Dəzgah heykəltəraşlığı – baş ,bədən,büst kimi müxtəlif növ heykəltəraşlıq kompizisiyaların əhatə edir.Dəzgah heykəltəraşlığı nümunələrinə yaxın məsafədən baxılır,o ətraf mühit və memarlıqla bağlı olmur.Onlara rəssamların emalatxanasında və sərgi salonlarında rast gəlinir.Adətən dəzgah heykəltəraşlığı təsvir olunan əşyanın təbii ölçülərinə uyğun yaradılır.
Dekorativ-tətbiqi sənətdekor latın dilində “bəzəmək" deməkdir. “Dekor olunmuş" yəni bəzədilmiş,bəzəkli mənasını verir.Qədim insan ilk əşyanı daşdan ,gildən və ağacdan düzəldərkən onların üzərində çəkdiyi naxış,təsvirlər dekorativ tətbiqi sənətin başlanğıcı olmuşdur. Buna görə də dekorativ-tətbiqi sənət incəsənətin ən qədim növü sayılır.Əşyaları bəzəyən təbiət motvləri- bitki,quş və heyvan təsvirləri qeyri-adi görünür və reallıqdan fərqlənir.Onlar rəssam tərəfindən ümumiləşdirilərək obrazlara,işarələrə çevrilir.Bu dekorativ tətbiqi sənətin özünəməxsus dilidir.Bu dil əşyanın gözəlliyini,dekorunu,mənasını anlamağa yardım edir.