##num= 5// level= 1// sumtest=16 // name= XAQANİ ŞİRVANİ: LİRİKASI VƏ “TÖHFƏTÜL - İRAQEYN” MƏSNƏVİSİ xxx //
1. Düzgün fikirləri seçin.
1 - Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından ibarətdir.
2 - Xaqaninin 60 məktubdan ibarət bədii nəsri vardır.
3 - “Uşaqlıqdan adətim bu olmuşdur ki, inciyim, ancaq incitməyim” fikri Xaqaniyə məxsusdur.
4 - Xaqani Şirvani bir çox şahları tərifləsə də mədhiyyə yazmamışdır
5 - Xaqani Şirvani 1159 - cu ildə Gəncədə qızdırma xəstəliyindən dünyasını dəyişmişdir.
6 - 1176 - ci ildə Kəbə ziyarətindən qayıdan şair vətəni Şamaxıda həbs olunur.
A) 1, 4, 6
B) 2, 3, 4
C) 3, 4, 5
D) 4, 5, 6
E) 1, 2, 3
2. Xaqani Şirvanin həyatı və yaradıcılığı haqqında düzgün fikirləri seçin.
1 - X. Şirvani 1126 - cı ildə anadan olmuşdur.
2 - Şairin anası Rabiə müsəlmanlığı qəbul etmiş xristian qızı idi.
3 - Şair uşaqlıqdan əmisi Kafiəddin İbn Osmanın himayəsində böyümüşdür.
4 - Əmisi şairə şeir yazmaqda mahir olduğu üçün Həssanül - Əcəm təxəllüsü verir.
5 - Xaqani Şərqdə daha çox qəzəl ustası kimi məşhurdur.
6 - Şairin oğlunun adı Ömər idi.
7 - Şairin sevimli oqlu Rəşid 1151 - ci ildə dünyasını dəyişir.
A) 5, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 6
D) 6, 4, 1
E) 7, 4, 3
3. “ Sarsıtdı kim əflakə qalxan belə eyvanı,
Göylərdəki qüvvətimi, ya fələk viran? “ beyt haqında doğru fikirləri seçin.
1 - Xaqani beytdə Mədainin məhv olma səbəbini aydılaşdırır.
2 - Beytin müəllifi Nizami Gəncəvidir.
3 - Qəsidə bütünlükdə bu sualın dərin poetik cavabından ibarətdir.
4 - Şairin “Mədain xərabələri” qəzəl janrının ən gözəl nümunəsidir.
5 - Şair bu qəsidəsində Mədainin məhvində bir qanunauyğunluq görür.
A) 2, 4, 5
B) 1, 2, 3
C) 1, 3, 5
D) 2, 3, 4
E) 1, 2, 5
4. “Qəsideyi Şiniyyə” şeiri haqqında doğru olmayan fikirləri seçin.
1 - Bu qəsidədə iki insan tipi qarşılaşdırılır. Bu insan tiplərinin hər ikisi dünya malı uğrunda mübarizə aparan var - dövlət hərisləridir.
2 - Qəsidədə şairin yaratdığı dərviş və sultan obrazları məsələni bir qədər də konkretləşdirir.
3 - Əsərdə yoxsul dərvişləri xaqan və çiballarla qarşılaşdıran şairin üstünlüyü xaqanlara, çiballara verməsinin əsas səbəbi Şirvaninin sarayda yaşamasında idi.
4 - Şairin başqa əsərlərində olduğu kimi bu əsərində də əsas tənqid hədəfi zülm və ədalətsizlikdir
5 - Şair “Qəsideyi Şiniyyə”sində feodalizmin bəzi müsbət əlamətlərinə də biganə yanaşmamış, dövrün tələblərinə uyğun olaraq feodal - patrialxal münasibətləri də əlvan boyalarla əks etdirmişdir.
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 1, 3, 5
E) 1, 2, 5
5. Uyğunluqları müəyyən edin.
1 - “Günəşə xitab və qızılı məzəmmət”
2 - “Həbsiyyə şeirləri”
3 - “Qəsideyi - şiniyyə”
4 - “Tərsalərin xətti kimi tərsinə işlər fələk”
a - Epik növdə yazılmış əsərdir.
b - Mənuçöhrün və Əxistanın zamanında zindanda yazılmışdır.
c - “Töhfətül - İraqeyn” poemasının bir bəhsidir.
d - qəzəldir
e - qəsidədir
A) 2 - a, 3 - d, 4 - b
B) 1 - b, 2 - c, 3 - d, 4 - a
C) 1 - a, 2 - d, 3 - e, 4 - b
D) 1 - c, 2 - b, 3 - e, 4 - e
E) 2 - d, 4 - a, 3 - a, 1 - c
6. Şeir haqqında doğru fikirləri müəyyənləşdirin.
Hər səhər qalxar göyə ah ilə əfğanım mənim,
Qərq olar qanda şəfəq tək çeşmi - giryanım mənim.
Boynuma Zöhhak ilanı saldı ahəngər bu gün,
Çün Firidun xəzinəsidir əqlü ürfanım mənim.
1 - Bu misralarda həbsxana həyatının dəhşətləri məharətlə təsvir edilir.
2 - Şair bu misralarla etiraf edir ki, həbsxanaya düşməsi onun elimsiz olması ilə əlaqədardır.
3 - Xaqani həbsxanada ona verilən əzablara baxmayaraq, yenə də düşmənlərinə meydan oxuyur.
4 - Həbsxanada ona verilən əzablara dözməyən şair yalvarışlara, sızıltıya üz tutaraq əvf olunmasını diləyir.
5 - Şeir nümunəsi Xaqaninin “Həbsiyyə şeirləri”ndəndir
A) 3, 4, 5
B) 1, 2, 3
C) 2, 3, 4
D) 1, 3, 5
E) 1, 2, 5
7. Xaqani Şirvaninin lirikası haqqında doğru olmayan fikirləri seçin.
1 - Şairin lirik yaradıcılığında qəzəl janrına rast gəlmirik.
2 - Dövrümüzə gəlib çatan bəzi qəzəl nümunələrinin Xaqani Şirvaniyə mənsub olması fikri mübahisəlidir.
3 - 1971 - ci ildə Tehranda Məhəmməd Rövşənin “Münşaati - Xaqani” kitabında Xaqaninin 60 qəzəli nəşr olunmuşdur.
4 - Xaqani Şirvani qəzəl janrında yazdığı şeirlərində məhəbbət motivini önə çəkmişdir.
5 - Xaqaninin qəzəlləri dərin məzmunlu ictimai - fəlsəfi şeirləri ilə eyni xətdə birləşir.
A) 2, 3, 4
B) 1, 2, 3
C) 3, 4, 5
D) 1, 2, 5
E) 2, 4, 1
8. Fikirlərdən düzgün olanları seçin.
1 - Orada siz olan yerdə insanlıq bazarı necədir? Vəfanın nırxı nə təhərdir? Kimi suallar Xaqaninin Gəncə ziyalılarından olan Zeynəddinə yazdığı məktubdan götürülmüşdür.
2 - Xaqani Şirvaninin XII əsrdə Gəncə ziyalılarına yazdığı məktublar B. Dəstgerdi və Y. E. Bertels kimi alimlərin diqqətinin cəlb etmişdir.
3 - Xaqaninin Gəncə ziyalılarından olan Zeynəddinə yazdığı məktub şairin dövrünü və dövrünə münasibətini əks etdirən qiymətli sənəddir.
4 - Ey mələk sifətli, mənə söylə bir,
De, yazıq insanlar nə zamanadək
Ümidlə, qorxuyla ömür sürəcək? Misraları şairin Gəncə ziyalılarına yazdığı məktublardan götürülmüşdür.
5 - Xaqani Şirvani həyatının sonuna doğru yazdığı şeirlərdə Şirvanda doğulmasından dərin təəssüf hissi keçirdiyini qeyd edir.
A) 3, 4, 5
B) 2, 3, 4
C) 1, 2, 3
D) 4, 5, 1
E) 1, 2, 5
9. Xaqani Şirvaninin “Töhfətül - İraqeyn” poemasına aid fikirləri seçin.
1 - Azərbaycan ədəbiyyatı tarixində ilk poema sayılır.
2 - Şair poemada İraq səfərinə xüsusi yer ayırır
3 - “Töhfətül - İraqeyn” poeması xarakter etibarilə ictimai, fəlsəfi məzmunlu lirik poemadır.
4 - Poemada Kufə əhli etibarsız, Bağdad əhli ikidilli təsvir olunur
5 - Əsərdə yalnız şairin uşaqlıq xatirələri yer almışdır.
6 - Şərq poeziyasında ikinci yer tutan bu əsəri “Cavidannamə” də adlandırırlar.
7 - Poemanın bir bölməsi də “Dostları tənqid” adlanır”
8 - Poemanın “Günəşə xitab” adlı bölməsində şair Günəşi tənqid edir.
A) 3, 4, 5, 6
B) 2, 3, 4, 5
C) 1, 2, 3, 4
D) 4, 5, 6, 7
E) 1, 3, 5, 7
10. Sasanilərin mərkəzi şəhəri olmuş Mədainin keçmiş şöhrətini, qüdrətini acı - acı xatırladan şair:
A) Qətran Təbrizi
B) Əfzələddin Xaqani
C) İzzəddin Şirvani
D) Nizami Gəncəvi
E) Fəzlullah Nəimi
11. Xaqani Şirvani və Qətran Təbrizi ilə bağlı uyğunluğu müəyyənləşdirin.
I. X. Şirvani
II. Q. Təbrizi
1 - Qəsideyi - şiniyyə” əsəri vardır.
2 - Təbziz yaxınlığında Şadiabad kəndində anadan olmuşdur.
3 - “Ət - təfasir” adlı izahlı lüğəti vardır.
4 - Şirvanşahlar sarayında yaşamışdır
5 - 1012 - 1088 - ci illərdə yaşamışdır.
A) I - 3, 4, 5; II - 1, 2, 5
B) I - 1, 4; II - 2, 3, 5
C) I - 1, 4, 3; II - 1, 2, 4
D) I - 1, 3, 5 II - 1, 2, 3
E) I - 1, 2, 4 II - 1, 3, 2
12. “Xaqani olmişdur sözün xaqanı,
Doludur ləl ilə sözünün canı,
Sözə bu gün elə rövnəq verdi ki,
Fəth edib onunla bütün dünyanı”. – rübaisindəki misra ardıcıllığını müəyyənləşdirin.
A) 1, 3, 4, 2
B) 2, 3, 4, 1
C) 1, 2, 3, 4
D) 3, 4, 2, 1
E) 1, 4, 3, 2
13. “Şeir səmasının günəşiyəm mən,
Üstünəm əsrimin şairlərindən,
Günəş kainatın şahı olsa da,
Sözümə qul olur hər səhər erkən”. – rübaisindəki misra ardıcıllığını müəyyənləşdirin.
A) 3, 4, 2, 1
B) 2, 3, 4, 1
C) 1, 3, 4, 2
D) 1, 2, 3, 4
E) 1, 4, 3, 2
14. “Qəsideyi - Şiniyyə” və “Töhfətül - İraqeyn”lə bağlı uyğunluğu müəyyənləşdirin.
I. “Qəsideyi - Şiniyyə”
II. “Töhfətül - İraqeyn”
1 - Qafiyənin misraları “şin” hərfi ilə qurtarır.
2 - Xaqaninin həcmcə ən iri əsəridir.
3 - Azərbaycan ədəbiyyatında ilk poemadır.
4 - İctimai - fəlsəfi məzmunludur
5 - İraq səfərinə xüsusi yer verir.
A) I - 1, 3, 5 II - 1, 2, 3
B) I - 3, 4, 5; II - 1, 2, 5
C) I - 1, 4, 3; II - 1, 2, 4
D) I - 1, 4; II - 2, 3, 5
E) I - 1, 2, 4 II - 1, 3, 2
15. “Eşqdir könüldən hər dərdi silən,
Eşqdir dünyada hər dərdi bilən,
Eşqdir eyləğən varlığı yoxluq,
Qəmdən qurtararsan ancaq eşq ilən”. – rübaisindəki misra ardıcıllığını müəyyənləşdirin.
A) 3, 4, 2, 1
B) 2, 3, 4, 1
C) 1, 3, 4, 2
D) 1, 2, 3, 4
E) 1, 4, 3, 2
16. “Atam aləm bilir Nəccar Əlidir,
Onun səxavəti elə bəllidir.
O məni böyüdüb vermişdir çörək,
Mədh edəm qələmlə mən onu gərək”. – şeirdəki misra ardıcıllığını müəyyənləşdirin.
A) 3, 4, 2, 1
B) 2, 3, 4, 1
C) 1, 3, 4, 2
D) 1, 2, 3, 4
E) 1, 4, 3, 2
Dostları ilə paylaş: |