«Yəsin» surəsi (36) 55 -70 -ci ayətlər
(55).Həqiqətən, cənnət əshabı bu gün öz işlərində məşğuldur. (56).Onlar öz zövcləri ilə kölgəlikdə taxtlar üzərində mütəkkələrə söykənərlər. (57).Onlar üçün orada meyvələr var və onlar üçün nə ki, çağırırlar. (58).«Salam!» - sözdür Rəhim olan Rəbdən. (59).«Ayrılın bu gün, ay cərimə olunmuşlar! (60).Ə, Mən sizinlə əhd bağlamadımmı, ay Adam oğulları, şeytana ibadət etməyəsiniz? Həqiqətən, o, sizin üçün ədavətlidir aşkar! (61).Və Mənə ibadət edin. Bu, yolun düzüdür. (62).Əlbəttə, o, sizdən çoxunu yoldan çıxartdı. Ə, olmayacaqsınızmı əql edənlər? (63).Budur o cəhənnəm, hansı ki, sizə vəd olunmuşdu. (64).Vasil olun ona bu gün, nə ilə ki, oldunuz kafirlər!» (65).Bu gün xətm vurduq onların ağızlarına və onların əlləri Bizimlə kəlmə kəsəcək və şəhadət verəcək ayaqları nə ilə ki, oldular kəsblilər. (66).Əgər Biz istəsəydik örtərdik onların gözlərini. Çalışardılar yolda qabağa düşsünlər. Və necə görəydilər? (67).Əgər istəsəydik oturduqları yerdə onların qiyafələrini dəyişək və onda bacarmazdılar irəli getsinlər və müraciət etsinlər. (68).Və kimə uzun ömür verərik, onu xilqətində əksildərik. Ə, məgər əql etməzlərmi? (69).Biz öyrətmədik ona şer və yaraşığı yoxdur onun üçün. Həqiqətən, o, ancaq zikrdir və aşkar Qur’andır, (70) nəzərə çatdırması üçün kim ki, diri oldu və haqq olsun söz üzərində kafirlərin.
«Yəsin» surəsi (36) 71 -83 -cü ayətlər
(71).Ə, onlar görməzlərmi, Biz xəlq etdik onlar üçün əllərimizlə əmələ gətirdiyimiz davarlardan və onlar ona sahib olurlar? (72).Biz onu onlara ram etdik. Ondan var ki, süvar olurlar və ondan var ki, yeyirlər. (73).Onlar üçün onda mənfəət və içəcək var. Ə, şükr etməzlərmi? (74).Götürdülər Allahdan başqa ilahilər, ola ki, yardım alsınlar. (75).Bacarmazlar onlara yardım etməyə və özləri onlar üçün hazır əsgərlərdir. (76).Hüznlü etməsin səni onların sözləri. Həqiqətən, Biz bilirik nə ki, sirli edirlər və nə ki, elan edirlər. (77).Ə, görməzmi insan, Biz xəlq etdik onu nütfədən və onda ki, o xosunlaşar aşkar? (78).Məsəl vurur Bizə və öz xəlq olunmasını yaddan çıxardır. Dedi: «Kim həyat verəcək sümüklərə və o, çürüyüb?» (79).De: «Onlara həyat verər o kəs ki, inşa etdi onları əvvəl dəfədə və O küllisi ilə xəlqin Alimdir! (80).Odur ki, etdi sizin üçün yaşıl ağacdan od və onda ki, siz ondan yandırırsınız». (81).Ə, O kəs ki, xəlq etdi səmaları və ərzi, qadir deyilmi onların mislini xəlq etməyə? Bəli! O Xaliqdir Alim! (82).Həqiqətən, əmri Onun, onda ki, iradə edə bir şeyə, ancaq deyir: «Ol!» və olur. (83).Sübhandır O kəs ki, külli şeyin hakimiyyəti Onun əlindədir və Ona tərəf müraciət edəcəksiniz!
«Səflərdə duranlar» surəsi (37)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! And olsun səflərdə səff çəkənlərə (2) və qovaraq möhkəm qovanlara (3) və tilavat edərək zikri – (4) həqiqətən, sizin İlahiniz Vahiddir. (5).Rəbbidir səmaların və ərzin və onlar arasında olanların və Rəbbidir məşriqin! (6).Həqiqətən, Biz zinət verdik dünya səmasına kəvakiblərin zinəti ilə (7) və hifz etdik külli üsyankar şeytanlardan, (8) onlar ali şuraya qulaq asmasınlar deyə və külli tərəfdən od şölələri ilə vurulub (9) qovularlar və onlar üçün çətin əzab var. (10).Ancaq kim qulaq asmaq istəsə, od şöləsi onu təqib edər. (11).Soruş onlardan: Ə, onlar şiddətli xəlq olunublar, yoxsa kimi ki, Biz xəlq etmişik? Həqiqətən, Biz onları yapışan gildən xəlq etdik. (12).Bəli, sən təəccüb edirsən, onlar isə məsxərə edirlər. (13).Onda ki, onlara zikr edirsən, zikr etmirlər. (14).Onda ki, ayəti görürlər, məsxərə edirlər. (15).Dedilər: «Bu, ancaq aşkar sehrdir! (16).Ə, onda ki, biz öldük və torpaq və çürümüş sümüklər olduq, ə, biz qaldırılacayıq? (17).Ə, əvvəlki atalarımız da?» (18).De: «Bəli, siz alçalmış olacaqsınız!» (19).Həqiqətən, o vahid səsdir və onda ki, onlar baxırlar (20) və deyərlər: «Vay olsun bizə! Bu, din günüdür!» (21).Bu gün müfəssəl etmə günüdür – odur ki, siz onu yalan sayırdınız. (22).Toplayın o kəsləri ki, zalimdirlər və zövclərini onların və nə ki, ibadət etmişdilər (23) Allahdan başqa və hidayət edin onları cəhənnəmin yoluna tərəf (24) və dayandırın onları, həqiqətən, onlar sual olunacaqlar:
«Səflərdə duranlar» surəsi (37) 25 -51 -ci ayətlər
(25).«Nə olub sizə, bir-birinizə yardım etmirsiniz?» (26).Bəli! Onlar bu gün təslim olanlardır! (27).Və sual edərək bəzisi onların bəzisinə üz tutar. (28).Dedilər: «Həqiqətən, siz bizə sağdan gəldiniz». (29).Dedilər: «Bəli! Siz inanan olmadınız (30) və olmadı bizim üçün sizin üzərinizdə sultanlıqdan. Bəli! Siz tüğyan edən qoum oldunuz. (31).Haqq oldu üzərimizdə sözü Rəbbimizin. Həqiqətən, biz dadacayıq! (32).Biz ağvay etdik sizi, özümüz ağvay olduğumuz halda». (33).Həqiqətən, onlar həmin gün əzabda müştərək olarlar. (34).Həqiqətən, beləcə fəaliyyət edirik cərimə olunmuşlarla! (35).Həqiqətən, onlara onda ki, deyildi: «Yoxdur İlahi, ancaq Allahdır!» - təkəbbürlü oldular. (36).Və deyirlər: «Ə, biz tərk edəcəyik öz ilahilərimizi məcnun bir şair üçün?» (37).Bəli! Gəldi o, haqq ilə və təsdiq etdi mürsəlləri. (38).Həqiqətən, siz dadacaqsınız ələmli əzabı! (39).Və mükafat veriləcək sizə, ancaq nə əməl etmisiniz. (40).Allahın məxlus bəndələrindən başqa. (41).Həmin onlar üçün məlum ruzi var (42) və meyvələr və onlar kəramətli olacaqlar (43) Nəim cənnətlərində, (44) taxt üzərində qarşı-qarşıya əyləşərək. (45).Hər tərəfdən onların üzərlərinə gələcəklər kasalarla bulaqlardan - (46) bəyaz, içənlər üçün ləzzətli. (47).Onda nə baş ağrısı var və nə ondan məst olmazlar. (48).Onların yanında alagözlülər vardır. (49).Onlar elə bil qorunmuş ağ yumurtadırlar. (50).Bəzisi onların bəzisini qabaqlayar, sual edərək. (51).Onlardan kim isə dedi: «Həqiqətən, mənim yaxın bir yoldaşım oldu.
«Səflərdə duranlar» surəsi (37) 52 -76 -cı ayətlər
(52).Dedi: “Ə, həqiqətən, sən təsdiq edənlərdənsən? (53).Ə, onda ki, biz öldük və çürümüş sümüklər olduq, ə, biz mühakimə olunacağıqmı?”» (54).Dedi: «Məgər siz baxmırsınızmı?» (55).Və baxdı o biri, gördü onu ortasında cəhənnəmin. (56).Dedi: «And olsun Allaha! Həqiqətən, sən hazır idin məni həlak etməyə. (57).Əgər Rəbbimin neməti olmasaydı, mən hüzura gətirilənlərdən olardım. (58).Ə, biz ölməyəcəyik, (59) əvvəlki ölümdən başqa və biz əzab olunanlardan olmayacayıq?» (60).Həqiqətən, bu, əzəmətli uğurdur! (61).Qoy bunun misli üçün fəaliyyət edənlər fəaliyyət etsinlər. (62).Ə, bu, xeyirli təklifdir, yoxsa zəqqum ağacı? (63).Həqiqətən, Biz etdik onu zalimlər üçün sınaq. (64).Həqiqətən, bu, kökü cəhənnəmin dibindən xaric olan ağacdır. (65).Meyvələri şeytanların başları kimidir. (66).Onlar yeyərlər onu və onunla bətnlərini doldurarlar. (67).Sonra isə onlar üçün qaynar içməli su vardır. (68).Sonra, həqiqətən, onların müraciətləri cəhənnəmə tərəfdir. (69).Həqiqətən, onlar öz atalarını zəlalətdə tapdılar (70) və onların izi ilə qovuldular. (71).Əlbəttə, onlardan qabaq əksəriyyəti əvvəlkilərin zəlillər idi. (72).Əlbəttə, göndərdik Biz onlarda nəzərə çatdıranlar. (73).Nəzər sal necə oldu aqibəti nəzərlərinə çatdırılanların. (74).Ancaq Allahın məxlus bəndələrindən başqa! (75).Əlbəttə, Nuh çağırdı bizi və yaxşı cavab verənlərik. (76).Və Biz nicat verdik ona və onun əhlinə əzəmətli bəladan.
«Səflərdə duranlar» surəsi (37) 77 –102 -ci ayətlər
(77).Etdik onun zürriyyətini baqilər. (78).Tərk etdik üzərinə onun axırdakılarda: (79). «Salam üzərinə Nuhun aləmlərdə!» (80).Həqiqətən, belə mükafatlandırırıq yaxşıları! (81).Həqiqətən, o, Bizim inanan bəndələrimizdəndir! (82).Sonra axırdakıları qərq etdik. (83).Həqiqətən, İbrahim onun şiəsindən idi. (84).Onda gəldi Rəbbinə tərəf salim qəlblə. (85).Onda dedi atasına və öz qoumuna: «Nəyə ibadət edirsiniz? (86).Ə, Allahdan başqa yalançı ilahilər istəyirsiniz? (87).Və nə zənn edirsiniz aləmlərin Rəbbi haqqında?» (88).Baxaraq nəzər saldı ulduzlara (89) və dedi: «Həqiqətən, mən xəstəyəm!» (90).Üz döndərdilər ondan idbarlı halda. (91).Daxil oldu onların ilahilərinin yanına və dedi: «Ə, yeməzsinizmi? (92).Nə olub sizə danışmırsınız?» (93).Və yaxınlaşdı onların yanına sağ əli ilə zərbə vuraraq. (94).Ona tərəf üz tutub qaçaraq gəldilər. (95).Dedi: «Ə, siz özünüz yonub düzəltdiyinizə ibadətmi edirsiniz? (96).Və Allah xəlq edib sizi və nə ki, siz əməl edirsiniz onu». (97).Dedilər: «Bina qurun onun üçün və onu atın oda!» (98).Onlar onun əleyhinə fənd etmək istədilər, Biz isə onları səfillər etdik. (99).Dedi: «Həqiqətən, mən Rəbbimə tərəf gedirəm. O məni hidayət edəcək. (100).Rəbbim! Bəxş et mənə salehlərdən!» (101).Biz bəşarət verdik ona həlim oğlanla. (102).Amma elə ki, o, həddi buluğa yetişdi onunla birlikdə, dedi: «Oğlum, yuxuda gördüm səni kəsirəm. Bax gör nə fikirləşirsən!» Dedi: «Ay ata! Sənə nə əmr olunub, əməl et. İnşallah, məni səbrlilərdən taparsan!»
Dostları ilə paylaş: |