«f a t I h ə» s u r ə s I (1)


«Dəstələr» surəsi (33) 44 -50 -ci ayətlər



Yüklə 2,11 Mb.
səhifə56/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8060
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

«Dəstələr» surəsi (33) 44 -50 -ci ayətlər

(44).Təhiyyətləri onların Onun görüşünə yetişən gün: «Salam!» olacaq. O hazırlayıb onlar üçün kəramətli əcr. (45).Ay nəbi! Biz səni göndərdik şahid olan və bəşarət verən və nəzərə çatdıran (46) və Allaha tərəf çağırış edən Onun izni ilə və nurlu çıraq olaraq. (47).Bəşarət ver inananlara ki, həqiqətən, onlar üçün Allahdan böyük üstünlük var. (48).İtaət etmə kafirlərə və münafiqlərə və onların əziyyətlərindən keç və təvəkkül et Allaha və kafidir Allah ilə Vəkillik! (49).Ay o kəslər ki, inanırsınız! Onda ki, nigah edirsiniz inanan qadınlara, sonra onlara toxunmamışdan qabaq talaq verirsiniz, onda yoxdur sizin üçün onların üzərində müddəti saxlamaq, hansı ki, siz onu hesab edərdiniz. Mətahlandırın onları və gözəl tərzdə sərbəst buraxın. (50).Ay nəbi! Biz sənin üçün halal etdik sənin zövcələrini, hansı ki, əta etmisən onlara ücrətlərini və əlinin altında olan kənizlər, nədən fayda verdi Allah üzərinə sənin və əmin qızları və bibin qızları və dayın qızları və xalan qızları, hansı ki, səninlə birlikdə hicrət ediblər və o inanan arvadı ki, bəxşiş edə öz nəfsini nəbi üçün və nəbi onunla nigah etmək istəyə – bu, inananlardan başqa xalis sənin üçündür. Əlbəttə, Biz bilirik nə ki, fərz etdik onların üzərində öz zövcələri və əlləri altında olan xidmətçiləri haqqında, ona görə ki, sənin üçün çətinlik olmasın. Oldu Allah Ğəfur, Rəhim!



«Dəstələr» surəsi (33) 51 -54 -cü ayətlər

(51).Sən onlardan istədiyin kəsin növbəsini təxirə salıb və istədiyin kəsi öz yanına ala bilərsən. Hansından ki, kənar olubsan, yenə öz yanına almaqda sənin üçün günah yoxdur. Bu, daha münasibdir ki, gözləri aydın olsun və hüznlü olmasınlar və razı olsunlar nə ki, onlara verirsən və Allah qəlblərinizdə olanı bilir və oldu Allah Alim, Həlim! (52).Bundan sonra sənin üçün halal deyil qadın almaq və bu zövcələrdən birini başqası ilə dəyişmək, əgər onların gözəlliyi səni təəccübə gətirsə də, ancaq əlinin altında olan kəniz xidmətçilərdən başqa. Oldu Allah külli şey üzərində Rəqib! (53).Ay o kəslər ki, inanırsınız! Daxil olmayın nəbinin evinə, ancaq ki, sizə izn verilə təama tərəf, onun vaxtını gözləmədən. Lakin onda ki, sizi çağırdılar, onda daxil olun. Onda ki, təamı sərf etdiniz, dostluq söhbətlərinə girişmədən dağılın. Həqiqətən, bu, nəbi üçün əziyyət verir və o, sizdən həya edir və Allah haqdan həya etməz. Onda ki, onlardan mətah istəyirsiniz, onu pərdə dalından istəyin. Bu, sizin qəlbiniz üçün və o qadınların qəlbləri üçün paklıqdır. Yaraşmaz sizə Allahın rəsulunu incitmək və onun zövcələri ilə ondan sonra nigah etmək əbədən. Həqiqətən, bu, Allah yanında böyük olar. (54).Əgər siz bir şeyi aşkara çıxarasınız, ya məxfi edəsiniz onu, həqiqətən, Allah küllisi ilə şeyin Alimdir!



«Dəstələr» surəsi (33) 55 -62 –ci ayətlər

(55).Yoxdur günah onların üzərində atalarına və oğullarına və qardaşlarına və qardaşları oğullarına və bacıları oğullarına və onların qadınlarına və əlləri altında olan kəniz xidmətçilərə görə. Qorxun Allahdan! Həqiqətən, oldu Allah külli şey üzərində Şahid! (56).Həqiqətən, Allah və Onun mələkləri diləyirlər üzərinə nəbinin! Ay o kəslər ki, inanırsınız! Diləyin üzərinə onun və təslimi təslimnən. (57).Həqiqətən, o kəslər ki, Allaha və Onun rəsuluna əziyyət edirlər, Allah da onları dünya və axirətdə lənət edib və hazır edib onlar üçün alçaldıcı əzabı. (58).O kəslər ki, əziyyət edirlər inanan kişilərə və inanan qadınlara qeyrisi ilə nə ki, kəsb ediblər, fəqət yüklənmiş olurlar böhtan və aşkar günahla. (59).Ay nəbi! De zövcələrin üçün və qızların üçün və inananların qadınları üçün, cüssələrini örtükləri ilə örtsünlər. Bu, onların nəcib tanınıb və əziyyət edilməməsinə daha yaxındır. Oldu Allah Ğəfur, Rəhim! (60).Əgər münafiqlər və o kəslər ki, qəlblərində mərəz var və şəhərdə söz yayırlar, son qoymasalar, Biz səni onların üzərinə qaldırarıq. Sonra onlar orada səninlə ancaq az bir zaman qonşuluq edəcəklər (61) məlunlar olaraq. Harada onları gördülər yaxalanacaqlar və qətlə yetişənədək döyüləcəklər - (62) qabaqcadan gəlib getmiş kəslərin arasında olan Allahın sünnətinə, yəni qanununa görə. Sən tapa bilməzsən Allahın sünnəti üçün dəyişiklik.




«Dəstələr» surəsi (33) 63 -73 –cü ayətlər

(63).Sual edirlər insanlar səndən saat haqqında. De: «Onun elmi yalnız Allah yanındadır!» Sən nə bilirsən, ola ki, saat yaxın olsun. (64).Həqiqətən, Allah lənət edib kafirlərə və onlar üçün yanar od hazırlayıb - (65) həmişəlik orada əbədi. Tapa bilməzlər vəli və nəsir. (66).O gün ki, çevirilər üzləri oda tərəf, onda deyərlər: «Kaş ki, biz itaət edəydik Allaha və itaət edəydik rəsula!» (67).Dedilər: «Rəbbimiz! Biz itaət etdik seyidlərimizə və böyüklərimizə və onlar bizi yoldan zəlalətə saldılar! (68).Rəbbimiz! Əta et onlara əzabdan ikiqat və lənətlə onları böyük lənətlə!» (69).Ay o kəslər ki, inanırsınız! Olmayın o kəslər kimi ki, Musaya əziyyət edirdilər. Allah onu uzaq və pak etdi ondan ki, onlar deyirdilər və o, Allah yanında hörmətli oldu. (70).Ay o kəslər ki, inanırsınız! Qorxun Allahdan və dürüst söz söyləyin. (71).O islah edər sizin əməllərinizi və bağışlar sizin üçün günahlarınızı. Kim itaət edərsə Allaha və Onun rəsuluna, fəqət o, əzəmətli səadətə çatmış olar. (72).Biz əmanəti səmalara və ərzə və dağlara göstərdik, onlar imtina etdilər onunla yüklənməkdən və titrədilər ondan. İnsan isə onunla yükləndi. Həqiqətən, o, zalim və cahil oldu! (73).Ondan ötrü ki, Allah əzab etsin münafiq kişiləri və münafiqə qadınları, müşrik kişiləri və müşrikə qadınları və qayıtsın Allah üzərinə inanan kişilərin və inanan qadınların. Oldu Allah Ğəfur, Rəhim!



«Səba» surəsi (34)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Həmd Allah üçündür – Odur ki, səmalarda və ərzdə olanlar Onun üçündür. Onun üçündür həmd axirətdə və O Həkimdir, Xəbirdir! (2).O bilir nə daxil olur ərzə və nə xaric olur ondan və nə ki, nazildir səmadan və nə qalxır ora. O Rəhimdir, Ğəfurdur! (3).Dedilər o kəslər ki, kafirdirlər: «Bizə saat gəlməyəcək!» De: «Bəli! And olsun Rəbbimə – qeybə Alim olana, gələcək o sizə!» Ondan gizli deyil misqalın zərrəsi səmalarda və ərzdə. Bundan kiçik və böyük, ancaq aşkar kitabdadır. (4).Ondan ötrü ki, versin mükafatını o kəslərin ki, inanırlar və əməlləri islahatdır. Həmin onlar üçündür bağışlanmaq və kəramətli ruzilər. (5).Və o kəslər ki, səy edirlər ayətlərimizi aciz etməyə – həmin onlar üçün əzab var ələmli cəzadan. (6).Görürlər o kəslər ki, onlara elm əta olunub, odur ki, nazil olub tərəfinə sənin Rəbbindən, o - haqdır və hidayət edir Əzizin, Həmidin yoluna tərəf. (7).Dedilər o kəslər ki, kafirdirlər: «Dəlalət edəkmi sizə kişini, hansı ki, xəbər verər sizə, onda ki, külli xırda hissəciklərə bölündünüz, siz yenidən xəlq olunacaqsınız?


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin