(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Saya salır Allahı nə ki, səmalardadır və nə ki, ərzdədir. O Əzizdir, Həkimdir! (2).O – Odur ki, xaric etdi o kəsləri ki, kafirdirlər əhli kitabdan, diyarlarından əvvəlinci toplanmada. Siz zənn etmirdiniz ki, onlar xaric olarlar. Və onlar zənn edirdilər ki, qalaları onları Allahdan müdafiə edər. Allah gəldi onlara oradan ki, onlar onu hesablamayıblar və qəlblərində onların qorxu və vəhşət oldu. Onlar evlərini öz əlləri ilə və inananların əlləri ilə xaraba edirlər. Ay bəsirət sahibləri, ibrət alın! (3).Əgər Allah yazmasaydı üzərində onların cəlay-vətənlik, əzab edərdi onları dünyada. Onlar üçündür axirətdə od əzabı!
«Həşr» surəsi (59) 4 –9 -cu ayətlər (4).Bu, həqiqətdə onlar ilə şaqqalandılar Allah və Onun rəsuluna. Və kim şaqqalanır Allaha, həqiqətən, Allah şiddətlidir iqaba. (5).Xurma ağaclarından hər nə ki, kəsildi və hər nə ki, kökü üstündə qaldı, hamısı Allahın izni ilə idi və fasiqlərin rüsvay olması üçün. (6).Allah onların qalan malından Öz rəsuluna verdi. Siz onları ələ gətirmək üçün nə at çapıbsınız və nə dəvə sürübsüz. Lakin Allah Öz rəsullarına hər kimin üzərində istəsə sultanlıq verər. Allah üzərində külli şeyin Qadirdir! (7).Hər nə ki, Allah Öz rəsuluna verdi kəndlərin əhlindən, Allah və Onun rəsulu və yaxınlar, yəni Allaha yaxın olanlar və yetimlər və miskinlər və yol oğlu üçündür. Olmasın dövlət arasında varlıların sizdən. Nə ki, verdi sizə rəsul, onda onu alın, nəyi ki, sizə o, qadağan etdi, ondan özünüzü saxlayın və qorxun Allahdan, həqiqətən, Allah şiddətlidir iqaba! (8).Fəqir mühacirlər üçün – o kəslər ki, xaric oldular diyarlarından və mallarından Allahdan razılıq və fəzl axtarmaq üçün və Allaha və Onun rəsuluna yardım etmək üçün – həmin onlardır sadiqlər! (9).O kəslər ki, möhkəmləndilər öz diyarlarında və imanda onlardan qabaq, sevirlər kəsi, hicrət edir tərəfinə onların və tapmırlar ürəklərində hacət nədən ki, ətadır və sevirlər üzərində nəfslərinin və əgər ola onlar ilə xəsislik. Kim qoruyur huşsuzluqdan nəfsini, onlardır ki, nicat tapanlardır!
«Həşr» surəsi (59) 10 –16 -cı ayətlər (10).O kəslər ki, gəldilər onlardan sonra, deyirlər: «Rəbbimiz! Bağışla bizim üçün və qardaşlarımız üçün – o kəslər ki, bizdən qabağa düşdülər iman ilə və qəlbimizdə o kəslərə qarşı ki, inanırlar, kin-küdurətə yer vermə. Rəbbimiz! Həqiqətən, Sən Raufsan, Rəhimsən!» (11).Ə, görmədinmi o kəsləri ki, nifaq salaraq deyirlər əhli kitabdan kafir olan qardaşları üçün: «Əgər siz xaric olsanız, biz də sizinlə birlikdə xaric olarıq və sizə qarşı əbədən bir kəsə itaət etmərik. Əgər sizinlə döyüşsələr, sizə yardım edərik!»? Allah Şahiddir ki, həqiqətən, onlar yalançıdırlar! (12).Əgər xaric olsalar, onlarla birlikdə xaric olmazlar. Əgər döyüşsələr, yardım etməzlər onlara. Əgər yardım etsələr, onda üz döndərərlər idbarlı halda, sonra yardım olunmazlar! (13).Əlbəttə, siz şiddətli vahiməlisiz ürəklərində Allahdan. Bu, onlar ilə ona görədir ki, onlar anlamaz qoumdurlar. (14).Onlar sizinlə döyüşməzlər cəmiyyən, ancaq möhkəm kəndlərdə, ya divar arxasından. Onların basqısı öz aralarında şiddətlidir. Hesab edirsən onlar cəmdirlər və qəlbləri dağınıqdır. Bu, onlar ilə ona görədir ki, onlar əql etməyən qoumdurlar. (15).Məsəli kimidir o kəslərin ki, bu yaxında onlardan qabaq var idilər. Daddılar bəlasını əmrlərinin və onlar üçün ələmli əzab var. (16).Məsəli şeytan kimidir. Onda dedi insana: «Kafir ol!» Amma elə ki, kafir oldu, dedi: «Mən səndən uzağam. Mən xoflanıram Allahdan – aləmlərin Rəbbindən!»
«Həşr» surəsi (59) 17 –24 -cü ayətlər (17).Oldu hər ikisinin aqibəti: onlar hər ikisi oddadırlar, həmişəlik orada qalacaqlar. Bu cəzasıdır zalimlərin! (18).Ay o kəslər ki, inanırsınız! Qorxun Allahdan! Nəzər salsın nəfs ki, qabaqcadan nə hazırlamışdır sabah üçün. Qorxun Allahdan, həqiqətən, Allah Xəbirdir nə ilə ki, əməldəsiniz! (19).O kəslər kimi olmayın ki, Allahı unutdular və O da onlara öz nəfslərini unutdurdu. Həmin onlar fasiqlərdir! (20).Od əshabı cənnət əshabı ilə bərabər deyil. Əshabı cənnətin – onlar müvəffəq olanlardır! (21).Əgər nazil etsəydik bu Qur’anı dağın üzərinə, onun Allahdan çəkinərək parça-parça olduğunu görərdin. Bu məsəlləri insanlar üçün vururuq, ola ki, fikirləşələr! (22).O Allahdır – Odur ki, yoxdur İlahi, ancaq Odur! Qeybə və şəhadətə Alimdir. O Rəhmandır, Rəhimdir! (23).O Allahdır – Odur ki, yoxdur İlahi, ancaq Odur! Məlikdir, yəni şahdır, Qüddüsdür, yəni müqəddəsdir, Salamdır, yəni sülh sevərdir, Mumindir, yəni inanandır, Mühəymindir, yəni qoruyandır, Əzizdir, yəni izzətlidir, Cabbardır, yəni güclüdür, Mütəkəbbirdir, yəni təkəbbürlük Ona yaraşır! Sübhandır Allah nədən ki, şərik qoşurlar! (24).O Allahdır – Xaliqdir, yəni xəlq edəndir, Bariydir, yəni ucaldaraq yaradandır, Musavvirdir, yəni surət verəndir! Onun üçündür bütün yaxşı adlar. Saya salır Onun üçün nə ki, səmalardadır və nə ki, ərzdədir. O Əzizdir, Həkimdir!
«İmtahan olunan» surəsi (60) (1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay o kəslər ki, inanırsınız! Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dost kimi məhəbbətlə görüşürsünüz, onlar isə kafir oldular, nə ki, gəldi sizə haqdan. Xaric edirlər rəsulu və sizi, ondan ötrü ki, inanırsınız Allah ilə – Rəbbiniz ilə sizin. Əgər çıxırsınız cihada Mənim yolumda və Mənim razılığımı axtarmağa, siz onlara məhəbbətinizi sirli etdiniz. Mən bilirəm nə ilə ki, məxfi etdiniz və nə ki, elan etdiniz. Kim fəailiyyət edərsə onu sizdən, fəqət zəlil olub yoldan. (2).Əgər onlar sizi görsələr, onda sizə düşmən olarlar. Əllərini və dillərini sizə pisliklə açarlar və istəyərlər ki, siz də kafir olasınız. (3).Mənfəət verməyəcək sizə qohumlarınız və övladlarınız. Qiyamətin günü aranızda fasilə edər. Allah nə ilə ki, əməldəsiniz, Bəsirdir! (4).Əlbəttə, sizin üçün yaxşı nümünə oldu İbrahimdə və o kəslərdə ki, onunla idi. Onda dedilər öz qoumlarına: «Biz uzağıq sizdən və nədən ki, ibadət edirsiniz Allahdan başqasına. Biz kafirik sizə və bizim aramızda və sizin aranızda bundan sonra ədavət və nifrət vardır əbədi olaraq, ta inanasınız Vahid Allah ilə». Ancaq sözü İbrahimin atası üçün olmasaydı: «Mən sənin üçün bağışlanmaq istəyəcəyəm və mən sənin üçün Allahdan bir şeyə malik deyiləm. Rəbbimiz! Sənə təvəkkül edirik və Sənə tərəf döndük və Sənə tərəfdir qayıdış! (5).Rəbbimiz! Bizi sınaq vasitəsi etmə o kəslər üçün ki, kafirdirlər və bağışla bizim üçün. Rəbbimiz! Həqiqətən, Sən – Sən Əzizsən, Həkimsən!»
«İmtahan olunan» surəsi (60) 6 –11 -ci ayətlər (6).Əlbəttə, oldu sizin üçün onlarda yaxşı nümunə – o kəs üçün ki, Allaha tərəf qayıtmağına və axirət gününə ümidi oldu. Kim üz döndərirsə və həqiqətən, Allah - O Qənidir, Həmiddir! (7).Ola bilsin ki, etsin Allah sizinlə və o kəslərin ki, siz onlarla düşmənçilik edirsiniz, aranızda məhəbbət. Allah Qadirdir! Allah Ğəfurdur, Rəhimdir! (8).Nəhy etmir Allah sizə o kəslərdən ki, dində sizinlə döyüşməyirlər və sizi öz diyarınızdan xaric etməyirlər, onlara yaxşılıq edəsiniz və onlara qarşı insaflı olasınız. Həqiqətən, Allah sevir insaflıları! (9).Həqiqətən, Allah nəhy edir sizi dost tutmayasınız o kəslərdən ki, sizinlə dində döyüşürlər və sizi öz diyarınızdan xaric edirlər və sizin xaric olunmanızda bir-birinə arxa və kömək olurlar. Kim onları dost tutarsa – həmin onlar zalimlərdir! (10).Ay o kəslər ki, inanırsınız! Onda ki, sizin yanınıza hicrət edən inanan qadınlardan gəldilər, onları imtahan edin. Allah onların imanını bilir. Əgər bilsəniz onlar inanandırlar və onda onları kafirlərə tərəf qaytarmayın. Halal deyil o qadınlar onlar üçün və onlar da o qadınlar üçün. Əta edin onlara nə ki, infaq ediblər. Yoxdur günah sizin üzərinizdə ki, onlarla nigah edəsiniz, onda ki, əta edərək onlara ücrətlərini. Saxlamayın kafir qadınları və istəyin nə ki, onlar üçün infaq etmisiniz. İstəsinlər onlar da nə ki, infaq ediblər. Belədir sizin üçün hökmü Allahın. O sizin aranızda hökm edir. Allah Alimdir, Həkimdir! (11).Əgər sizin zövclərinizdən biri sizdən kafirlərə tərəf gedərsə, verin o kəslərə ki, zövcləri gedib, mislini nə ki, infaq ediblər. Qorxun Allahdan – Odur ki, siz Onun ilə inanırsınız!
«İmtahan olunan» surəsi (60) 12 –13 -cü ayətlər (12).Ay nəbi! Onda ki, sənin yanına inanan qadınlar beyət etmək üçün gəldilər, gərək itaət edərək əhd edələr ki, heç vaxt Allah ilə şərik qoşmayacaqlar bir şeyi və oğurluq etməyəcəklər və zina etməyəcəklər və övladlarını öldürməyəcəklər və gəlməyəcəklər böhtan ilə iftira edərək onu əlləri və ayaqları qarşısında və mərifətli işlərdə sənə asi olmayacaqlar. Beyətlərini qəbul et və onlar üçün Allahdan bağışlanmaq istə, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir! (13).Ay o kəslər ki, inanırsınız! Allahın qəzəbləndiyi qoumnan dostluq etməyin. Əlbəttə, onlar axirətdən məyusdurlar, nə qədər məyus idilər kafirlər əshabından qəbrlərin!