##num= 3// level= 1// sumtest=33 // name= FARSDİLLİ AZƏRBAYCAN (SARAY) ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI, GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRxxx //
1. Şəddadi hökmdarı Əbülhəsən Əli Ləşkəriyə, Rəvvadi hakimi Əbunəsr Məmlana və. s hökmdarlara qəsidələr yazmış mədhiyyəçi şairin adını göstərin :
A) Zəhirəddin Faryabi
B) Əbüləla Gəncəvi
C) Xaqani Şirvani
D) Əsirəddin Əxsikəti
E) Qətran Təbrizi
2. Bu mütəfəkkir şairin yaradıcılığı ilə Azərbaycan poeziya məktəbi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu fikri daha çox kimə aid etmək olar ?
A) Mücirəddin Beyləqaniyə
B) Xətib Təbriziyə
C) Məhsəti Gəncəviyə
D) Qətrab Təbriziyə
E) Musa Şəhavata
3. Farsca (dəricə) yazan bu Azərbaycan şairi yeri gəldikcə çoxlu türk sözləri işlətmiş, “çuval”, “cinağ”, “bəkməz”, “tağ”, “yun”, “dağ”, “ayaq” və s. sözləri onun bədii leksikonunda diqqəti cəlb edir. Söhbət hansı şairdən gedir ?
A) Məhsəti Gəncəvidən
B) Qətran Təbrizidən
C) Xaqani Şirvanidən
D) Nizami Gəncəvidən
E) Fələki Şirvanidən
4. Farsdilli poeziyanın “Azərbaycan səbki”nin ilk qüdrətli sənətkarı kim hesab olunur ?
A) Ömər Gənci
B) Bərakəveyh Zəncani
C) Müğləsi Marağayi
D) Qətran Təbrizi
E) Məhsəti Gəncəvi
5. “Bütün şairlər damcıdırlar, Qətran isə dənizdir “ - fikrinin müəllifi hansı təzkirəçi - ədəbiyyat tarixçisidir?
A) Nasir Xosrov
B) Məhəmməd Övfi
C) Əli Ənvəri
D) Dövlətşah Səmərqəndi
E) Məhəmmədəli Tərbiyət
6. “Yarımca ah çəkəcək anda qəlbi insanın
Ağızda söyləməmiş dil yarımca söz, ya sual.
Fənaya uğradı Təbriz qəzanın əmri ilə.
Bir anda yetdi fələkdən bu şəhrə gör nə zaval” –
Misralarını qələmə alan şair baş vermiş tarixi fəlakət barədə qəsidələr yazmış dır. Onun adını müəyyənləşdirin
A) Fələki Şirvani
B) Qətran Təbrizi
C) Mənsur Təbrizi
D) Məsud ibn Namdar
E) Əbuhəvs Sührəvərdi
7. Öz qəsidələri ilə məşhur olan şairlərin güclüsünü seçin.
1 – Məhsəti
2 – Qətran
3 – Ömər Gənci
4 – Xətib Təbrizi
5 – Xaqani
6 – Əbubəkr Əl – Ustad
A) 3, 4
B) 2, 6
C) 1, 2
D) 1, 5
E) 2, 5
8. Q. Təbrizinin saray şairi kimi fəaliyyət göstərdiyi feodal dövlətlərini verilmişlər içərisindən seçin:
1 – Xarəzmşah
2 – Sacilər
3 – Şəddadilər
4 – Samanilər
5 – Qəznəvilər
6 – Rəvvadilər
A) 3; 6
B) 1; 4; 5
C) 2; 3; 4
D) 1; 5
E) 2; 3; 4; 5
9. Əslən Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri – Təbrizdən olan şairləri seçin.
1 – İzzəddin
2 – Məhəmməd Fələki
3 – Qətran
4 – Əli Hiblətullah
5 – Yusif İbn Tahir
6 – Xətib
7 – Xəttat Nizami
8 – Qivami
9 – Mənsur Mürukan
10 – İskati
11 – Müğləsi
A) 1; 2; 5; 6; 8
B) 3; 4; 6; 7; 9
C) 2; 3; 4; 7; 8; 9
D) 5; 6; 8
E) 1; 3; 5; 7
10. Aşağıdakı fikirlərdən ikisi Qətran Təbriziyə aiddir. Onları seçib yazın.
1 - “Mən ərəb, fars və türkcə şeirlər yazıram”
2 - “Dəri şeirinin qapısını şairlərin üzünə açdım”
3 - ”Qəsidə mənimlə ucaldı”
4 - ”Məndən gözəl rübai yazan olmamış”
5 - ”Xorasanda və İraqda günəş kimi əziz və məşhuram”\
6 - ”Şərqin bütün şairləri məndən dərs alır”
A) 1, 2
B) 2, 5
C) 2, 6
D) 3, 4
E) 4, 6
11. D. Səmərqəndi aşağıda verilən əsərlərdən ikisinin Qətran Təbriziyə aid olduğunu yazmışdır. Onları seçib göstərin.
1 - “Gərşaspnamə”
2 - “Siyasətnamə”
3 - ”Qövsnamə”
4 - ”Yusif və Züleyxa”
5 - ”Vamiq və Əzra”
6 - ”Tutinamə”
A) 2, 6
B) 1, 3
C) 3, 5
D) 3, 4
E) 4, 5
12. Qətran Təbrizinin üç feodal dövlətinin sarayında fəaliyyət göstərməsi mənbələrdə qeyd olunur. Bu əlaqənin ardıcıllığını təmin edin:
1 - Deyranilər (Naxçıvan)
2 - Şəddadilər (Gəncə)
3 – Rəvvadilər (Təbriz)
A) 2; 1; 3
B) 1; 2; 3
C) 3; 2; 1
D) 1; 3; 2
E) 3; 1; 2
13. Qətran Təbrizidən bəhs edən mənbələrin ardıcıllığını təmin edin.
1 – Dövlətşah Səmərqəndi
2 – Rəşidəddin Vətvat
3 – Nasir Xosrov Ələvi
A) 1; 2; 3
B) 3; 2; 1
C) 2; 1; 3
D) 3; 1; 2
E) 2; 3; 1
14. Qətrandan bəhs edən alimləri əsərlərinin xronologiyasına uyğun düzün.
1 – Əmin Əhməd Razi
2 – Məhəmməd Naxçivani
3 – Məhəmməd Oufi
4 – Məhəmmədəli Tərbiyət
A) 2; 1; 4; 3
B) 4; 3; 2; 1
C) 1; 2; 3; 4
D) 3; 1; 4; 2
E) 4; 1; 3; 2
15. “Məmduh”ları uyğunlaşdırın:
I – Qətran; II – Mücirəddin Beyləqani; III – Əbülüla Gəncəvi
1 – “Xaqaninin vəsfi”
2 – “Şirvanşah Mənüçöhrün mədhi”
3 – “Məlik Cəstanın mədhi”
4 – “Fələki Şirvaninin ölümünə”
5 – “Əbunəsr Mənulanın mədhi”
6 – “Qəsəmnamə”
7 – “Əbülhəsən Əli Ləşgərinin mədhi”
A) I – 2; 4, II – 6; 7, III – 1; 3; 5
B) I – 1; 2, II – 3; 4; 6, III – 5; 7
C) I – 5; 6, II – 3; 4, III – 1; 2; 7
D) I – 5; 6; 7, II – 3; 4, III – 1; 2
E) I – 3; 5; 7, II – 1; 4, III – 2; 6
16. Şeirlərin müəliflərinə görə uyğunluğunu qaydaya salın.
I – Qətran; II – Xaqani; III – Qivami Mütərrizi
1 – “Şirvanşahın tərifi”
2 – “Əbumənsur Vəhsudanın mədhi”
3 – Hikmət və təcrid haqqında
4 – Ayrılmaq və təkləşmək haqqında
5 – “Təbriz zəlzələsi və Məmlanın mədhi”
6 – “Meratus – səfa”
A) I – 1; 2, II – 3; 4, III – 5; 6
B) I – 2; 5, II – 1; 6, III – 3; 4
C) I – 5; 6, II – 1; 2, III – 3; 4
D) I – 1; 6, II – 3; 5, III – 2; 4
E) I – 2; 3, II –1, III – 4; 5; 6
17. Böyük alim və şair Bağdadda onu əhatə edən xəbislərdən belə şikayət edirdi:
İnsan çox gəzməkdən nəhayət bezər,
Mən bezdim bir yerdə qalmaqdan ancaq.
İraq rəzillərin məskəni olub,
Mənə yoldaş olub hər yetən alçaq -
O kim idi ?
A) Məhsəti Gəncəvi
B) Şihabəddin Sührəvərdi
C) Xaqani Şirvani
D) Xətib Təbrizi
E) Fələki Şirvani
18. Paxıl, xudbin, onu sevməyən, savadı kəmlərə bu beyti ilə:
Əngin dəniz hara, kiçik çay hara,
Mirvari taydırmı boz çınqıllara – deyə cavab vermiş şair kimdir?
A) Qətran Təbrizi
B) Fələki Şirvanİ
C) Xətib Təbrizi
D) Xaqani Şirvani
E) İzzəddin Şirvani
19. 800 beytdən ibarət iyirmiyədək qəsidəsinin xeyli hissəsini Babəkə, Xürrəmilər hərəkatına və onlara qarşı vuruşmuş xilafət sərkərdələrinə həsr etmiş məşhur Ərəb şairinin yaradıcılığını X. Təbrizi hansı əsərində araşdırmış və şərh etmişdir ?
A) “Məqsurənin şərhi”
B) “Həmasənin şərhi”
C) “Səqt əz – zəndin şərhi
D) “Əbu Təmmamın divanının şərhi”
E) “Nitqin izahı”nın düzəlişi
20. Əbu Təmmam Həmədanda olarkən ərəb ədəbiyyatının 300 illik dövrünü əhatə edən 500 dən artıq şairinin 6 minədək beytini toplayaraq məcmuə tərtib edir. Xətib Təbrizi bu məcmuəyə çox geniş şərh yazmışdır. Alimin bu əsərin necə adlanırdı?
A) “Əbu Təmmamın divanının şərhi”
B) “On qəsidənin şərhi”
C) “Səqt əz - zəndin şərhi”
D) “Həmasənin şərhi”
E) İbn Dureydin “Məqsurə”sinin şərhi”
21. Bu ədiblərdən hansıları XI yüzillikdə yaşayıb yaratmışdır. Onları seçin.
1 - Mənsur Təbrizi
2 - Musa Şəhavat
3 - Qətran Təbrizi
4 - Xətib Təbrizi
5 - İzəddin Şirvani
6 - Qivami Mütərrizi
A) 1, 2, 3,
B) 1, 3, 4
C) 2, 3, 5
D) 4, 5, 6
E) 1, 4, 5
22. Verilmiş əsərlər içərisindən Xətib Təbriziyə aid olanları seçin.
1 - ”Məqsurənin şərhi”
2 - ”Banət Suad” qəsidəsinin şərhi
3 - ”Tənvir”
4 - ”On qəsidə”nin şərhi”
5 – “Qısa təsvirlər”
6 – “Quranda hallanma”
7 – “Şairlər və şeirlər”
8 – “Nəhvə aid qısa xülasə”
9 – “50 şeirin şərhi”
10 –“Ərəb şeirinin qaydaları”
A) 1, 3, 5, 7
B) 1, 2, 4, 6, 8
C) 1, 5, 6, 8
D) 2, 3, 5, 6, 7
E) 1, 3, 4, 5, 6
23. Malik Mahmudovun “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər (VII - XII əsrlər) ” – monoqrafiyasında haqqında bəhs olunan şairləri seçib göstərin.
1 - Əbülüla Gəncəvi
2 - Şəhabəddin Surəvərdi
3 - Ömər Gənci
4 - Qətran Təbrizi
5 - Məsud ibn Namdar
6 - Məhsəti Gəncəvi
A) 2, 3, 4
B) 1, 2, 4
C) 2, 3, 5
D) 2, 3, 6
E) 1, 3, 5
24. Qəsidə janrının əlamətlərini seçib göstərin.
1 - Müəyyən bir hadisə və ya şəxs təntənə ilə tərif edilir
2 - Yalnız məhəbbət mövzusunda yazılır.
3 - İctimai - fəlsəfi ideyalar ifadə edir.
4 - Misralarının sayı 15 - ə qədər olur
5 - ”Nəsib” hissəsində təbiət təsviri verilir.
6 - Məsnəvi formasında yazılır.
A) 2, 3, 4
B) 1, 2, 4
C) 1, 3, 5
D) 3, 4, 6
E) 3, 4, 5
25. Məsnəvi yazmış sənətkarları tapın.
1 - Hiblətullah Təbrizi
2 - Məhsəti Gəncəvi
3 - Yusif Balasaqunlu
4 - Qivami Mütərrisi
5 - Mücirəddin Beyləqani
6 - Xaqani Şirvani
7 - Əbülüla Gəncəvi
8 - Nizami Gəncəvi
9 - Mənsur Təbrizi
A) 2, 4, 10
B) 1, 3, 7
C) 3, 6, 8
D) 5, 7, 9
E) 4, 6, 8
26. Adları çəkilən, ərəb dilində yazıb – yaratmış Azərbaycan ədibləri hansı ardıcıllıqla verilməlidir?
1 – Şəhabəddin Sührəvərdi
2 – İskafi Zəncani
3 – Bərakəveyh Zəncani
4 – Musa Şəhavat
5 – Məsud İbn Namdar
A) 4; 5; 2; 3; 1
B) 1; 2; 3; 4; 5
C) 2; 1; 4; 5; 3
D) 4; 3; 2; 5; 1
E) 5; 4; 3; 2; 1
27. Ərəbcə yazmış şairlərimiz hansı ardıcıllıqla düzülməlidir?
1 – Ömər Gənci
2 – Müğləsi Əl – Məraği
3 – Əbül Abbas Əl – Əma
4 – Xəttat Nizami Təbrizi
A) 2; 1; 4; 3
B) 3; 1; 4; 2
C) 4; 3; 2; 1
D) 1; 2; 3; 4
E) 3; 2; 4; 1
28. Xilafət dövrü Azərbaycan ədəbiyyatı nümayəndələrini ardıcıllığını göstərin.
1 – Hüseyn Təbrizi
2 – Bərakəveyh Zəncani
3 – İsmayıl İbn Yəsar
4 – Sührəvərdi
A) 1; 2; 3; 4
B) 4; 3; 2; 1
C) 1; 3; 2; 4
D) 3; 2; 1; 4
E) 4; 2; 1; 3
29. XI əsr Azərbaycanının görkəmli alimi və şairi Xətib Təbrizinin əsərlərini qruplaşdırmaya uyğunlaşdırın.
I. Poetik əsərlərin şərhi;
II. Dilçiliyə aid traktatlar;
III. İlahiyyata dair tədqiqatlar;
IV. Poetika məsələləri.
1 – “Həmasə”nin şərhi
2 – “On qəsidə”nin şərhi
3 – “Nəhvə dair qısa xülasə”
4 – “Təfsiril “Quran”
5 – “Müfəzzəliyyatın şərhi”
6 – “Nəhvə giriş
7 – “Quran”da qrammatik hallanma”
8 – “Əruz və qafiyə haqqında yetgin əsər”
A) I – 2; 3; 7, II –8, III – 1; 4, IV – 5; 6
B) I – 1; 2, II – 3; 6, III – 4; 5, IV – 7; 8
C) I –6; 8, II – 5; 7, III – 1; 3, IV – 2; 4
D) I – 1; 2, II – 3; 4; 5, III – 6; 7, IV – 8
E) I – 1; 2; 5, II – 3; 6, III – 4; 7, IV – 8
30. Seçdiyiniz cavab uyğunluğu ifadə etsin.
I. Sədəddin Vəravini
II. Məsud ibn Namdar
III. Şəhabəddin Sührəvərdi
1 – “Mücməəti qisəs və risail və əşar”
2 – “Risalətüt – teyr”
3 – “Mərzibannamə”
A) I – 2; II – 3; III – 1
B) I – 3; II – 1; III – 2
C) I – 2; II – 1; III – 3
D) I – 1; II – 2; III – 3
E) I – 3; II – 2; III – 1
31. Aşağıda adları verilən şairləri qruplaşdırarkən uyğunluğu müəyyən edən cavabları tapın.
I – Gəncə ədəbi mühitinə aid olanlar
II – Şirvan sarayında fəaliyyət göstərən şairlər
III – Atabəylər sarayında olmuş ədiblər
IV – Təbriz ədəbi mühitinin yetirmələri
1 - Mucirəddin Beylaqani
2 - Qivami Mütərriri
3 - Fələki
4 - Nizami
5 - Əbülüla Gəncəvi
6 - Əbubəkr Xosrov əl - ustad
7 - Məhsəti
8 - Xaqani
9 - Qətran
10 - Mənsur Təbrizi
11 - Əsirəddin Əxsikəti
12 - Xəttat Nizami
A) I – 3, 5, 8; II – 1, 7, 12; III – 2, 4, 7; IV – 1, 6, 11
B) I – 1, 4, 6; II – 2, 3, 6; III – 5, 8, 9; IV – 7, 11, 12
C) I – 2, 3, 6; II – 1, 7, 12; III – 4, 8, 11; IV – 5, 9, 10
D) I – 5, 9, 10; II – 2, 3, 6; III – 1, 7, 12; IV – 4, 8, 11
E) I – 2, 4, 7; II – 3, 5, 8; III – 1, 6, 11; IV – 9, 10, 12
32. Fikir, əsər və məlumatları şairlərə uyğun olaraq verin:
I – Xətib Təbrizi; II – B. K. Bakuvi; III – Yusif ibn Tahir Xoylu
1 – Rəvayətə görə Hafiz Şirazi bu şeyxin qəbrini ziyarət etdikdən sonra şairlik istedadı tapmışdır – söhbət hansı təriqət şairindən gedir?
2 – Bu nəzəriyyəçi şairə görə: “mənalar sözləri, sözlər də mənaları bəzəyir”
3 – Nəzəriyyəçi alimin əsərlərindən biri – “Əruz və qafiyə elmlərinə dair qısa xülasə” adlanır.
A) I – 2; II – 1; III – 3
B) I – 1; II – 2; III – 3
C) I – 2; II – 3; III – 1
D) I – 3; II – 1; III – 2
E) I – 3; II – 2; III – 1
33. Əsərləri müəlliflərinə uyğun olaraq göstərin.
I – E. Miyanəçi; II – X. Təbrizi; III – Yusif ibn Tahir Xoylu