9. Desmosomlar haqda aşağıda deyilənlərdən hansı doğrudur?
A) hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, hüceyrənin plazmatik membranı ilə hüceyrə xarici membranlararası materialı - (desmoqleyi) əlaqələndirir, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir
B) qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir.
C) hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, hüceyrənin aralıq filamentləri ilə plazmatik membran arasında əlaqə yaradır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - kadqerinlər iştirak edir
D) hüceyrələri bir - birinə bərkidərək toxumanın struktur tamlığını təmin edir, bir tərəfdən hüceyrənin aralıq filamentləri ilə plazmatik membran arasında, digər tərəfdən isə plazmatik membran ilə hüceyrə xarici membranlararası materialı - (desmoqleyi) əlaqələndirir
E) qonşu hüceyrələri bir - birinə bərkidir, onların sitoskletini stabilləşdirir, hüceyrə membranının sitoplazmatik tərəfində yerləşən elektronsıx lövhəcik aktin tərkibli filamentlərlə bağlıdır, konaktın əmələ gəlməsində transmembran adqeziya zülalları - inteqrinlər iştirak edir.