F. H. Zeynalov


III.5. Semiotikanın müasir mərhələsi



Yüklə 1,55 Mb.
səhifə21/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   17   18   19   20   21   22   23   24   ...   83
III.5. Semiotikanın müasir mərhələsi
İsveçrə alimi J.Piajenin (1896-1980) danışığın və təfəkkürün ontogenezilə bağlı fikirləri ciddi maraq doğrur. O yazır ki, düşüncə sxemi hər bir uşaqda müxtəlif olur. O güman edirdi ki, işarənin yaranması (simvolik və ya semiotik funksiyalar) anadangəlmə olma­sa da, ümumiləşmənin formalaşması üçün zəruri şərtdir. İşa­rənin yaranması dildən qabaqdır, ancaq o, dildən genişdir. “Sim­volik və ya semiotik funksiya uşaqda iki yaşında formalaşır...Dil semiotik funksiyanın yalnız tərkib hissəsidir (sösüz, vacib, mən bunu inkar etmirəm), ancaq tərkib özü də simvolik funksiyanın icralarının toplusunda çox məhdud hissədir.” 51

N.İ.Jinkin (1893-1979) mənanın genezisi və insan dililə hey­vanların səs çıxartmaları arasındakı fərqləri dərindən öyrənən alimlərdəndir. Əsas fərq bu alimə görə, insanda farinksin rolunun bö­yük olmasındadır, insanda səslənmədə farinkslə yanaşı ağız və burun boşluqları iştirak edir, meymunda və yeni doğulan uşaqlarda farinks səslənmə ilə əlaqədar deyildir. Digər tərəfdən, insanlarda hierarxik quruluş var, yuxarı səviyyənin vahidi aşağı səviyyə vahidi üzərində dayanır, bununla da supraişarə yaranır.52

P.Bart (1915-1980) da kütləvi informasiyanın öyrənilməsində və Parisdə “İşarələrin, simvolların və təsvirlərin sosiologiyası” dərnəyinə rəhbərlik edəndə moda haqqında danışarkən iki cəhəti xüsusi vurğulayır və yazır ki, moda semiotikasında real paltarla ya­naşı “paltar-obraz” və “paltar-təsvir” mühüm rol oynayır. Jurnalı açanda çoxlu paltar şəkli görürük: birini şəkildə göstərirlər, bu paltar-obrazdır, o birisini isə təsvir olunan, sözlə şərh olunan paltar kimi verirlər.


Şəkil 6. Müxtəlif paltar növləri (dəridən, astarı yun, qadın paltarı, paltar-obraz, paltar-təsvir)
Daha sonra R.Bart semioloji paradoks anlayışını irəli sürür. Onun məğzi ondadır ki, işarə funksiyaları əvvəllər işarə olmayan şeylərə şamil edilir, ya da əksinə, şeylər öz işarəvilik funksiyasını itirir. Məsələn, yol üstündəki evin qabağında böyük çinar var. Ev sahibi onun altında oturacaq düzəldir. İşarə kölgələnmək, istirahət etmək funksiyası qazanır. Sonra evin xanımı şikayətlənir, ağacın altında oturanların səsindən bezir. Kişi də səhərisi günü oturacağı söküb atır. Oturacaq işarəsi konnotasiya adlanır. R.Bart işarələrin işlənməsində (sintaksis, semantika, praqmatika) elə xüsusiyyətlərin olmasını qeyd edir ki, onlar bədii mətnlərin forma, istiqamət və üslublarına uyğun gəlir. O göstərir ki, nəqli mətnlərdə ardıcıllıq pozula bilər, ancaq işgüzar mətnlərdə ciddi ardıcıllıq gözlənilir və özü də proqressiv olur. O yazır ki, dil vacib, ədəbiyyat isə fakültə­tiv­dir, ona görə də dil məcburilik, ədəbiyyat isə “hakimiyyətsizliyə” həvəs göstərir. Biz dillə oynayırıq, onu axmaq yerinə qoyuruq, bu bicliyi, bu əla yanlışlığı, bizə sözün permanent ideyasını həyata keçir­məyə imkan verən, bu, hakimiyyəti olmayan dili mən ədəbiyyat adlandırıram.53.

Son dövrlərdə italyan alimləri U.Eko və U.Volli semiotikaya dair sanballı əsərlərilə diqqəti cəlb edirlər. Onların semiotikanın strukturu, hüdudları və perspektivilə bağlı olduqca dəyərli fikirləri vardır. Onlar ümumi semiologiyanı (dil fəlsəfəsi və kommunikasiya nəzəriyyəsi) və xüsusi semiotikanı fərqləndirir, sonra isə mədəniy­yətlərin semiotik tipologiyasını (dil, siyasət, tərbiyə və əxlaq), arxitektura, ritorika, reklam, paralinqvistik kodların (jest və mimi­ka)növlərini ayırmaqla, konkret kodların və işarə situasiyalarının öyrə­nilməsinə xüsusi fəsillər həsr etmişlər.54

Onlar semiotikanın perspektivini çox geniş görür, hesab edirlər ki, in­san və cəmiyyət ümumi qlobal kommunikasiya kontekstində öyrə­nilməlidir.

Sovet dövründə Y.M.Lotman (1922-1993) Tartu semiotik məktəbində əsas ideya generatoru olub.

Semiosfera konsepsiyası onun adı ilə bağlıdır. Semiosfera düşüncənin işarə dayaqları sistemdir, yəni mənaların daşıyıcısı və ötürücüsü, informasiyanın ötürülməsi kanalları və vasitələridir:

1. Semiosfera semiotikadanxaric məkanlardan ayrılır, o, semiotik strukturların ansamblıdır.

2. Semiosferanın səviyyəli (hierarxik) və daxilən nahamar strukturu və dinamikası var.

3. İnformasiyanın yaranması prosesləri və semiozis yalnız qarşılıqlı əlaqədə müxtəlif semiotik strukturların dialoqunda mümkündür.

4. Semiosferanın diaxron dərinliyi var, çünki o, mürəkkəb yaddaş sistemilə yüklənib və bu yaddaşsız işləyə bilməz.57

1971-ci ildə Y.S.Stepanov (1930-) “Semiotika” adında kitab çap etdirib və orada 5 istiqaməti ayırıb: biosemiotika, etnose­miotika, linqvosemiotika, abstrakt semiotika və ümumi semiotika balıqların və arıların dilindən tutmuş hindu ritualları və məntiqi para­doksalara qədər semiotik qanunauyğunluqları öyrənən sahələr­dir. Y.S.Stepa­nov “dil-az, dil-lap az, dil-qeyri dil” qarşılaşmalarını fərqləndirir58.

Dilin işarəviliyi haqqında ən çox yazan dilçilərdən biri də Y.S.Maslovdur (1908-1977).59

Y.S.Maslovun işarə konsepsiyası barədə biz yuxarıda ətraflı məlumat vermişik (bax: I fəsil). Lap bu yaxınlrda belorus təd­qiqatçısı N.B.Meç­kovskayanın semiotika haqqında çox maaqlı bir əsəri çapdan çıxmışdır.60




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin