Dəyirmi heykəl məkanda sərbəst yerləşdirilir və hər tərəfdən müşahidə olunur.Dəyirmi heykəlin də müxtəlif növləri mövcuddur.Bunlara aşağıdakıları aid etmək olar.
Statuya dəyirmi heykəlin bir növüdür,insanın fiquru və ya digər canlının nəhəng üçölçülü təsviridir.
Büst insanın sinəyədək olan təsviridir. (heykəltəraşlıqda portret)
Tors baş ,əl və ayaqlar istisna olmaqla insan bədəninin təsviridir.
Heykəllər qrupu vəhdət təşkil edən iki və ya daha artıq fiqurdan ibarətdir.
Statuyetka insan ,heyvan ,cansız və abstrakt əşyalar təsvir olunan kiçik heykəltəraşlıq nümunəsidir.
Heykəltəraşlığın digər növü isə relyefdir. Relyefsəth üzərində qabarıq təsvirdir.Adətən ön tərəfdən,bəzən isə yan tərəfdən müşahidə olunur.Əsas növləri barelyef və qorelyef sayılır.
Barelyef səth üzərində yarıdan az qabardılan heykəltəraşlıq növüdür.
Qorelyef səth üzərində yarıdan çox qabardılan heykəltəraşlıq növüdür.