Plokat qrafikası :bir şəxsin ideya və fikirlərini kütləvi şəkildə xalqa çatdırmaq üçündür.
Heykəltəraşlıq .Qədim dövrlərdən başlayaraq heykəltəraşlığın inkişafı öz müxtəlifliyi ilə seçilir.Qədim Roma,Yunanıstan və Misir heykəltəraşlığı buna nümunə ola bilər.Bərk materialdan yaradılan,həcmli formaya malik təsviri sənət növü heykəltəraşlıq adlanır.Orta əsrlərdə heykəltəraşlığın inkişafı memarlıqla sıx şəkildə bağlı olmuşdur.Bu dövrə aid məbədlər və saraylar tanrıların və hökmdarların heykəlləri ilə bəzədilmişdir.Belə heykəltəraşlıq nümunələrində insanın daxili aləmi,onun xarakteri,bədən quruluşu və hərəkətləri təsvir olunurdu.Bu xüsusiyyətlər orta əsr hrykəltəraşlıq nümunələrini əsasən insan gözəlliyini tərənnüm edən antik sənət nümunələrindən fərqləndirir.
Heykəltəraşlıqda əsas obyekt insandır,burada heyvan və digər obyektlərə az müraciət olunur.Heykəl üçölçülü formaya malik olan ,müəyyən mühitdə və ya məkanda yerləşən həcmli təsvirdir.Heykəltəraşlıq nümunələri 2 qrupa ayrılır :