F. H. Zeynalov


XI.3. Dil işarələrinin praqmatik



Yüklə 1,55 Mb.
səhifə73/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   69   70   71   72   73   74   75   76   ...   83
XI.3. Dil işarələrinin praqmatik

və siqmatik təhlili


Artıq yuxarida qeyd edildiyi kimi, işarə ilə insan arasındakı münasibətləri öyrənən elm praq­ma­tika adlanır.

İşarə « insan, cəmiyyət, qrup və s. münasibətləri praq­matikanın maraq dairəsinə aid olan məsələlərdir. Əlbəttə, bura mütləq sintaksis, semantika və siqmatika da daxildir, çünki hər bir işa­rə qayda üzrə düzülməli, nəsə ifadə etməli və obyekti əks et­dirməlidir.

Buraya yuxarıda adları çəkilən funksiyalar - simptom və siqnal funksiyası, yəni müsahibdə reaksiya oyatmaq funksiyası da daxil edilməlidir: deməli, ifadə funksiyası, təsvir funksiyası və müraciət funksiyasından başqa yuxarıdakı funksiyalar da nəzərə alınmalıdır.

Qeyd edək ki, praqmatika az öyrənilən sahələrdəndir. Ancaq unutmaq olmaz ki, dünyanın idarə olunması bilavasitə işarələrin bu aspektindən asılıdır: müharibə, konflikt, dostluq, sevgi və s.

Deməli, praqmatika linqvistik formalarla onlardan istifadə edənlər arasındakı münasibətləri öyrənir. Praqmatika danışanların ifadə etdiyi mənaları tədqiq edir.O həm də kontekstual mənanın öyrənilməsidir. Praqmatika deyilən ifadədən daha çox məna çıxartmaq yollarını öyrənir. Praqmatika nisbi məsafəni öyrənir.

Bunları “İkinci dilin mənimsənilməsi seriyasından” 2008-ci ildə Oksford universitetində C.Yul çap etdirdiyi kitabında yazır.3 Deməli, praqmatika söz və söyləmin hansı mənada işləndiyini (se­mantika ilə bağlı), insanların harada və hansı şərtlər daxilində ne­cə ünsiyyətə girdiklərini (kontekst və situasiya ilə bağlı), dinlə­yənin deyiləndən nəyi və necə seçib götürməsi şərtlərini (inferenslə bağlı) və deyilənlə deyilməyənlər arasındakı fərqləri ayırd etmək, din­ləyənin danışan üçün nə qədər açıq və qapalı qal­masından asılı olaraq danışanın nə deməsi nisbiliyini öyrənir. Görün­düyü kimi, praq­matikanın maraq dairəsi kifayət qədər genişdir.

Deyilən aspektləri ümumiləşdirsək belə qənaətə gələ bilərik: sintaksis dil işarələri arasındakı əlaqələri, işarələrin düzüm və seçim xüsusiyyətlərini və ardcıllığın düz və səhv olmasını öyrənir ki, bu da dünyaya referens etmədən mümkündür. Semantika isə işarələrlə dünya reallıqları arasındakı əlaqələri öyrənir, yəni söz və ifadələr predmet, əşya və hadisə ilə necə əaqələnir, bu da deyilən fikrin gerçəkliyə uyğunluğunu və gerçəklik dəyərini müəyyən edir.

Bu üç aspektin hamısı danışıq aktına bir hərəkət kimi yanaşır və bu axında hər biri öz məqsədinə uyğun olaraq axtarışlarda olur. Bunların hər üçündə söhbət linqvistik formadan və ya işarədən gedir. Lakin bu işarəyə yanaşma bucağı fərqlidir. Praqmatik aspekti çözmək üçün belə bir misala müraciət edək: fərz edək ki, həftə sonu bağda istirahət edib gələn tanışınızın üzündəki qızartını görüb ondan soruşursunuz: ?Nə olub?

/Heç, bağda nəsə dişləyib//

Bu kiçik mükalimədə məlum olanla (üzdəki şiş) məlum olmayan (nə dişləyib-cücü, milçək, bəlkə arı sancıb və s.) arasındakı əlaqənin aşkarlanması söhbətin konkretləşməsinə köməklik göstərir. Yəni hadisə necə baş verib, adamın yatdığı vəziyyətdəmi olub, dişləyənin özü nə idi və s.? Propozisiya aydın olsa da presup­po­zi­siya qaranlıq qalır, ona görə də deyilən tam açılmamış qalır. Burada propozisiya həşəratın dişləməsidir. Müasir dilçilik terminləri lüğətləri propozisiyanı faktın göstərilməsi, cümlə məzmunu kimi açırlar, onu dildən asılı olmayan, cümlənin mənasının illokutiv tip baxımından neytral, ümumi məxrəci bildirən, hər hansı bir varlığı məzmun kimi götürür. Məsələn, biz deyəndə ki, /O siqaret çəkir// və almanca /Er raucht/ və ya /O siqaret çəkməyə adətkardır// və /Er raucht gewohnheitsmäßig// cümlələrinin referensi (/o-er/ və pre­dikasiyası (/siqaret çəkir-raucht gewohnheitsmäßig/) eynidir. Özü də sual, təsdig və ya inkar formalarında olsa da həmən eynilik qalır.Deməli, propozisiya cümlənin mənasınn həqiqət dəyərini təyin edən nüvədir, özü də söyləm formasının spesifik sintaktik forması və leksik tutumu nəzərə alınmır.4

Burada presuppoyisiza , yəni nəyin dişləməsi məlum deyildir. Biz presuppozisiyanı belə tərifləndirmişik: “Ünsiyyətdə bilavasitə adı çəkilməyən, ancaq deyilənin tərkib hissəsi kimi başa düşülən informsiya presuppozisiya kimi dəyərləndirilə bilər.”5

Danışan deyirsə ki, /Qonşumuz Əhməd hələ boşanmayıb//, on­da bu cümlənin presuppozisiyası aşağıdakılardan ibarətdir: Danı­şa­nın bir qonşusu var, adı Əhməddir. O da evlidir, boşanmaq istə­yirmiş, ancaq hələ boşanmayıb. Deməli, onun evli olması və boşan­maq istəməsi həmin cümlədə adı çəkilməyən, lakin güman edilən nəsnələrdr.

Praqmatik aspektdə deyktik işarələr (o, bu) və ünsiyyət məqamında referentə dair məsafə (burada, orada, yuxarıdsa, aşağıda və s.), zaman bildirən deyiksizlər (indi, sonra, felin zamanları) mü­hüm əhəmiyyət kəsb edir. Eyni zamanda referens (danışan dinlə­yənə nəsə deyərkən öz söyləmlərilə ona işarə elədiyi əşya və pred­metləri eyniləşdirməyə mkan yaradır. Məs., Nizami, yaxşı şair və s. olmaqla ünsiyyətdən kənardakı reallıqlar bildirir və hər iki ünsiyyət iştirakçısına məlum reallıqlardır və inferens (ünsiyyət məqamında adını çəkdiyimiz və işarələdiyimiz obyekti və əşyanı öz fon bi­liklərimiz və kontekst daxilində götürdüyümüz) də praqmatik aspektin elementləridir.6

Semantik baxımdan /Azərbaycan Rusiyadan asılı deyildir// cümləsi düz deyildir, çünki burada əsas obyekt göstərilməyib. An­caq /Azərbaycan dövləti hüquqi baxımdan Rusiyadan asılı de­yil­dir// cümləsi düzdür, çünki burada konkret olaraq obyekt göstərilib.

Siqmatika soruşur ki, doğrudanmı bu üç varlıq arasındakı əlaqələr belədir? Əslində, bu, semantikanın davamıdır.

Praqmatika isə soruşur: müstəqilliyi kimlər qəbul edir, necə, hansı şəraitdə, bu söz hansı hiss və həyəcanı doğurur və s.

Beləliklə, bütün bu deyilənlərdən sonra belə nəticəyə gəlmək olar ki, semiotika dil işarələri, onlar arasındakı münasibətlər haqqında ümumi nəzəriyyədir, onlar təfəkkürə, obyektiv gerçəkliyə və insana olan münasibətiləri ifadə edirlər.

Deməli, bizə, ilk öncə verilən işarənin maddi varlığıdırsa, on­da bunun arxasında söz-məfhum qarşılaşmasına uyğun gələn şeylər, əlamətlər və əlaqələr durur. Cümlə qarşılaşmasına isə mahiyyət uyğun gəlir. Söz cümlənin, məfhum isə ifadənin (fikrin) tərkib hissəsidir. Cümlə sözdən, ifadə məfhumdan qabaqdır. Dərketmənin məqsədi gerçəklik və varlıq haqqında bilik əldə etməkdir. İnsan gerçəkliyi araşdıranda ona rast gələn şeylər, əlamətlər və əlaqələr deyil, varlıqlardır, maddi aləmdir. Şeyləri, əlamətləri və əlaqələri insan maddi aləmi öz şüurunda inikas edən cümlələri təhlil etməklə üzə çıxardır. Cümlə və fikir ruhi fəaliyyətin işidir. Dərketmənin nəticəsi isə hökmdür. Hökm elə bir psixi aktdır ki, ondan cümlələrə mücərrədləşmə vasitəsilə keçirik. Hökm psixologiya və dərket­mənin obyektidir, bu zaman psixi proseslər tədqiq olunmur.

Söz məfhumun linqvistik forması olduğu kimi, cümlə də ifadənin linqvistik formasıdır. Söz və cümlə konkret dildən asılıdır, məfhum və ifadə isə dildən asılı deyildir.

Nəhayət, yuxarıda qeyd etdiyimiz siqmatik aspekt haqqında bir qədər ətraflı danışmq istərdik. Siqmatika işarə ilə obyekt ara­sındakı münasibətləri araşdırır. Xüsusi metadil kimi öz ideal obyek­tindən danışarkən siqmatika ilə semantika arasındakı fərqə fikir verməmək olar. O, süni dillərə tətbiq olunanda semantika və praq­matikadan fərqini daha aydın görmək olur. Məsələni ilk dəfə elmi dövriyyəyə gətirənin Q.Klaus olduğunu qeyd edən H.Busman yazır ki, siqmatika semantikanın bir hissəsi kim götürülə bilər, çünki işarələr bilavasitə obyektiv gerçəkliyə aid deyillər, onlar əlaqələri məfhumlar vasitəsilə ifadə edirlər. “Bu mənada,-deyə H.Busman yazır,- siqmatikanın semantikadan fərqləndirilməsi ekstensiya və intensiya cütləri arasındakı münasibətlərə, müvafiq olaraq, Q.Freqenin məna və anlam qarşılaşmasına uyğun gəlir.”7 Biz məna ilə anlamın fərqini birinci fəsildə geniş şərh etmişik. Burada isə bir qədər ekstensiya və intensiya barədə danşmaq istərdik. Ekstensiya işarənin göstərdiyi elementlər sinfinin dildəki ifadəsidir. Bunu denotasiya, desiqnasiya və referensiya kimi də işlədirlər. Ekstensiona tərifdə intensiyadan (anlamdan) fərqli olaraq ifadənin aid olduğu bütün obyektlərin sadalanmasına əsaslanır. İntensiya isə məfhumu müəyyən edən əlamətlərlə təyin edilir. Məsələn, alman dilində /Abandstern/(axşam ulduzu) və /Morgenstern/ (dan ulduzu) ekstensional baxımdan eynidirlər, çünki hər ikisi Venera planetini bildirir. Intensional baxımdan isə fərqlidirlər. Cümlənin ekstensiyası onun gerçəklik dəyəridir. İntensiya, deyildiyi kimi, eyni anlayışı bildirən əla­mət­lərin sadalanması ilə müəyyən edilir. Məsələn, /violençel/ (skripka). Beləlikə, Q.Freqe yanaşması ilə izah etsək, siqmatika anlama, semantika iə mənaya uyğun gəlir. İşarələrin siqmatik aspekti sinonimliyi və çoxmənalığı açmaqda ciddi köməklik göstərə bilər.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin