F. H. Zeynalov



Yüklə 1,55 Mb.
səhifə72/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   68   69   70   71   72   73   74   75   ...   83
/su aydınlıqdır//; /təmizdir / su istəyirəm/ (göldəki)

/susuz çətindir//; /şirindir// /su istəmirəm/ (dənizdəki)

/su həyatdır// ; /lillidir// və s. /susuzlamışam/ (arxdakı)

sintaqmatika semantika praqmatika siqmatika
Sintaksis təbii dildəki birləşmə qaydalarını araşdırır. Məs., /dilxor/, /rüşvətxor/, /nəşəxor/ işlənir; ancaq */çayxor/, */şorbaxor/ deyilmir.

Süni dillərdə isə dildəki birləşmə əlaqələri formullar əsasında müəyyən edilir. Deməli, quraşdırılan dildə hansı əlaqələrin olub-olmaması müəyyən edilir.

Semantika da işarənin hansı mənalara malik olmasını öyrənir, konkret bir məqamda işarənin hansı mənada işlənilməsini araşdırır. Məs., /baş/ (ağacın, dağın, insanın) və s. anlamlarında işlənə bilir. Deməli, təsviri sintaksis və semantika dilçiliyə, formal sintaksis və formal semantika məntiqə aiddir.

Formal və təsviri sintaksisin oxşar cəhətləri onların hər ikisindəki birləşmə əlaqələrini öyrənməsindədir. Ancaq onların fərqi də var. Belə ki, formal sintaksis təsadüfləri nəzərə almır; işarələrin düzümü dəqiq və yoxlanılan olmalıdır. Təsviri sintaksis isə tarixi əlaqələri də nəzərə alır. Bu deyilənlər eynilə semantikaya da aiddir. Bundan başqa süni dillərin sintaktik özəlliklərini də sintaksis öyrənir. Süni dillər öz sintaktik strukturu baxımından formal mən­tiqin xüsusi hallarıdır. Odur ki, bu sintaksisi saf sintaktik nəzriyyə və ya məntiqi sintaksis kimi göstərirlər. Eyni sözləri se­mantika haqqında da demək olar. Saf semantik nəzəriyyə başqa sözlə məntiqi semantika adlandırılır. Məntiqi sintaksis və semantika qaydadan kənara çıxmanı, təsadüfi və tarixi məqamları nəzərə almadan dili öyrənir. Elə buna görə də onlar bütün dillərdə “təmizlənmiş” xüsususi halları tədqiq edir. Təsviri sintaksis və semantika isə bütün halları nəzərdən keçirir, qaydadan kənar və tarixi məqamları da öyrənir. Süni dillərdə müəyən məhduduiyət və bununla bağlı sintaktik və semantik strukturların istifadəsində bir dəqiqlik vardır.

Sintaktik və semantik əlaqələrin növləri haqqında dildə söylənilən ifadələr metadilə aiddir.

Beləliklə, biz 4 cür əlaqənin hər tipi barədə müəyyən nəzə­riy­yələr yaratmış oluruq. İşarələr üçün əlaqələr sinifləri müəyyən edir­lər. Ayrı-ayrı sintaktik sistemlər ümumi sintaksis nəzəriyyəsinin xüsusi hallarıdır: Belə demək olar: x y dilinin sintaktik sistemidir. Bü­tün bu dörd əlaqəni öyrənən nəzəriyyələrin məcmusu semiotika adlanır.

Sintaksis İ və İ1 arasındakı əlaqəni öyrənir. Bu zaman sosial amillər və işarə ilə onu işlədən arasındakı əlaqələr nəzərə alınmır, yə­ni sözlər və söz birləşmələri, fonemlər, morfemlər və s. ara­sındakı qaydalar öyrənilir (funktorlar, arqumentlər, kvantifikatorlar və s.). Bu birləşmələrin düzgünlüyü müəyyən edilir, bir forma başqasına keçir. Formanın məzmunca uyğunluğu a priori nəzərdə tutulur.

İşarələrin düzümündə sintaktik (formal və ya təsviri) birmənalılıq mühüm rol oynayır. Ancaq bəzən cümlə ikimənalı da ola bilər. Müq.et: /o qoca/ atlıya yaxınlaşdı// və ya /o/, qoca atlıya yaxınlaşdı/. Burada fasilə və tonun hərəkəti başadüşməni asanlaşdırır və yersiz izafilikdən (redundantlıqdan) qaçmağa imkan verir. N.Xomskinin təbirincə desək, alt qat üst qatdakı düzümdən asılı olaraq müxtəlif cür açıla bilər.

Özü də bu ikimənalılıq cümlədəki sözlərin çoxmənalığından deyil, cümlənin sintaktik strukturundakı ambiqivitlikdən irəli gəlir. Təbii dillərdə belə şeylər tez-tez olur. Amerikan alimi H.Karri (Carry) çoxmənalı işarə düzümünü «politektonik» adlandırır. Sin­tak­tik nəzəriyyə müəyyən etməlidir: düzüm politonikdir, ya yox. Məlumdur ki, formal sintaksisdə belə şey ola bilməz. Belədə maşın çıxılmaz vəziyyətdə qalar, ya da səhv həll ortalığa qoyar. Deməli, süni dildə aydın çatışmazlıq təbii dil üçün üstünlük ola bilər. İkimənalı cümlələrin olması artıq redundantlıqdan qaçmaq üçün əsas yaradır. Məs., /Professorun dəvəti hamının ürəyindən oldu// cümləsi iki cür başa düşülə bilər. /Professoru dəvət edirlər/ və /Professor özü kimisə dəvət edir//. Real danışıqda presuppozisiya və danışıq məqamı belə çoxmənalılığı aradan qaldırmağa xidmət edir. Bu zaman semantik və praqmatik faktorlar həlledici rol oynayır. Burada transformasiya mühümdür. Məs., /o siqaret çəkir//®/siqareti o çəkir//®/siqaret onun tərəfindən çəkilir//®/o çəkir//®/siqaret çəkilir//, ancaq */siqaret onu çəkir// və */o çəkilir// mümkün de­yildir. Qısaldılmış elliptik cümlələrdə redundantlıq yoxdur, ancaq anlaşılmazlıq hər zaman meydana çıxa bilər.

Sintaksis dildə mümkün olan və ya hələ də işlənməmiş, ancaq qrammatik cəhətdən düzgün cümlələrin siyahısını sintaktik əməliy­yatlar vasitəsilə müəyyənləşdirməyə imkan verir. İkinci məsələ isə cümlənin konkret dilə məxsus olduğunu müəyyən etməyə xidmət edir. Cümlə düzdürsə, deməli, sayıla bilər, ancaq bütün sadalanan cümlələr heç də həmişə düzgün olmur.

Bəzən cümlə düzgün qurula bilər, ancaq dil sisteminə uyğun gəlməz, mənası olmaz. Məs., L.V.Şerbanın «Qlokaya kuzdra şteko budlanula bokra i kudryaçit bokryonka» misalı bunun bariz nü­munəsidir19.

Qeyd edək ki, neopozitivizmin görkəmli nümayəndəsi olan Vya­na məktəbi sintaktik tədqiqatlara xüsusi önəm verirdi. Bu zaman düzlük anlayışı sübut olunmaq və düzəldilmək kriteriyaları ilə məhdudlaşırdı, başqa sözlə, hər hansı cümlə cümlə strukturuna malik olmasının sübutu və düzəlmə qaydalarının dildəki kimi olma­sı əsas götürülürdü. Lakin qondarma cümlələrin də dildə müm­künlüyü vyanalıları semantik tədqiqatlara üz tutmağa vadar etdi. İşarənin şüurda inikasla, məfhum və söyləmlə əlaqəsi se­mantikanın, obyektlə, onun əlamət və nədənilə əlaqəsi isə siq­ma­tikanın sahə­sidir. Onların tədqiqində insan və cəmiyyət nəzərə alın­mır. Bəziləri bu iki aspekti birləşdirirlər. Bəzən bunu məzmun və məna (stoiklər və sxolastiklər), bəzən də məna və ifadə (Karnap) kimi fərqlən­dirirlər. Sözün – adın məzmunu məfhumdur, onun mənası isə obyektdir. Cümlənin məzmunu ifadədir, onun mənası isə gerçək­li­yin dəyəridir.

Karnap işarə və cümlələrin intension və ekstension aspekt­lərini fərqləndirir. Belədə nəqli cümlənin inikası varlıq, ekstensiya isə həqiqətin dəyəridir. Amerika alimi V.Kvin semantikanı məna və referensiya nəzəriyyəsi olmaqla iki yerə bölür.

Əlbət ki, işarə ilə onun referenti və ya denotatı arasında münasibətlər çox mürəkkəbdir.

Ancaq işarələyən işarələninin yerində gəlirsə, bəs onda onun semantikası nədir. Bu xüsusilə cümlələrdə və frazeoloji birləşmələrdə özünü daha aydın büruzə verir. İşarənin obyektə münasibəti mental və psixi xarakter daşıyır.
işarə inikas





nüsxə obyekt
Dildə mənanın obyekti əks etdirməsi konkret kriteriyalarla verilir. Obyektin kənd, şəhər, qəsəbə və ya hansı rəngdə olmasını biz asanlıqla cümlədən aydınlaşdırırıq. Məsələni daha dəqiq həll etmək üçün elmi terminlər işlədilir. Bunu riyaziyyat daha dəqiq ifadə edir. Əksolunmanın obyekti onun şüurdakı inikasından fərqləndirilməlidir.

Deməli, semantika işarə ilə şüurda inikas arasındakı əlaqələri öyrənir. O işarədən istifadə edəndən və onun ifadə etdiyi obyektdən və varlıqdan abstraktlaşıb ayırır.

Siqmatika işarənin obyektlə əlaqəsini öyrənir. Bu da məna vasitəsilə aşkar edilir. Odur ki, siqmatika sintaksisin və se­man­ti­kanın olmasını tələb edir. O da istifadəçidən abstraktlaşır. Metadildə bəzən semantika ilə siqmatika fərqləndirilmir, hər ikisi xüsusilə də süni dillərin təhlilində semantikanın tərkib hissələri kimi götürülür.

İşarənin mənası olan şəkillər və inikas olunanların xarak­terindən belə aydın olur ki, onlar bilavasitə tədqiq oluna bilməzlər, onlara yol, işarələrdən və adı çəkilən obyektlərdən keçir. Bu zaman polisemiya, omonimiya və ya sinonimiya yaranır. Məs.,ing. d. /hand/-(əl) /he has a book in his hand/ (o kitabı əlində saxlayır), /I know his hand//, (Mən onun xəttini tanıyıram), /a factory hand/ (işçi, icraçı). Omonimiyaya misal: /spring/ (yaz), /spring/ (yay), /spring/ (mənbə, mədən) və s. Sinonimiyaya isə aşağıdakı misal ola bilər: /nəm/-/yaş/-/höyüş/ və s. İşarə o zaman polisemdir ki, ona iki və ya daha çox məna şamil edilir. Təbii dillərdə bu adi haldır. O, ta­rixi prosesdə meydana gəlir. Yeni hadisə və ya məfhum ya­rananda, əvvəl mövcud olan sözü işlədirlər. Bu zaman məna ya ge­nişlənir, ya da bölünür. Məs., /peyk/ (yerin peyki), (süni peyk) və s..

İkinci məsələ sinonimlə bağlıdır. Alm.d. /Schimmel/ (ağ at) və /weißes Pferd/ sinonimdirlər. Azərb.d. /su/ və /H2O/ da sino­nimlərdir. Ancaq onların işlənmə məqamları müxtəlifdir. Bəzən elə olur ki, eyni obyektləri bildirən sözlər (məs. alm. d. /Mor­genstern/ və /Abendstern/ (hər ikisi dan ulduzu deməkdir) və ya /hindu/ və /qədim amerikalı sakin/ və s. sinonim deyillər. Biz deyə bilərik ki, H2O valentliyə görə düzələn birləşmədir, ancaq burada /su/ sözünü işlətmək olmaz. Deməli, iki intensional dəyər eyni olsa da, ekstensional baxımdan onlar eyni deyillər və əksinə.

Semantika işarələr arasındakı əlaqələri öyrəndiyindən sino­nimlik onun bir hissəsi kimi götürulə bilər. Burada sintaktik əla­qəyə girən elementlərin də məna strukturunun öyrənilməsi vacibdir. Eyni zamanda bir cümlənin o biri cümləyə mənaca bağlılığı da mühüm rol oynayır.

Dil işarələri ifadə etdikləri məna ilə ən azı dolayısı ilə ob­yektiv gerçəkliklə bağlı olur. Səs təqlidində isə birbaşa bağlılıq göz qabağındadır. Deyirlər ki, gerçəkliklə işarə arasında bir izo­morfluq var, yəni sözlərlə şeylərin bağlılığı ən azı strukturlarda üzə çıxır. Yəni işarələrin struktur birləşmələri gerçəkliyin abstrakt əla­qələrini əks etdirirlər.

Cümlə ya səhv, ya da düz olur. Cümlə o zaman düzdür ki, ifa­də olunan həqiqətən də realdır. Real olmayan isə səhvdir. Məs. /Bakı Azərbaycanın paytaxtıdır// düzdür. /Sumqayıt da Azərbay­ca­nın paytaxtıdır// isə səhvdir.

Birinci faktiki gerçəklikdir. Ancaq məntiqi həqiqət də var ki, bu cümlənin strukturundan hasil olur. Məs., əgər a b-yə bərabərdirsə və b də t-yə bərabərdirsə, deməli, a da t-yə bərabərdir. Buradakı gerçəklik qanunauyğunluğu dildə öz əksini tapır.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin