«Nuh» surəsi (71)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Həqiqətən, Biz göndərdik Nuhu qoumuna tərəf ki: «Nəzərinə çatdır qoumunun ələmli əzab onlara gəlməmişdən qabaq!» (2).Dedi: «Ay qoumum! Mən sizin üçün aşkar nəzərə çatdıranam: (3) ibadət edin Allaha və qorxun Ondan və itaət edin mənə! (4).Bağışlar sizi O günahlarınızdan və təxirə salar sizin üçün tərəfinə əcəlin toxunanın. Həqiqətən, Allahın əcəli onda ki, gəldi, təxirə salınmaz, əgər bilsəydiniz!» (5).Dedi: «Rəbbim! Mən gecə və gündüz qoumumu çağıraraq dəvət etdim. (6).Mənim dəvətim onlarda ancaq fərariliyi artırdı. (7).Mən külli nə ki, dəvət etdim onları, bağışlamağın üçün onları, onlar barmaqlarını qulaqlarına qoyub və paltarları ilə özlərini örtdülər və israr edərək təkəbbürcəsinə təkəbbürlük etdilər. (8).Sonra mən onları açıqda, uca səslə dəvət etdim. (9).Sonra mən elan etdim onlara aydın və müsahibə etdim onlarla sirli olaraq gizli (10) və dedim: “Bağışlanmaq istəyin Rəbbinizdən. Həqiqətən, O Ğəfurdur,
«Nuh» surəsi (71) 11 –28 -ci ayətlər
(11) göndərə səmadan üzərinizə gur yağışı. (12).Və imdad edər sizə mal və oğullarla və edər sizin üçün cənnətlər və edər sizin üçün nəhrlər. (13).Nə üçün ümid etmirsiniz vüqarlı Allaha? (14).Əlbəttə, xəlq etdi sizi dövrlərdə. (15).Ə, görmürsünüz, necə xəlq etdi Allah yeddi səmanı təbəqə-təbəqə? (16).Etdi onlarda qəməri nurlu və etdi şəmsi şölə saçan çıraq. (17).Allah bitirdi sizi ərzdən bitki kimi. (18).Sonra qaytarar sizi ora və xaric edər sizi ixracnan. (19).Allah etdi sizin üçün ərzi döşənmiş, büsatlı, (20) ondan ötrü ki, siz onda olan geniş yollarla gedəsiniz!». (21).Dedi Nuh: «Rəbbim! Həqiqətən, onlar asi oldular mənə və tabe oldular o kəsə ki, malı və övladı artırdı ona ancaq xəsarət. (22).Məkr etdilər böyük məkrlə (23) və dedilər: “Tərk etməyin ilahilərinizi və tərk etməyin Vəddi və Suvaı və Yəğusu və Yəuqu və Nəsri!” (24).Əlbəttə, əksəriyyətini zəlalətə saldılar. Artır zalimlərə ancaq zəlalət!» (25).Nədən ki, xəta etdilər onlar, qərq olundular və daxil oldular oda. Tapılmadı onlar üçün Allahdan başqa yardımçı. (26).Dedi Nuh: «Rəbbim! Ərzdə kafirlərdən diyarlarında birini qoyma! (27).Həqiqətən, Sən əgər onları saxlasan, Sənin bəndələrini azdırıb yoldan çıxardarlar və kafir və azğın övladdan başqa bir şey zühura gətirməzlər. (28).Rəbbim, bağışla məni və mənim valideynlərimi və o kəsləri ki, mənim evimə inanan halda daxil oldu - inanan kişilərdən və qadınlardan. Və artır zalimlərə ancaq məhvi və həlakı!»
«Cinlər» surəsi (72)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! De: «Mənə vəhy olunur ki, bir neçə nəfər cinlərdən dedilər: “Həqiqətən, eşitdik biz əcəb bir Qur’an! (2).Hidayət edir ərşad olan yola tərəf. İnandıq biz onun ilə və bir kəsi Rəbbimizə şərik qoşmarıq. (3).Həqiqətən, O - ucadır Rəbbimiz, götürmədi Özünə sahibə və övlad. (4).Həqiqətən, bizlərdən səfeh olanlar Allah barəsində deyirdilər həddi aşaraq qeyri haqq sözlər. (5).Biz zənn etdik ki, heç vaxt insanlar və cinlər Allahın üzərinə yalan deməzlər. (6).Həqiqətən, insanlardan olan kişilər pənah apardılar cinlərdən olan kişilərə və onlar artırdılar onlara ağılsızlığı. (7).Həqiqətən, onlar zənn etdilər, nə qədər siz zənn etmişdiniz ki, Allah heç vaxt bir kəsi qaldırmayacaq. (8).Və biz toxunduq səmaya və onu çoxlu od gülləsi ilə silahlanmış, qolu qüvvətli və qüdrətli qoruqçularla dolu tapdıq. (9).Biz oturacaqlarda onun yanında oturduq qulaq asmaq üçün. Kim indi qulaq asırsa, o, özü üçün od gülləsi tapar. (10).Biz bilmirik ərzdə olanlar üçün şər istəyirlər, ya iradə etdi onlar üçün Rəbləri rəşdə yetişməyi. (11).Bizim aramızda salehlər vardır və bizim aramızda var o kəslər ki, bundan da aşağı. Biz müxtəlif təriqətlərdə olduq. (12).Biz zənn etdik ki, heç vaxt Allahı ərzdə aciz edə bilmərik və heç vaxt qaçmaqla da aciz edə bilmərik. (13).Biz, amma elə ki, eşitdik hidayət haqqında, biz Onun ilə inandıq. Kim inanarsa Rəbbinə, xoflanmaz incidilməkdən və ağılsızlıqdan.
«Cinlər» surəsi (72) 14 –28 -ci ayətlər
(14).Həqiqətən, bizdən təslim olanlar vardır və bizdən geriyə çəkilənlər vardır. Kim təslim olan oldu – həmin onlardır ki, ərşad yol ilə getmişlər. (15).Amma geriyə çəkilənlər - onlar cəhənnəm odunun odunları oldular!”» (16).Əgər istiqamətli olub, yolun üzərində düz dayansaydılar, Biz onları içirdib doydurardıq gur yağış suyu ilə, (17) sınamaq üçün onları onda. Kim üz çevirirsə zikrindən Rəbbinin, onu aparar O ağır əzabda. (18).Həqiqətən, məscidlər Allah üçündür və çağırmayın Onunla yanaşı birini! (19).Həqiqətən, amma elə ki, qalxdı bəndəsi Allahın çağıraraq Ona tərəf, az qalmışdı olsunlar üzərində onun sıx. (20).De: «Həqiqətən, mən çağırıram Rəbbimə tərəf və Onunla şərik qoşmuram birini!» (21).De: «Həqiqətən, mən malik deyiləm sizin üçün zərərə və rəşdə!» (22).De: «Həqiqətən, məni Allahdan bir kəs müdafiə edə bilməz və Onun yanından başqa sığınacaq tapa bilmərəm – (23) ancaq təbliğ Allahdan və risalətini Onun!» Kim asi olarsa Allaha və Onun rəsuluna, onun üçün cəhənnəm odu var, hansı ki, orada həmişəlik olaraq əbədi. (24).Ta onda ki, gördülər nə ki, onlara vəd verilib və bilərlər kim zəifdir yardım tərəfindən və azdır sayda. (25).De: «Mən bilmirəm, yaxındırmı sizə vəd olunan, yoxsa onun üçün Rəbbim vaxt təyin etmişdir (26) – Alimdir qeybə. Qoymaz birinə zahirə çıxartmağa qeybini Onun, (27) ancaq razı olduğu rəsuldan başqa. Həqiqətən, O göndərər onun qarşısından və arxasından müşahidə edənləri, (28) bildirmək üçün ki, onlar Rəblərinin risalətini təbliğ edirmi. O əhatə edər, nə ki, onlarda var və hesablayıb külli şeylərin sayını.
«Bürünmüş» surəsi (73)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay bürünmüş! (2).Qalx gecələrdə, ancaq azca – (3) yarısını onun, ya ondan azca azalt, (4) ya artır üzərinə onun və tilavat et Qur’anı tilavatla! (5).Həqiqətən, Biz göndərəcəyik sənə ağır sözü. (6).Həqiqətən, gecə ayağa qalxmaq – o, şiddətli təsir edəndir və ayağa qalxıb düz danışıqdır. (7).Həqiqətən, sənin gündüz uzun-uzadı böyük işlərin vardır. (8).Zikr et ismini Rəbbinin və çalış Ona tərəf bütün çalışmağınla. (9).Məşriqin və məğribin Rəbbidir! Yoxdur İlahi, ancaq Odur! Götür Onu vəkil! (10).Və səbr et üzərində nə ki, deyirlər və hicrət et onlardan gözəl hicrətlə. (11).Tərk et Məni yalançı sayan nemət sahibi ilə və onlara azca möhlət ver. (12).Həqiqətən, ağır yüyən zəncirlər və od Bizim yanımızdadır. (13).Və boğazda qalan təam və ələmli əzab. (14).Həmin gün necə ki, ərz və dağlar titrəyər və dağlar qum kimi dağılıb, səpələnər! (15).Həqiqətən, Biz göndərdik üzərinizə sizin rəsulu şahid olsun əleyhinizə sizin, nə qədər göndərmişdik tərəfinə Firaunun rəsulu. (16).Asi oldu Firaun rəsula və tutduq Biz onu ələmli tutmaqla. (17). Və necə qorxansınız əgər kafirsiniz günnən – edər uşaqları ağsaçlı? (18).Səma yarılar onun ilə, vədi Onun fəaliyyətdə olar. (19).Həqiqətən, bu, zikrdir. Kim istəsə seçib götürər özü üçün Rəbbinə tərəf yolu.
«Bürünmüş» surəsi (73) 20-ci ayət
(20).Həqiqətən, Rəbbin bilir ki, sən bəzi vaxt gecənin üçdə iki qismətinə yaxın və bəzi vaxt gecə yarısına kimi və bəzən onun üçdən bir qismətin və bir tayfa o kəslərdən ki, səninlədir, ayağa qalxaraq oyaq qalırsan. Allahdır ki, gecə və gündüzü təqdir edir. O bilir ki, siz bunu nəzərə almayacaqsız və qayıtdı O üzərinizə sizin. Qiraət edin Qur’andan sizə yüngül olanı. Bilir ki, olacaqdır sizdən xəstələr. Və axırdakılar ərzdə zərbə vururlar, axtarırlar fəzlindən Allahın və axırdakılar döyüşürlər yolunda Allahın. Qiraət edin ondan sizə yüngül olanı və ayağa qalxın islahat üçün və əta edin zəkatı paklanmaq üçün. Borc verin Allaha yaxşı borc verməklə. Nə ki, hazırlasanız nəfsiniz üçün xeyirdən, tapacaqsınız onu Allah yanında, o, xeyirdir və əzəmətli əcrdir. Bağışlanmaq istəyin Allahdan, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
«Örtüyünə bürünmüş» surəsi (74)
(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Ay örtüyünə bürünmüş! (2).Qalx və nəzərə çatdır. (3).Və Rəbbini təkbir deyərək böyük bil! (4).Və paltarını pak saxla! (5).Və ricsdən hicrət et! (6).Və minnət qoyma çox bilərək. (7).Və Rəbbin üçün səbr et! (8).Onda ki, quruldadı quruldayanda (9) və bu, o gündür – ağır gün. (10).Üzərində kafirlərin qeyri yüngül! (11).Tərk et Məni və o kəsi ki, Mən vahid xəlq etdim! (12).Etdim onun üçün geniş mal və sərvət. (13).Və oğullar şahid – yanında hazır olanlar – (14) və artıqlaması ilə onun üçün yüngül etdik. (15).Sonra tamahı var ki, artırım. (16).Belə deyil! Həqiqətən, o, Bizim ayətlərimiz qarşısında inad edən oldu! (17).Mən onun üzərinə «Qalxmaq!» qoyacağam!
«Örtüyünə bürünmüş» surəsi (74) 8 –47 -ci ayətlər
(18).Həqiqətən, o fikirləşdi və qədərini hesabladı. (19).Ölüm olsun ona! Necə o, qədərini hesabladı! (20).Sonra ölüm olsun ona! Necə o, qədərini hesabladı! (21).Sonra nəzər saldı! (22).Sonra əbəs və turşutdu, (23) sonra idbarcasına və təkəbbürcəsinə (24) və dedi: «Bu, ancaq sehrdir, sərilir! (25).Bu, ancaq bəşər sözüdür!» (26).Mən onu yandıraram Səqərdə! (27).Nə idrak sahibisən, nədir Səqər? (28).O baqi etməz və tərk etməz! (29).Yandırandır bəşər üçün. (30).Onun üzərində – on doqquz. (31).Etdik Biz sahibini odun, ancaq mələklər. Etdik onların sayını sınaq o kəslər üçün ki, kafirdirlər, ondan ötrü ki, yəqin bilsinlər o kəslər ki, kitab verilib və artırsınlar o kəslər ki, inanırlar, imanlarını. Və şübhədə olmasınlar o kəslər ki, onlara kitab verilib və inananlar. Ondan ötrü ki, deyələr o kəslər ki, qəlblərində mərəz var və kafirlər: «Bu məsəllə Allah nə istəyirdi?» Beləcə Allah kimi istəsə zəlalətdə tərk edər və kimi istəsə doğru yola hidayət edər. Heç kim Rəbbinin qoşunları haqqında bilməz, ancaq Ondan başqa. Nə ki, o, ancaq zikrdir bəşər üçün. (32).Belə deyil! And olsun qəmərə! (33).Və gecəyə, onda qayıdır (34) və sübhə, onda ki, işıqlanar! (35).Həqiqətən, o, böyüklərdən biridir! (36).Nəzərə çatdırmaq bəşər üçün – (37) o kəslər üçün ki, istəyirlər sizdən qədəm götürsünlər, ya təxirə salsınlar. (38).Külli nəfs nə ilə ki, kəsb edib, girovdur. (39).Sağ tərəfin əshabından başqa – (40) cənnətlərdə onlar bir-birindən sual edirlər. (41).Cərimə olunmuşlar haqqında: (42).«Nə saldı sizi Səqərə?» (43).Dedilər: «Biz diləyənlərdən deyildik (44) və miskinə təam vermirdik. (45).Biz çirkinlikdə olanlarla çirkinlikdə olduq. (46).Və din gününü yalan sayanlar olduq, (47) ta yəqinlik bizə gələnə qədər!»
«Örtüyünə bürünmüş» surəsi (74) 48 –56 -cı ayətlər
(48).Şəfa edənin şəfaətinin onlara mənfəəti olmadı. (49).Onlara nə olub ki, zikrdən üz çevirirlər, (50) sanki onlar vəhşi himarlar kimidirlər, (51) qalib gələndən qaçdılar? (52).Bəli! Külli kəs onlardan istəyir ki, versinlər ona səhifələr, nəşr olunmuş. (53).Belə deyil! Bəli, onlar axirətdən xoflanmırlar! (54).Belə deyil! Həqiqətən o, zikrdir! (55).Kim istəsə zikr edər onu. (56).Zikr edə bilməzlər, ancaq ki, Allah istəyə. O təqvaya layiqdir və məğfirətə layiqdir!
Dostları ilə paylaş: |