F. H. Zeynalov


IX.6. Dil işarələrinin hierarxikliyi



Yüklə 1,55 Mb.
səhifə53/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   49   50   51   52   53   54   55   56   ...   83
IX.6. Dil işarələrinin hierarxikliyi

ikili üzvlənməsi


Dil işarələrinin daha bir əlaməti də nəzərdən keçirilməlidir. Bunu hierarxiklik kimi müəyyənləşdirə bilərik. Bunun mahiyyəti ondadır ki, aşağı səviyyənin vahidi mütləq yuxarı səviyyənin tərki­bində çıxış etməlidir. Yuxarı səviyyənin vahidi isə aşağı səviyyənin ən azı bir elementindən ibarət olmalıdır. Məsələn, Azərbaycan dilində? Kim gəlir? sualına cavab olaraq biz /O/ deyə bilərik. Cavab həm fonem,həm morfem, həm leksem, həm də söyləm olur. Bu, nadir hallarda baş verir. Normal olaraq morfem ən azı iki fonemdən (şə­kilçi morfemlər və birhecalı /it/, /at/ və s .kimi sözlərimiz buna misal ola bilər), ən çoxu isə bir neçə fonemdən ibarətdir. Eləcə də leksem­lərimiz və söyləmlərimiz ən azı bir morfem və bir neçə morfemdən ibarət olur. Elə bu keyfiyyətini nəzərə alaraq N.Xomski yazır ki, dil sonu məlum elementlərdən düzələn sonu bəlli olmayan cümlə­lərdən ibarətdir.8

Dil işarələrinin daha iki əlamətini burada göstərmək istərdik. Onlardan biri təkrarlana bilməkdir, ikincisi isə ikili üzvlənməyə məruz qala bilməkdir. Dil işarələri tez –tez müxtəlif dəyişikliyə məruz qalmaqla təkrar olunsa da, öz identikliyini itirmir. Məsələn, ingilis dilində /ks/ (ox), /ksın/(oxen), /ksiz/ (oxe`s) və /ksınz/(oxen`s) sözlərində kök morfem dəyişikliyə uğramaqla dörd allolek­sem­də işlənir, ancaq öz eyniliyini qoruyub saxlayır. O ki qaldı ikili üzvlənməyə, bunu hələ vaxtilə A.Martine(1908-1999) irəli sürmüşdü.9 O, birinci üzvlənmənin vahidini monem (morfem anlamına uyğun gətirir - F.V.), ikincininkini isə fonem adlandırırdı. Məsələn, /atı/ leksemində iki monem və üç fonem vardır. Digər işarələrin heç birində buna bənzər üzvlənmə yoxdur.

Beləliklə, bu kiçik şərhlər dil işarələrinin bəzi spesifik əlamətlərini açıb göstərməyə qismən də olsa imkan verdi. İndi vəzifə dilin işarəviliyini şərh edəndə başqa əlamətləri də tapmaqdan ibarətdir. Ancaq bu tamam başqa bir layihənin mövzusu ola bilər. İrəlidə bizi dil işarələrinin semantik təsviri gözləyir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin