F. H. Zeynalov


XI. Dil işarələrinin praqmatik 337



Yüklə 1,55 Mb.
səhifə6/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   2   3   4   5   6   7   8   9   ...   83
XI. Dil işarələrinin praqmatik 337

və siqmatik xüsusiyyətləri 337

XI.1. Ümumi qeydlər 337

XI.2. İşarələrin aspektləri haqqında 337

XI.3. Dil işarələrinin praqmatik 346

və siqmatik təhlili 346

XI.4. Fəslin ədəbiyyatı və qeydlər 351



Ad göstəriciləri 352

Özək sözlər 355

ÖN SÖZ

Semiotika sahəsində son illərdə çoxşaxəli fikirlərə və müla­hizələrə rast gəlmək olur. Müasir dilçilikdə semiotikanın geniş vüsət almasına R.Yakobson, T.Sebeok, U.Eko, A. Qraimas və rus dilçiliyində Y.Maslov, Y.Stepanov, N.B.Meçkovskaya kimi alim­lər güclü təkan vermişlər. Hazırda bütün elm sahələrində semiotik ümumiləşmələrə can atırlar.

İndi biokommunikasiyadan tutmuş canlı insan dilinə qədər hər yerdə semiotik baza axtarılır. Dil də xüsusi semiotik işarə sistemi olmaqla bərabər digər semiotik sistemlərlə oxşar cəhətlərə malikdir. Bu hər şeydən öncə dilin də başqa semiotik sistemlərdə olduğu kimi əsas funksiyalarından birinin məlumatın törəməsi, saxlanılması və ötürülməsi funksiyasını yerinə yetirə bilməsindədir. Ancaq başqa semiotik sistemlərdən fərqli olaraq dilin ən başlıca fərqləndirici cəhəti onun maddi tərəfinin səsdən ibarət olmasıdır. Dil səsləri deyilməli, tələffüz edilməli və eşidilməlidir. Musiqi də ifa olunur, çalınır və eşidilir, ancaq o heç vaxt dili əvəz edə bilməz, çünki musiqidəki tonları və ton ardıcıllığını adi adam başa düşə bilmir. Adi adam musiqini bütöv, hissələrinə parçalanmayan melodiya kimi dərk edir. Bu, melodiyada, fransız dilçisi A.Martine demişkən, birinci və ikinci üzvlənmə yoxdur, danışıq aktında olduğu kimi, musiqidə fonem və morfem ardıcıllığı yoxdur. Deməli, musiqinin maddi tərəfi var, bu mənada o, dilə oxşayır. Ancaq deyildiyi kimi, melodik substansiya diskret elementlərin ardıcıllığından ibarət deyildir. Musiqidə də ayrı-ayrı tonları göstərməyə və bütöv musiqi əsərini onların ardıcıllığı kimi şərh etməyə cəhd göstərilsə də, musiqidəki /do, re, mi, fa, sol, lya, si/ notları dildəki fonemlər kimi ixtiyari və diskret deyildir. Dildə fonemin birini götürüb yerinə başqasını qoysaq yeni bir işarə yaranar. Ancaq musiqidə bu cür rəftar etmək olmaz. Belə yerdəyişiklik kakofoniya yaradar.

Dil işarələri digər semiotik sistemlərdən məhz maddi substansiyasının yalnız səslərdən ibarət olması ilə seçilir. Lakin bununla yanaşı, dil də bütövlükdə spesifik işarələr sistemi yaratdığı, həm də digər işarələr arasında daha mükəmməl olduğu üçün onun ümumi semiotika adı altında birləşdirilməsi müasir elmin tələbidir. Bütün bunları nəzərə alaraq və humanitar elmlər sahəsində fonologiyanın yeni söz sahibi olduğunu əsas götürərək biz «Semiotika» adı altında bir əsər yazmağı çoxdan planlaşdırmışdıq. Onun bu şəkildə reallaşması yalnız indi mümkün oldu.

Kitabda işarə ümumi nəzəri və fəlsəfi planda araşdırılır, ontogenez və filogenez baxımdan işarə sistemləri öyrənilir, biokommunikasiyadan tutmuş insan dilinə qədər sadə və mürəkkəb semiotik sistemlər, habelə mədəni və süni işarə sistemləri dərin təhlil edilir, onların insan cəmiyyətində yeri və rolu şərh olunur və insan dili geniş material əsasında təhlil edilir. Aydındır ki, bu kitab ilk təşəbbüsdür və elə buna görə də nöqsanlarsız deyildir. Bütün nöqsanları görüb müəllifə çatdıracaq adamların hamısına bəri başdan təşəkkürümü bildirirəm.

Qəti şəkildə inanıram ki, bu kitab bir sıra ixtisas sahibləri, o cümlədən filosof, psixoloq, dilçi və semiotiklər üçün maraqlı informasiya mənbəyi olmaqla, həm də tez-tez müraciət olunan bir qaynaq olacaqdır və gələcəkdə bu sahədə çalışanlar üçün bir dayaq rolunu oynayacaqdır.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin