«İnananlar» surəsi (23) 75 -89 -cu ayətlər
(75).Və əgər Biz onlara rəhm edib və onlara şəfa edək zərərdən, onda onlar tərslik edərdilər öz tüğyanlarında kor olaraq. (76).Və əlbəttə, tutduq onları əzabla, onlar isə Rəblərinə tabe olmadılar və Ona yalvarmadılar. (77).Ta onda ki, açdıq üzərinə onların şiddətli əzabın qapılarını, onda onlar orada özlərini itirmiş oldular. (78).Və O – Odur ki, inşa etdi sizin üçün eşitmə və görmə və könül. Az şükr edirsiniz! (79).Və O – Odur ki, sizi ərzdə səpələdi və Ona tərəf toplanacaqsınız. (80).Və O – Odur ki, həyat verir və öldürür və Ona aiddir gecənin və gündüzün ixtilafı. Ə, məgər əql etməzsinizmi? (81).Bəli! Dedilər mislini nə ki, dedi əvvəlkilər. (82).Dedilər: «Ə, onda ki, biz öldük və torpaq və sümüklər olduq, həqiqətən, biz qaldırılacağıqmı? (83).Əlbəttə, vəd verilmişdi bizə və atalarımıza bu, qabaqcadan. Bu, ancaq əvvəlkilərin əsatiridir». (84).De: «Kim üçündür ərz və kim ki, ondadır, əgər bilirsiniz?» (85).Deyəcəklər: «Allah üçündür!» De: «Ə, məgər zikr etməzsinizmi?» (86).De: «Kimdir Rəbbi yeddi səmanın və Rəbbi əzəmətli ərşin?» (87).Deyəcəklər: «Allah üçündür!» De: «Ə, məgər qorxmursunuzmu?» (88).De: «Kimdir ki, əlindədir külli şeyin mülkü və O himayə edir və Onun əleyhinə isə himayədar yoxdur, əgər bilirsiniz?» (89).Deyəcəklər: «Allah üçündür!» De: «Onda nə üçün sehrlənirsiniz?»
«İnananlar» surəsi (23) 90 -104 -cü ayətlər
(90).Bəli, Biz gəldik onlara haqq ilə və həqiqətən, onlar yalançıdılar. (91).Allah Özünə övlad götürmədi və olmadı Onunla birlikdə ilahidən. Onda külli ilahi öz xəlq etdiyini aparardı və onlardan bəziləri bəzisindən uca olardı. Sübhandır Allah nədən ki, vəsf edirlər. (92).Alimdir qeybə və şəhadətə. Alidir nədən ki, şərik qoşurlar! (93).De: «Rəbbim, nə vaxt ki, Sən göstərəsən mənə, nə ki, vəd olunublar, (94) Rəbbim, etmə məni zalim qoumun arasında!» (95).Və həqiqətən, Biz onlara vəd verdiyimizi sənə göstərməyə qadirik. (96).Pisliyi yaxşılıqla dəf et. Biz bilirik nə ilə ki, vəsf edirlər. (97).Və de: «Rəbbim, sığınıram Sənə həmzatından şeytanların (98) və sığınıram Sənə, Rəbbim, hüzuruma gəlmələrindən!» (99).Ta onda ki, onların birinə gəldi ölüm, dedi: «Rəbbim, qaytar məni, (100) ola ki, saleh əməl edim, nədən ki, tərk etdim». Belə deyil! Həqiqətən, bu, kəlmədir ki, o, danışır və arxalarında bərzəx var qaldırılacaqları günə qədər. (101).Və onda ki, sura üfürülər, olmaz onların arasında mənsubiyyət o gün və bir-birindən sual etməzlər. (102).Və kimin vəzni ağır gəldi – həmin onlar nicat tapanlardır. (103).Və kimin vəzni yüngül gəldi – həmin onlar o kəslərdir ki, öz nəfslərinə xəsarət yetiriblər, cəhənnəmdə həmişəlikdirlər. (104).Od onların üzlərini yandırar və onlar orada çirkin surətdə yaşayacaqlar.
«İnananlar» surəsi (23) 105 -118 -ci ayətlər
(105).Ə, Mənim ayətlərim siziə tilavat olunmadımı və siz onları yalan saydınız? (106).Dedilər: «Rəbbimiz, bədbəxtliyimiz bizə qalib gəldi və zəlil olan qoum olduq. (107).Rəbbimiz, xaric et bizi ondan və əgər qayıtsaq, onda zalimlərik!». (108).Dedi: «Qayıdın ora təhqir olunmuş halda və kəlmə kəsməyin Mənimlə! (109).Həqiqətən, Mənim bəndələrimdən bir firqə deyənlər oldular: “Rəbbimiz! Biz inandıq və bağışla bizi və rəhm et bizə və Sən rəhm edənlərin xeyirlisisən!” (110) siz onları məsxərəyə tutdunuz, ta unutdurdu sizə Məni zikr etməyi və oldunuz onlardan məzhəkə edənlər. (111).Həqiqətən, Mən cəzalandıraram onları bu gün səbrlərinə görə və onlar uğur qazananlardır!» (112).Dedi: «Nə qədər illər sayı ərzdə qaldınız?» (113).Dedilər: «Qaldıq bir gün, ya günün bəzisini, sayanlardan soruş!» (114).Dedi: «Qaldınız ancaq bir az, əgər bilsəydiniz. (115).Ə, hesab etdiniz ki, xəlq etmişik sizi əbəs yerə və siz Bizə tərəf müraciət etməyəcəksiniz? (116).Alidir Allah – Haqq Məlikdir! Ondan başqa İlahi yoxdur, kəramətli ərşin Rəbbidir! (117).Və kim Allahla yanaşı ilahi axır çağıra – yoxdur sübut onun üçün onunla – onun hesabı Rəbbinin yanındadır! Həqiqətən, nicat tapmayacaq kafirlər!» (118).Və de: «Rəbbim, bağışla və rəhm et və Sən rəhm edənlərin xeyirlisisən!»
«Nur» surəsi (24)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Surə – nazil etdik onu və vacib etdik onu və nazil etdik onda ayətlər aydınlıqla, ola ki, zikr edəsiniz! (2).Zinakar qadına və zinakar kişiyə – külli hər birinə onlardan yüz zərbə vurun və onlara Allahın dinində rəhminiz gəlməsin, əgər inanırsınız Allah ilə və günü ilə axırın! Və gərək şahid olsun onların əzabına bir tayfa inananlardan! (3).Zinakar kişi ancaq zinakar, ya müşrikə qadınla nigah edə bilər. Və zinakar qadını zinakar, ya müşrik kişi nigah edə bilər və bu, haram oldu inananlara. (4).Və o kəslər ki, ismətini qoruyan qadınlara böhtan atırlar, sonra dörd nəfər şahid gətirməyələr, onda onlara səksən zərbə vurun və onların şəhadətini əbədən qəbul etməyin və həmin onlar fasiqlərdir! (5).O kəslərdən başqa ki, bundan sonra qayıdıb və islah edələr. Və həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (6).Və o kəslər ki, öz zövclərini böhtanlayırlar və öz nəfslərindən başqa şahidləri olmaya, onların hər birinin şəhadəti dörd dəfə Allah ilə şahidlikdir: «Həqiqətən, o, sadiqlərdəndir!» (7) və beşinci dəfə: «Allahın lənəti olsun onun üzərinə, əgər yalançıdırsa!» (8).Və uzaqlaşdırar ondan əzabı ki, şəhadət gətirə dörd dəfə Allah ilə şahidliyi: «Həqiqətən, o, yalançılardandır!» (9) və beşinci dəfə: «Allahın qəzəbi olsun onun üzərinə, əgər o, sadiqlərdəndir!» (10).Əgər olmasaydı fəzli Allahın üzərinizə və rəhməti Onun … və ona görə ki, Allah Təvvabdır, Həkimdir!
«Nur» surəsi (24) 11 -20 -ci ayətlər
(11).Həqiqətən, o kəslər ki, gəldilər yalanla, sizdən olan bir dəstədir. Onu sizin üçün şər hesab etməyin! Bəli, o, xeyirdir sizin üçün. Onlardan küllisi üçün günahdan kəsb etdiyi var. Və o kəs ki, onlardan götürdü özünə bundan böyük bir hissə, onun üçün əzəmətli əzab var. (12).Niyə onda ki, bunu eşitdi inanan kişilər və inanan qadınlar, zənn etmədilər öz nəfslərində xeyir və demədilər: «Bu, aşkar yalandır!»? (13).Və niyə onlar bunun üçün dörd şahid gətirmədilər? Onda ki, şahidlərini gətirmədilər – həmin onlardır Allah yanında yalançılar! (14).Əgər olmasaydı üzərinizə fəzli Allahın və rəhməti Onun dünya və axirətdə, onda toxunardı sizə o iftiranın səbəbinə əzəmətli əzab. (15).Onda siz onu dilinizə gətirir və ağzınızla sözlər deyirdiniz ki, ondan elminiz yox idi və hesab edirdiniz onu asan və o, Allah yanında əzəmətlidir. (16).Əgər onda eşitdiniz onu, desəydiniz: «Yaraşmaz bizim üçün ki, bu sözləri danışaq. Sən Sübhansan! Bu, əzəmətli böhtandır». (17).Allah sizə öyüd verir ki, qayıtmayasınız onun mislinə əbədən, əgər siz inananlarsınız (18) və bəyan edir Allah sizin üçün ayətləri və Allah Alimdir, Həkimdir! (19).Həqiqətən, o kəslər məhəbbətlidirlər ki, fahişəlik şaiyə olsun o kəslərdə ki, inanırlar, onlar üçün ələmli əzab var dünya və axirətdə və Allah bilir və siz bilmirsiniz! (20).Və əgər olmasaydı fəzli Allahın üzərinizə və rəhməti Onun… və ona görə ki, Allah Raufdur, Rəhimdir!
«Nur» surəsi (24) 21 -27 -ci ayətlər
(21).Ay o kəslər ki, inanırsınız! Tabe olmayın şeytanın izinə! Kim tabe olarsa şeytanın izinə və həqiqətən, o, əmr edər fahişəliyə və inkar edilənə. Və əgər olmasaydı fəzli Allahın üzərinizə və rəhməti Onun, sizlərdən biriniz əbədən pak ola bilməzdi və lakin Allah pak edər kimi istəsə və Allah Səmidir, Alimdir! (22).Və sizlərdən fəzilət və sərvət sahibləri, yaxınlara və miskinlərə və Allah yolunda hicrət edənlərə əta etməkdən əl çəkməsinlər. Gərək onları bağışlayıb və güzəştə getsinlər. Ə, istəmirsiz ki, Allah da sizi bağışlasın? Və Allah Ğəfurdur, Rəhimdir! (23).Həqiqətən, o kəslər ki, ismətini qoruyan və imanlı qadınlara ki, pis əməldən uzaqdırlar, böhtan atırlar, dünya və axirətdə lənətdə olarlar və onlar üçün əzəmətli əzab var! (24).O gün şəhadət verəcək onların əleyhinə dilləri və əlləri və ayaqları nə ilə ki, əməl ediblər. (25).O gün ki, verər onlara Allah haqq dinlərini və bilərlər ki, Allah – O Haqdır, Mubindir! (26).Xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündür! Və pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündür! Həmin onlar uzaqdırlar nədən ki, deyirlər. Onlar üçündür bağışlanmaq və kəramətli ruzi! (27).Ay o kəslər ki, inanırsınız! Öz evlərinizdən qeyri evlərə daxil olmayın, ta icazə almadan və onun əhlinə salam verin. Bu, sizin üçün xeyirdir, ola ki, zikr edəsiniz!
Dostları ilə paylaş: |