«Qarışqalar» surəsi (27) 45 -55 -ci ayətlər
(45).Göndərdik Səmuda tərəf onların qardaşı Salehi ki: «İbadət edin Allaha!» Onda onlar xosunlaşan iki firqə oldular. (46).Dedi: «Ay qoumum! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Məgər Allahdan bağışlanmaq istəməyəcəksiniz, ola ki, sizə rəhm oluna?» (47).Dedilər: «Biz səni və o kəs ki, səninlədir, quş ilə mühakimə etdik». Dedi: «Sizin quşunuz Allah yanındadır. Bəli, siz sınaqda olan qoumsunuz!» (48).Şəhərdə doqquz nəfər var idi ki, ərzdə fəsad edərdilər və islah etməzdilər. (49).Dedilər: «Bir-birinizə Allah ilə and için ki, biz, gecə ona və onun əhlinə hücum edərik, sonra onun vəlisinə deyərik: ‘‘Biz onun və əhlinin həlakında şahid olmadıq və həqiqətən, biz, sadiqlərik!» (50).Onlar məkr etdilər. Biz məkrlərə qarşı tədbirliyik, onlar isə şüursuzdurlar. (51).Nəzər sal necə oldu məkrlərinin aqibəti! Biz həlak etdik onları və onların qoumunu cəmiyyən. (52).Budur onların zalim olduqlarına görə dağılmış evləri. Həqiqətən, bunda ayətlər var bilən qoum üçün! (53).Və nicat verdik Biz o kəslərə ki, inandılar və təqvalı oldular. (54).Və Lut… Onda öz qoumuna dedi: «Ə, siz fahişəlikmi edəcəksiniz, bir halda ki, görürsünüz? (55).Ə, siz qadınların əvəzinə şəhvətlə kişilərəmi yaxınlaşacaqsınız? Bəli, siz cahil qoumsunuz!»
«Qarışqalar» surəsi (27) 56 -63 -cü ayətlər
20 –ci cüz
(56).Olmadı cavabı onun qoumunun, ancaq ki, dedilər: «Xaric edin Lut ailəsini kəndinizdən. Həqiqətən, onlar paklıq istəyən insanlardır!» (57).Biz nicat verdik ona və onun əhlinə, ancaq arvadından başqa, hansı ki, onu qalanlardan etdik! (58).Və onların üzərinə yağış yağdırdıq. Nəzərlərinə çatdırılanların yağışı çox pisdir! (59).De: «Həmd Allah üçündür və salam olsun üzərində Onun bəndələrinin – o kəslərin ki, O seçmişdir! Ə, Allahmı xeyirlidir, yoxsa şərik qoşduqları? (60).Yoxsa kim ki, xəlq etdi səmaları və ərzi və nazil etdi sizin üçün səmadan su və göyərdirik onunla gözəl cənnətlərə ki, onların ağaclarını göyərtməyə bacarığınız yoxdur? Ə, Allahla yanaşı İlahimi var? Bəli, onlar sapmış qoumdur! (61).Yoxsa kim ki, etdi ərzi qərargah və etdi onda nəhrlər və etdi onun üçün möhkəm dağlar və etdi iki dəryanın arasında maneə? Ə, Allahla yanaşı İlahimi var? Bəli, onların əksəriyyəti bilməzlər! (62).Yoxsa kim ki, cavab verir çarəsizə, onda ki, çağırır Onu və şəfa edir pisliyə və edir sizi ərzdə xəlifə? Ə, Allahla yanaşı İlahimi var? Çox az zikr edirsiniz! (63).Yoxsa kim ki, hidayət edir sizi qurunun və dəryanın zülmətində və kim ki, göndərir küləyi öz rəhməti önündə bəşarət olaraq? Ə, Allahla yanaşı İlahimi var? Alidir Allah nədən ki, şərik qoşurlar!
«Qarışqalar» surəsi (27) 64 -76 -cı ayətlər
(64).Yoxsa kim ki, başlayır xəlqə, sonra qaytarır onu və kim ki, ruzi verir sizə səmadan və ərzdən? Ə, Allahla yanaşı İlahimi var? De: «Verin sübutunuzu, əgər sadiqlərsiniz!» (65).De: «Bilməz səmalarda və ərzdə Allahdan başqa bir kəs qeybi! Və nə vaxt qalxacaqlarına şüurları yoxdur!» (66).Bəli! Onların elmi axirəti dərk edərmi? Bəli! Onlar ondan şəkdədirlər. Bəli! Onlar ondan kordurlar! (67).Dedi o kəslər ki, kafirdirlər: «Ə, onda ki, biz və atalarımız torpaq olacağıq, ə, həqiqətən, biz xaric olunacağıq? (68).Əlbəttə, bu vəd verilmişdi bizə və atalarımıza bundan qabaq! Həqiqətən, bu, ancaq əvvəlkilərin
əsatiridir!» (69).De: «Seyr edin ərzdə və nəzər salın necə oldu aqibəti cərimə olunmuşların!» (70).Onlara görə olma hüznlü və olma sıxıntıda nədən ki, məkr edirlər. (71).Deyirlər: «Nə vaxtdır bu vəd, əgər oldunuz sadiqlər?» (72).De: «Ola bilsin ki, gəlir ardınızca ondan bəziləri – odur ki, tələsik istəyirsiniz!» (73).Həqiqətən, Rəbbin insanlar üzərində fəzl sahibidir, lakin əksəriyyəti onların şükr etməzlər! (74).Həqiqətən, Rəbbin bilir onların ürəklərinin gizlətdiyini və elan etdiyini! (75).Səmalarda və ərzdə gizli bir şey yoxdur, ancaq aşkar kitabdadır. (76).Həqiqətən, bu Qur’an İsrail oğullarına hekayət edir əksəriyyətini onun ki, onlar onda ixtilaf edirlər!
«Qarışqalar» surəsi (27) 77 –88 -ci ayətlər
(77).Həqiqətən, o hidayətdir və rəhmətdir inananlar üçün. (78).Həqiqətən, Rəbbin onların arasında Öz hökmü ilə qəzavat edəcək. O Əzizdir, Alimdir! (79).Təvəkkül et üzərinə Allahın. Həqiqətən, sən üzərindəsən aşkar haqqın! (80).Həqiqətən, sən eşitdirə bilməzsən ölülərə və eşitdirə bilməzsən karlara çağırışı, onda ki, dönüb gedirlər! (81).Sən hidayət edə bilməzsən korları öz zəlalətlərindən! Həqiqətən, sən eşitdirə bilərsən ancaq o kəsə ki, Bizim ayətlərimizlə inanar və onlar təslim olanlardır! (82).Onda ki, onların üzərinə söz vaqe olar, xaric edərik onlar üçün ərzdən canlını ki, kəlmə kəsər onlarla: «Həqiqətən, insanlar oldular Bizim ayətlərimizlə yəqinlik etməyənlər!» (83).O gün toplayarıq külli ümmətdən ayətlərimizlə Bizi yalan saymış kəsləri fövcnən və budur onlar təyin olunmuşdurlar. (84).Ta onda ki, gəldilər, dedi: «Ə, siz yalan saydınız ayətlərimlə Məni və bir halda ki, yox idi onlara elminiz, ya siz nə əməl edirdiniz?» (85).Söz vaqe olar onların üzərinə nə ilə ki, zalim oldular və olmaz onların nitqi! (86).Ə, onlar görmürlərmi, etdik gecəni sakin olmaq üçün onda və gündüzü bəsirət edən? Həqiqətən, bunda ayətlər var inanan qoum üçün. (87).O gün ki, surda üfürülər, Allah istədiyi kimsədən başqa, kim ki, səmalarda və kim ki, ərzdə var, qorxudan titrəyərlər və küllisi alçalmış halda Onun yanına gələr! (88).Görərsən dağları, hansı ki, hesab edərdin onu hərəkətsiz – budur onlar gedirlər, nə qədər, buludlar gedirlər. Allah – Odur ki, külli şeyi tam edərək başa çatdırandır! Həqiqətən, O Xəbirdir nə ilə ki, fəaliyyətlisiniz!
«Qarışqalar» surəsi (27) 89 -93 -cü ayətlər
(89).Kim gəlir yaxşılıqla, onun üçün ondan xeyirlisi var və onlar həmin günün qorxusundan əmin-amandadırlar. (90).Və kim gəlir pisliklə, onlar üzləri üstə odda olarlar. Ə, sizə ancaq etdiyiniz əməllərin mükafatı verilmirmi? (91).«Mənə əmr olunub yalnız bu şəhərin Rəbbinə ibadət edim - Odur ki, qadağan edibdir onu və Onun üçündür külli şeylər və mənə əmr olunub ki, təslim olanlardan olum (92) və Qur’an tilavat edim!» Kim hidayət tapırsa, ancaq öz nəfsi üçün hidayət tapır. Və kim zəlalətdədirsə, de: «Mən, ancaq nəzərə çatdıranlardanam». (93).De: «Həmd Allah üçündür! O seyr etdirərək göstərəcəkdir ayətlərini sizə və siz ona arif olacaqsınız və deyil Rəbbin qafil ilə nədən ki, əməl edirsiz!»
Dostları ilə paylaş: |