##Fakültə: Fizika və texnologiya ##Kafedra: Texnologiya və onun tədrisi metodikası ##İxtisas: Texnologiya müəllimliyi


##num= 4// level= 1// sumtest=37 // name= Sadə təmir işlərinə verilən tələblər //



Yüklə 0,78 Mb.
səhifə3/7
tarix16.12.2018
ölçüsü0,78 Mb.
#86178
1   2   3   4   5   6   7

##num= 4// level= 1// sumtest=37 // name= Sadə təmir işlərinə verilən tələblər //


1. Şkafların, masaların və tumbaların qapılarını bağlamaq üçün nəzərdə tutulan hissə hansıdır?

A) kipləşdirici

B) qıfıl dilciklər və qıfıllar

C) rəf saxlayıcısı

D) künclüklər

E) dəstəklər

2. Künclüklər mebelə nəyin köməyi ilə bərkidilir?

A) bolt

B) şurup

C) sancaq

D) qayka

E) maqnit saxlayıcı

3. Divar əşyalarının bərkidilməsi nədən asılıdır?

A) şurupdan

B) mismardan

C) əşyanın çəkisindən və divarın materialından

D)yapışqandan

E) boltdan

4.Mismarların ölçüləri necə olur?

A) uzunluğu 6 - 250 mm,qalınlığı isə 0,8 - 10mm

B) uzunluğu 5 - 250 mm,qalınlığı isə 0,5 - 10mm

C) uzunluğu 6 - 250 mm, qalınlığı isə 0,8 - 8mm

D) uzunluğu 8 - 200 mm,qalınlığı isə 0,8 - 8mm

E) uzunluğu 6 - 240 mm,qalınlığı isə 0,6 - 9mm

5.Maqnezium məftillərdən harda istfadə olunur?

A) ağır sənayedə

B)yüngül sənayedə

C)məişətdə

D) avtomobil və aviasiya sənayesində 

E)elektronsənayesində 

6. Mis məftil hansı rəngə malikdir?

A) sarı

B)narıncı

C)qırmızı

D) qırmızımtıl-narıncı

E)sink

7. Şurupun milində hansı sahələr var?

A) iki müxtəlif vintli sahə

B)yalnız vintli sahə

C) yalnız vintsiz sahə

D) üç müxtəlif vintli sahə

E) biri vintli sahə, ikincisi vintsiz

8. Şurupun diametri necə olur?

A) 1,1 -9 mm

B)1,0 -10 mm

C)1,2 -8 mm

D) 1,6 -10 mm

E)1,6 -16 mm

9. Şurupun uzunluğu necə olur?

A) 2 -80 mm

B)1,5 -10 mm

C) 7 -100 mm

D) 3 -90 mm

E)6 - 60 mm

10.Şurupda vintlə başlıq arasındakı məsafə nə qədər olur?

A) 1,5 -10 mm

B) 3,2 -13 mm

C)2 -8 mm

D) 3 -9 mm

E)0,6 - 60 mm

11. Üstdən qoyulma kilid qapının hansı tərəfinə qoyulur?

A) çöl

B) içəri

C)yuxarı

D) aşağı

E)əlçatmaz yerə

12.Neylon materialdan dübeli kim və neçənci ildə təklif edib?

A) Armati 1942-ci ildə

B) Artur Fişer 1958-ci ildə

C)Nyuton 1758-ci ildə

D) Arximed1158-ci ildə

E)Tusi 1025-ci ildə

13.Üstdən qoyulma kilid döşəmədən təxminən hansı hündürlükdə olması məsləhətdir?

A) 110 mm

B)100 mm

C) 120 mm

D) 130 mm

E) 160 mm

14.Drel olmadıqda kərpic və ya beton divarda deşiyi nəyin köməyi ilə açırlar?

A) şurupla və ya samorezlə

B) çəkiclə və ya toxmaqla

C) mismarla və ya şurupla

D) deşikaçanla və ya şlyamburla

E) qaz aşarı ilə

15.Filoqrafiyanın hansı özünəməxsus istifadə materialları var?

A) iynə-sap

B) mismar və şurup

C) mismar və iynə

D) mismar və sap

E) əriş-arğac

16. Divar əşyalarının bərkidilməsi nədən asılıdır?

1-əşyanın çəkisindən

2- evin temperaturundan

3-divarın materialından

4- mismarın uzunluğundan

A) 2, 3

B) 1, 2

C) 1, 4

D) 2, 4

E) 1, 3

17. Ən geniş yayılmış mismarlar nədən hazırlanır?

1-poladdan

2- taxtadan

3-qızıldan

4- bürüncdən

A) 1, 4

B) 1, 2

C) 1, 3

D) 2, 4

E) 2, 3

18.Drel olmadıqda kərpic və ya beton divarda deşiyi nəyin köməyi ilə açırlar?

1-mismarla

2- çəkiclə

3-deşikaçanla

4- şlyamburla

A) 1, 2

B) 3, 4

C) 1, 3

D) 2, 4

E) 2, 3

19. Üstdən qoyulma kilidin quruluşuna aiddir:

 1-qapaq



2- gövdə

3-silindrli mexanizm

4- ucluq hissə

5-dil

A) 1, 2, 4

B) 2, 3, 5

C) 1, 3, 5

D) 2, 4, 5

E) 1, 3, 4

20. Üstdən qoyulma kilidin quruluşuna aiddir:

 1-qapaq



2- bərkidici lövhələr

3-şurup

4- siyirmə

5-kilidləmə tamasası

A) 1, 3, 5

B) 1, 2, 4

C) 2, 4, 5

D) 2, 3, 5

E) 1, 3, 4

21. Taxma kilidin quruluşuna aid olanları seçin:

1 - siyirmə

2 - halqa

3 - bərkidici lövhə

4 - kilidləmə tamasası

5 - gövdə

A) 1, 3, 5

B) 1, 2, 3

C) 3, 4, 5

D) 2, 4, 5

E) 2, 3, 4

22. Taxma kilidin quruluşuna aid olmayanları seçin:

1 - siyirmə

2 - halqa

3 - bərkidici lövhə

4 - kilidləmə tamasası

5 - gövdə

A) 2, 4

B) 1, 4

C) 1, 3

D) 1, 2

E) 2, 3

23.Kəsmə qıfılların toxunulmazlığı nədən asılıdır?

1 - şurupun uzunluğundan

2 - qapının özünün qalınlığından

3 - qapının möhkəmliyindən

4 - qıfılın quraşdırılma hündürlüyündən

A) 1, 2

B) 3, 4

C) 1, 3

D) 2, 4

E) 2, 3

24.Samorezə aid olanları seçin:

1 - milində iki sahə var

2 - ucu küt olan vintdir

3 - şuruplardan naxışın addımı və burğu ayırır

4 - milində bircə sahə var

A) 2, 3

B) 3, 4

C) 1, 3

D) 2, 4

E) 1, 2

25. Samorezə aid olmayanları seçin:

1 - milində iki sahə var

2 - ucu küt olan vintdir

3 - başlığı və iti ucu olan mildir

4 - milində bircə sahə var

A) 2, 3

B) 1, 2

C) 1, 3

D) 2, 4

E) 1, 4

26. Hansı variantıntəhlükəsiz qaydalarına düz gəldiyini seçin:

1 - deşik açan və ya şlyamburla işləyərkən mütəq əllik və qoruyucu eynəkdən istifadə etmək lazımdır

2 - bütün alətlərlə işləmək olar

3 - yalnız işə yararlı alətlərlə işləmək lazımdır

4 - hündürdən deşik açmaq lazım gəldikdə ayağın altına möhkəmliyinə və etibarlığına əmin olduğun stul, kətil və nərdivand qoymaqlazımdır

5- deşik açan və ya şlyamburla işləyərkən əllik və qoruyucu eynəkdən istifadə etməmək olar

A) 2, 3, 4

B) 1, 2, 3

C) 1, 3, 4

D) 1, 2, 4

E) 2, 3, 5

27.Bərkitmədən asılı olaraq kilidlər neçə növ olur?

1-asma

2-üstdən qoyulma

3-kəsmə kilidlər

4-kodlu qıfıllar

5-biometrik qıfıllar

A) 1, 2, 5

B) 1, 2, 4

C) 2, 3, 4

D) 1, 2, 3

E) 2, 3, 5

28.Üstdən qoyulma kilidi hansı ardıcıllıqla quraşdırırlar?

1-kilidin yerini müəyyənləşdirirlər

2-karandaşla bərkidici lövhə üçün novun yerini nişanlayıb və kəsirlər

3-deşiyə mexanizmi yerləşdirirlər

4-qapıda iki tərəfi açıq deşik açırlar

5-kilidi qapının gövdəsinə möhkəm sıxıb və bərkidirlər

A) 1, 2, 5, 4, 3

B) 1, 2, 3, 4, 5

C) 2, 3, 4, 1, 5

D) 1, 2, 4, 3, 5

E) 2, 3, 5, 4, 1

29.Deşikaçan və ya şlyamburla deşik açmaq hansı ardıcıllıqla yerinə yetirilir?

1-aləti divara perpendikulyar tuturlar

2-güclənən zərbələr vururlar

3- zəif zərbələr vururlar

4-Hər güclü zərbədən sonra deşikaçanı və ya şlyamburu öz oxu ətrafında kiçik bucaq altında fırladırlar

5- Alınan deşiyə dyubel vururlar

6- Hər zəifzərbədən sonra deşikaçanıvə ya şlyamburu öz oxu ətrafında kiçik bucaq altında fırladırlar

A) 2, 3, 5, 4, 1

B) 1, 2, 3, 4, 5

C) 1, 2, 3, 6, 5

D) 3, 2, 5, 6, 1

E) 1, 3, 2, 4, 5

30.Üstdən qoyulma və taxma kilidin hissələrinə uyğun variantlar hansılardır?

I - Üstdən qoyulan kilid

II - Taxma kilid

1 - halqa

2 - klidləmə tamasası

3 - dil

4 - bərkidici lövhə

A) I - 3, 4; II - 1, 2

B) I - 1, 2; II - 3, 4

C) I - 1, 4; II - 2, 3

D) I - 2, 4; II - 1, 3

E) I - 1, 3; II - 2, 4

31.Taxma kilidin və üstdən qoyulma kilidin hissələrinə uyğun variantlar hansılardır?

I - Taxma kilid

II - Üstdən qoyulan kilid

1 - dil

2 - klidləmə tamasası

3 - silindrli mexanizm

4 - bərkidici lövhə

5- gövdə

A) I - 2, 3, 4; II - 1, 5

B) I - 1, 2, 3; II - 4, 5

C) I - 1, 4, 5; II - 2, 3

D) I - 2, 4, 5; II - 1, 3

E) I - 3, 4, 5; II - 1, 2

32.I -taxma kilidin quruluşuna aiddir və II - taxma kilidin quruluşuna aid deyil:

1 - dil

2 - klidləmə tamasası

3 - bərkidici lövhə

4 - gövdə

5- silindrli mexanizm

A) I - 1, 4, 5; II - 2, 3

B) I - 1, 2, 3; II - 4, 5

C) I - 2, 3, 4; II - 1, 5

D) I - 2, 3, 5; II - 1, 4

E) I - 3, 4, 5; II - 1, 2

33.Hansı hissələr I-taxma kiliddin və üstdən qoyulma kilidinhər ikisininquruluşuna aiddir və II - hər ikisininquruluşuna aid deyil?

1 - dil

2 - klidləmə tamasası

3 - bərkidici lövhə

4 - gövdə

5- silindrli mexanizm

6-halqa

7-siyirmə

A) I - 1, 2, 7; II - 3, 4, 5, 6

B) I - 2, 3, 4; II - 1, 5, 6, 7

C) I - 1, 4, 5; II - 2, 3, 6, 7

D) I - 2, 3, 7; II - 1, 4, 5, 6

E) I - 3, 4, 6; II - 1, 2, 5, 7

34. İş prinsipindən asılı olaraq I - mexaniki və II - elektron qıfıllara aiddir:

1 - asma

2 - kodlu qıfıllar

3 - taxma

4 - biometrik qıfıllar

5- kəsmə

A) I - 1, 2, 3; II - 4, 5

B) I - 1, 3, 5; II - 2, 4

C) I - 1, 4, 5; II - 2, 3

D) I - 2, 3, 4; II - 1, 5

E) I - 3, 4, 5; II - 1, 2

35. Kilidlər, qıfıllar I -harada ixtira edilmişdir və II -Mesopotamiya hansı ölkədir?

1 - Çin

2 - İraq

3 - Misir

4 - Mesopotamiya

5- Şimal-şərqi Suriya

6- Türkiyə

7- İran

A) I - 1, 4, 5; II - 2, 3, 6, 7

B) I - 1, 2, 3; II - 4, 5, 6, 7

C) I - 1, 3, 4; II - 2, 5, 6, 7

D) I - 2, 3, 4; II - 1, 5, 6, 7

E) I - 3, 4, 5; II - 1, 2, 6, 7

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin