki, yalan sayır və üz döndərir!”» (49).Dedi: «Kimdir sizin Rəbbiniz, ay Musa?» (50).Dedi: «Rəbbimiz o kəsdir ki, əta edib külli şeyə öz xilqətini, sonra hidayət edibdir!» (51).Dedi: «Bəs əvvəlki qərinələrlə necə ola bilər?»

«Taha» surəsi (20) 52 -64 –cü ayətlər
(52).Dedi: «Onun elmi Rəbbimin yanında olan kitabdadır. Rəbbim zəlalətə salmaz və unutmaz!» (53).Odur ki, etdi sizin üçün ərzi beşik və yerləşdirdik sizin üçün orada yollar və nazil etdi səmadan su və Biz xaric etdik onunla müxtəlif nəbatətdən cütlər. (54).Yeyin və otarın davarlarınızı. Həqiqətən, bunda ağıl sahibləri üçün ayətlər var! (55).Ondan xəlq etdik sizi və ora qaytararıq sizi və bir daha sizi oradan xaric edərik! (56).Əlbəttə, göstərdik ona ayətlərimizin küllisini və yalan saydı və imtina etdi. (57).Dedi: «Ə, gəlmisən xaric edəsən bizi sehrinlə ərzimizdən, ay Musa? (58).Əlbəttə, biz də gətirərik sənə onun misli olan sehri və sən bizimlə öz aranda bir vədə təyin et ki, nə biz, nə də sən onda ixtilaf etməyək – məkan səviyyəli». (59).Dedi: «Sizin vədəniz zinət günü olsun ki, insanlar səhər çağında cəm olsunlar!» (60).Firaun dönüb getdi və cəm etdini fəndini, sonra gəldi. (61).Dedi onlara Musa: «Vay olsun sizə, iftira etməyin üzərinə Allahın yalanı. O məhv edər sizi əzabla». Və ziyana uğradı o kəs ki, iftira etdi! (62).Və onlar öz aralarında əmrləri barədə mübahisə başlayıb və gizli danışıqlarını sirli etdilər. (63).Dedilər: «Həqiqətən, bu iki sehrkar istəyirlər ki, öz sehrlərilə sizi xaric etsinlər ərzinizdən və sizin təriqətinizi aradan aparsınlar. (64).Cəm edin fəndlərinizi, sonra səf-səf gəlin.» Və nicat tapdı o gün kim üstündür!

«Taha» surəsi (20) 65 -76 -cı ayətlər
(65).Dedilər: «Ay Musa, nə vaxt ki, sən at, nə vaxt ki, biz əvvəl ataq?» (66).Dedi: «Bəli, siz atın!» Onda ki, onların ipləri və əsaları onun xəyalında sehrlərindən hərəkət edirdilər, (67) Musa özündə xof hiss etdi. (68).Dedik: «Xoflanma, həqiqətən, sən ucadasan! (69).At nə ki, sağ əlində var, onların düzəltdiklərini udsun. Həqiqətən, onların düzəltdikləri sehr fəndidir. Və sehrkar hara gəlsə nicat tapmaz!» (70).Və sehrkarlar səcdəyə düşüb dedilər: «Biz inandıq Rəbbi ilə Harunun və Musanın!» (71).Dedi: «Ə, siz ona inandınız ondan qabaq ki, mən sizə izn verəm? Həqiqətən, o, sizin böyüyünüzdür – odur ki, sizə sehr öyrədir. Mən sizin əlinizi və ayağınızı tərsinə kəsdirib və sizi xurma ağacının gövdəsində səlibə çəkdirəcəyəm və biləcəksiniz ki, hansımız şiddətlidir əzaba və baqidir!» (72).Dedilər: «Biz səni üstün tutmarıq bizə gələn bəyanatdan və bizi yaradandan. Hökm et, nə ki, hökm edirsən. Həqiqətən, sənin hökmün bu dünya həyatınadır. (73).Həqiqətən, biz Rəbbimizə inandıq ki, bağışlasın xətalarımızı və o sehrləri ki, sən bizi məcbur etdin. Və Allah daha xeyirli və baqidir!» (74).Həqiqətən, kim gələrsə Rəbbinə tərəf cərimə olunmuş halda, onun üçün cəhənnəm var - orada nə ölər və nə də diri qalar. (75).Və kim gələrsə Ona tərəf inanıb saleh əməl etmiş halda, həmin onlar üçün ali dərəcələr var - (76) Ədn cənnətləri ki, cari olur altından onun nəhrlər, həmişəlikdirlər orada. Və bu, cəzadır o kəsə ki, paklanır!
«Taha» surəsi (20) 77 -87 -ci ayətlər
(77).əlbəttə, Biz Musaya vəhy etdik ki, bəndələrimlə gecə çağı çıx və dəryadan onlar üçün quru yol aç və onun təqibindən xoflanma və çəkinmə! (78).Və təqib etdi onları Firaun öz qoşunu ilə və bürüdü onları dənizdən nə ki, onları bürüyən. (79).Və zəlil etdi Firaun öz qoumunu və hidayət etmədi. (80).«Ay İsrail oğulları! Biz sizə düşməninizdən nicat verdik və dağın sağ səmtini vədə verdik sizə və nazil etdik üzərinizə mannı və səlva! (81).Yeyin sizə verdiyimiz pak ruzilərdən və onda tüğyan etməyin ki, Mənim qəzəbimə düçar olarsınız. Və kim Mənim qəzəbimə düçar olarsa, fəqət o, məhv olub. (82).Və həqiqətən, Mən bağışlayanam o kəsi ki, qayıda və iman gətirə və əməli islahat ola, sonra hidayət tapa. (83).Və nə tələsdirdi səni qoumundan, ay Musa?» (84).Dedi: «Onlar mənim ardımca gəlirlər və tələsdim Sənə tərəf Rəbbim, razı qalmağın üçün». (85).Dedi: «Həqiqətən, sənin qoumunu səndən sonra sınadıq və Samiri onları zəlalətə saldı». (86).Və qayıtdı Musa təəssüflə qəzəbli halda qoumuna tərəf. Dedi: «Ay qoumum! Ə, Rəbbiniz sizə gözəl vəd vermədimi? Ə, Onun əhdi sizə uzun gəldimi, yoxsa istədiniz ki, Rəbbinizin qəzəbinə düçar olub və mənim vədimə xilaf çıxasınız?» (87).Dedilər: «Biz öz hökmümüzlə sənin vədinə xilaf etmədik. Lakin biz qoumun zinətləri ilə yüklənmişdik. Biz atdıq onları və beləcə də atdı Samiri».


«Taha» surəsi (20) 88 -98 -ci ayətlər
(88).Və xaric etdi onlar üçün buzov cəsədi ki, səs çıxardaraq xoruldayırdı. Dedilər: «Bu sizin ilahinizdir və Musanın ilahisidir və o, unudubdur». (89).Ə, görmədilərmi o müraciət etmir onlara sözlə və malik deyil onlar üçün zərərə və mənfəətə? (90).Və əlbəttə, bundan qabaq Harun onlara demişdi: «Ay qoumum! Həqiqətən, siz bununla sınanırsınız. Həqiqətən, Rəbbiniz Rəhmandır. Tabe olun mənə və itaət edin əmrimə!» (91).Dedilər: «Biz ona sitayiş etməkdən əl çəkmərik, ta Musa qayıdıb yanımıza gələnə qədər!» (92).Dedi: «Ay Harun, nə mane oldu sənə, onda gördün onlar zəlildirlər, (93) mənə tabe olmadın? Ə, mənim əmrimə asimi oldun?» (94).Dedi: «Ay anam oğlu, saqqalımdan və başımdan tutma. Həqiqətən, mən çəkindim ki, deyəsən: «İsrail oğulları arasına ayrılıq saldın və mənim sözümə baxmadın!» (95).Dedi: «Bu nə iş idi ki, sən gördün, ay Samiri!?» (96).Dedi: «Mən gördüm onu ki, onlar görmədilər. Mən bir ovuc torpaq götürdüm rəsulun ayağının altından və onu atdım və belə cilvələndirdi mənim üçün nəfsim». (97).Dedi: «Get burdan. Həqiqətən, sən həyatın boyu deyəcəksən: “Mənə toxunmayın!” və sənin üçün vədə var ki, onda xilaf yoxdur. Və nəzər sal öz ilahinə ki, ona sitayiş edirdin, biz onu yandıracaq, sonra dəryaya tökəcəyik ki, ondan əsər-əlamət qalmasın. (98).Həqiqətən, sizin İlahiniz Allahdır - Odur ki, yoxdur ilahi, ancaq Odur. Vəsidir külli şeyə elmnən!»

«Taha» surəsi (20) 99 -113 –cü ayətlər
(99).Beləcə hekayət edirik sənin üzərinə keçmiş xəbərlərdən və Biz əta etdik sənə Öz yanımızdan olan zikri. (100).Kim ondan üz döndərsə, həqiqətən, o, yüklənəcək qiyamətin günü vəzirliknən. (101).Həmişəlik orada qalacaq və çox pis olacaq onlar üçün qiyamət gününün yükü. (102).O gün ki, surda üfürülər, toplayarıq o gün cərimə olunmuşları kor halda. (103).Onlar öz aralarında pıçıldaşarlar: «Orada ancaq on gün qaldınız!» (104).Biz yaxşı bilirik nə ki, onlar deyirlər. Onda deyir onların təriqətlərində ağıllısı: «Qaldınız ancaq bir gün!» (105).Səndən dağlar barəsində sual edirlər. De: «Rəbbim onları dağıdıb toza döndərər (106) və hamar bir yer olar. (107).Sən onda heç bir əyrilik və ucalıq görməzsən!» (108).Tabedirlər çağırışa o gün – yoxdur onun üçün əyrilik. Rəhmanın hüzurunda səslər kəsilər və pıçıltıdan başqa bir şey eşitməzsən! (109).O gün mənfəət verməz şəfaət, ancaq o kəsdən başqa ki, Rəhman ona izn verə və onun sözlərindən razıdır! (110).O bilir onların önlərindəkini və arxalarındakını və onların isə Onun elminə əhatələri yoxdur! (111).Üzlər zəlil görkəm alar Diri olan, Qəyyum olanın hüzurunda. Və ziyana uğradı o kəs ki, zülmlə yükləndi. (112).Və kim saleh əməllərdən edə və o, inanan ola, xoflanmaz nə zülmə və nə də həzmə! (113).Beləliklə nazil etdik onu Qur’an – ərəbi olan və sərf etdik onda təhdidləri, ola ki, qorxalar, ya hədis edər onlar üçün zikri!

«Taha» surəsi (20) 114 -125 -ci ayətlər
(114).Alidir Allah – Haqq Məlikdir! Və tələsmə Qur’anla ondan qabaq ki, qəzavat oluna sənə onun vəhyi və de: «Rəbbim! Artır mənim elmimi!» (115).Əlbəttə, bundan qabaq Adamla əhd bağladıq və o, unutdu və Biz onu əzimli tapmadıq. (116).Və onda dedik mələklərə: «Səcdə edin Adam üçün!» - səcdə etdilər, ancaq İblis imtina etdi. (117).Və dedik: «Ay Adam! Həqiqətən, bu, düşməndir sənin üçün və sənin zövcün üçün. Xaric etməsin sizi cənnətdən, yoxsa məşəqqətə düşərsən! (118).Həqiqətən, sən orada nə ac qalarsan, nə də lüt olarsan. (119).Və sən orada susuz qalmazsan və istidən əziyyət çəkməzsən!» (120).Vəsvəsə edərək ona şeytan, dedi: «Ay Adam! Dəlalət edimmi səni həmişəlik ağacına və köhnəlməyən mülkə tərəf?» (121).Və yedilər ondan hər ikisi və aşkar oldu onlar üçün murdarlıqları və hər ikisi cənnət yarpaqlarından üstlərinə örtməyə başladılar. Asi oldu Adam öz Rəbbinə və yoldan çıxdı. (122).Sonra seçdi onu Rəbbi və onun qayıtmasını qəbul etdi və hidayət etdi. (123).Dedi: «Düşün oradan cəmiyyən, bəziniz bəzisi üçün düşmən! Nə vaxt ki, gəldi sizin üçün Mənim tərəfimdən hidayət və kim tabe olsa Mənim hidayətimə, zəlil olmaz və məşəqqət çəkməz! (124).Və kim üz döndərsə Mənim zikrimdən, həqiqətən, onun üçün məişəti çətin olar və qiyamət günü onu kor halda toplayarıq!» (125).Deyər: «Rəbbim! Nə üçün məni kor halda topladın, mən ki, əvvəl görən idim?»
«Taha» surəsi (20) 126 -135 -ci ayətlər
(126).Dedi: «Beləcə gəldi sənə ayətimiz və unutdun sən onu və beləcə sən də bu gün unudularsan!» (127).Və belə cəzalandırırıq Biz o kəsi ki, israf edib və inanmadı ayətlərilə Rəbbinə və axirət əzabı isə daha şiddətli və baqidir! (128).Ə, hidayət olmadı onlar üçün ki, nə qədər həlak etdik onlardan qabaq qərinələrdən ki, onların məskənlərində yol gedirlər? Həqiqətən bunda ayətlər var düşüncə sahibləri üçün! (129).Əgər Rəbbindən keçmiş kəlmə olmasaydı, bundan qaçmaq olmazdı və əcəl adlanmışdır. (130).Və səbr et nə ki, deyirlər və saya sal həmd ilə Rəbbini şəms çıxmamışdan qabaq və batmamışdan qabaq və gecənin anlarından saya sal və ətrafında günortanın, ola ki, razı olasan. (131).Və yönəltmə gözünü tərəfinə nə ki, mətah vermişik onlara cütlərlə – zinətləridir dünya həyatının – sınamaq üçün onunla onları. Ruzisi Rəbbinin xeyirlidir və baqidir. (132).Və əmr et öz əhlinə islahatı və səbr et üzərində onun. Səndən ruzi istəmirik. Biz sənə ruzi veririk və aqibət müttəqilər üçündür! (133).Və dedilər: «Məgər gəlməli deyilmi bizə ayətlə Rəbbindən?» Ə, gəlmədimi onlara bəyanat, nə ki, səhifələrində uluların? (134).Və əgər həlak etsəydik onları əzabla ondan qabaq, deyərdilər: «Rəbbimiz! Məgər göndərməli deyildinmi bizə rəsul və tabe olardıq ayətlərinə Sənin qabaqcadan ki, zəlil və rüsvay olaq?» (135).De: «Küllisi gözləyir, siz də gözləyənlərdən olun, biləcəksiniz kimdir əshabı səviyyəli yolun və kim hidayət olub!»



Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin