I.6. Ünsiyyətdə konnotasiya
Siqnifikatla siqnifikantın işlənməsində qarşılıqlı, sadə və birbaşa əlaqə denotatı ehtiva edir. Denotatı predmet, əşya və hadisə də adlandırırlar.24 Məsələn, konkret bir mənzərənin şəkli buna nümunədir.
Başqa halda isə siqnifikantın işlənməsində çox geniş və az məhduduyyətli siqnifikatla rastlaşırıq. Burada ənənəvi olaraq konnotasiyadan danışılır. Yuxarıdakı şəkil gözəllik, istirahət və ya təbiət təsviridirsə, konnotativ (ikionik) mənada işlətmiş oluruq. Göyərçin şəkli quşların şəkilləri arasında denotativdirsə, ayrılıqda konfrans zalında divara vurulmuş şəkil kimi sülh, döyüşdə ağ bayraq məğlubiyyətin mənasını bildirməklə konnotativ işlənmişdir.
Denotasiya nüvəni bildirirsə, konnotasiya qeyri-müəyyən və dağınıqdır.
NO
KON Denotasiya SİYA
TA
Konnotasiya siyasi-ideoloji və persuasiv (inandırıcı) diskursda önəmli yer tutur. Konnotasiya dolayısı ilə dəyərləndirmədir. Başını qara çadra ilə örtmüş qadın öz dini aidiliyini nəzərə çarpdırır. Bu müdriklik və alicənablıq əlaməti deyil. Ancaq yaşlı, ağ saçlı, sakit danışığqlı, bir az da köhnə dəbdə geyinmiş qadın müdriklik daşıyıcısıdır. Burada bütün əlamətlər konnotativ çalarda işlənmişdir. Deməli, bir siqnifikantın işərisinə həm siqnifikat, həm də siqnifikant daxildirsə denotativ, ancaq hər siqnifikata bir siqnifikant uğyun gəlirsə, konnotativ işarədən söhbət gedir.
Ola bilər ki, yuxarıdakının əksi yaransın. Bir siqnifikatda həm siqnifikant, həm də siqnifikat yerləşsin. Belədə söhbət metaişarədən gedir. Metaişarə hansı anlamın nəzərdə tutulduğunu aygın göstərir. Bu zaman deklarativ və rasional aspektlərin kommunikativ baxımdan əvəzlənməsi mühüm yer tutur. Deklarativ aspekt kommunikativ məzmumun ötürülməsidirsə, rasional aspekt ünsiyyət iştirakçıları arasında münasibətin qurulmasına və söhbətin necə davam etdirilməsi üçün yönəltmələrdən ibarətdir. Buraya bədən hərəkətləri, səsin tonu, musiqili şərhlər və s. aiddir. Məsələn, məktub məhəbbət hisslərini, həm də nəzakətliliyin əlamətini bildirir. Metaişarələrə başlıqlar, qısaltmalar, çərçivəyə alma, replikalar və s. aiddir. Onlar mətndə verilən məlumatı məhdudlaşdırmağa, həm də nəsihətverici çalarlıqlar verməyə xidmət edir.
Dostları ilə paylaş: |