F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə16/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   12   13   14   15   16   17   18   19   ...   83
Vizual ünsiyyət. Siqnal etiketləri, qrafik sistemləri, oyun kartları, rebus, arxitektonik proyektlər, xoreoqrafik qeydlər, coğrafi və topoqrafik xəritələr buraya daxildir.

Obyektlər sistemi: arxitektura və obyektlər.

İntriqaların strukturu: oyunlar və folklor deyimləri, kriminal romanlara, KİV-lərə qədər.

Mədəni kodlar: etiketlər, hierarxiya göstəriciləri, mədə­niyyətlərin tipologiyası, dünyagörüşünün ictimai təşkilinin mo­delləri, mədəni kodlar.

Estetik kodlar və xəbərlər. Estetik zövq və ləzzət, mədəniyyət və cəmiyyət arasındakı əlaqələr, işarələrin estetik istifadəsi bu qəbildəndir.

KİV. Çoxsaylı problemlərin həllinə kömək edilir. Bu se­mi­otika kriminal roman, şlager, film, detektiv və s. sahələri əhatə edir.

Cəmiyyətdəki fərqlər və oxşarlıqlar, kommunikasiya kanalları sosial fərqləri nəzərə almaqla işləməsi; produksiyanı son dərəcə yaxşı hazırlayıb yaymaq və s. Müasir texnologiya xəbərin nəinki formasını, həm də məzmununu dəyişir.



Ritorika: Aristoteldən bəri ritorika semiotikanın obyekti olub. O, ümumi semiotikanın ikinci yerində gəlir16.

Burada məlumat verən yox, nəyəsə xidmət edən işarələr çö­zələnməlidir. Arxitekturada istifadə olunan obyekt həm də bu isti­fadənin işarəsidir.

Buraya semiotikanın fəlsəfi problemləri daxildir. Burada semiotik qanunlar operasiya modelləri kimi götürülür, yəni o, struktur məntiqlə dialektik məntiq arasındakı dialektik vəhdətdir.

Maraqlı problemlərdən biri də ünsiyyət dünyası ilə qeyri-semiotik vəziyyətlər dünyası arasındakı işarənin rolu ilə bağlıdır. Kommunikasiya ilə məşğuliyyət yəqin qeyri-semiotik vəziyyətlə bağlıdır. Semiotika təkcə işarələr nəzəriyyəsilə deyil, həm də işarə­lər praktikasının metodologiyasını nəzərdən keçirməlidir.17




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin