Keramika Keramika (yunanca “keramos” - gil) — gil, qum və digər təbii materialların qarışığından hazırlanan məmulatlara deyilir.
Applikasiya dekirativ-tətbiqi sənətin geniş yayılmış növüdür.Applikasiya latınca"tətbiq etmək"mənasını verir,hər hansı materialdan kəsilən hissələrin müəyyən bir səth üzərində yapışdırılması vasitəsilə yaradılmış bədii təsvirdir.Applikasiya üsullarından istifadə etməklə müxtəlif mövzulu kompozisiyalar yaratmaq mümkündür .Applikasiyalardan paltarların,divar panolarının ,məişət əşyalarının bəzədilməsində istifadə olunur.Applikasiya sadə və mürəkkəb ,yəni bir neçə ya çox sayda elementdən ibarət ola bilər.Amma hər bir halda applikasiyanın elementləri dəqiq olmalıdır və cizgilərlə işlənməlidir.
Zərgərlik dekorativ -tətbiqi sənətin sahələrindən biridir.Bu sənət Şərqdə qədim zamanlardan bəri mövcud olub.Onun Azərbaycanda hərtərəfli inkişafı isə yerli xammalın-qızıl,gümüş və digər əlvan metalların geniş istehsalı ilə bağlı olub.